Məhkəmə qərarları › İş №2(042)-711/2020

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-711/2020

02.10.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-711/2020 02.10.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, iddiaçılar İddiaçı15, İddiaçı14, İddiaçı12, İddiaçı13, İddiaçı11 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, iddiaçılar İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı25, İddiaçı27, X4, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı22, İddiaçı23, İddiaçı26, İddiaçı24, İddiaçı21, İddiaçı20, İddiaçı19, İddiaçı18, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı su xəttinin bərpa edilməsi və ona edilmiş maneələrin aradan qaldırılması tələblərinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı25, İddiaçı27, X6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı22, İddiaçı23, İddiaçı26, İddiaçı24, İddiaçı21, İddiaçı20, İddiaçı19, İddiaçı18, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlər tərəfindən ümumi istifadədə olan su xəttinin bərpa edilməsi, su xəttinə etmiş olduqları maneələrin aradan qaldırılması və belə halların təkrarlanmasına qadağa qoyulması tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı12 məhkəmə iclasında iddia tələblərini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy şəhəri Zərbabi küçəsində yaşayan iddiaçılar içməli suya ehtiyac olduğu üçün 1956-ci il tarixdə “Göy Yurd” adlanan ərazidən dəmir boru ilə su xətti çəkmişlər. Həmin bulaq “Cəlal” bulağı kimi tanınır. Bu sudan qış mövsümündə rayon sakinlərinin yarısı istifadə edirlər. Həmin su xətti cavabdehlərin evlərinin arxa hissəsindən keçir. Sudan cavabdehlər də istifadə etmişlər. Son dövrlərə qədər su xətti bir neçə dəfə dəyişirlib və su borşunun dəyişdirilməsi ilə bağlı cavabdehlər heç bir maneçilik törətməmişlər. Hal-hazırda isə cavabdehlər su borşunun evlərinin arxa hissəsindən keçən hissəsindən su xəttini kəsərək sudan istifadə etmələrinə maneçilik törədirlər. Cavabdehlərin hazırda yaşadıqları ev digər şəxslərə məxsus olmuş, həmin şəxslər vəfat etdikdən sonra onlar həmin evə sahiblənmişlər. Lakin cavabdehlər həmin evdə qanunsuz yaşayırlar. Su xəttinin bərpa edilməsi cavabdehlərə heç bir maneə törətmir. Həmin xəttən su sızması barədə onların dedikləri bəhanədir və onlar həmin xətti keyfiyyətli borulardan çəkməklə su sızmasının qarşısını ala bilərlər. Onlar mübahisəni məhkəmədən kənar həll etmək istəsə də bu mümkün olmamışdır. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. İddiaçılar İddiaçı15, İddiaçı14, İddiaçı13 və İddiaçı11 məhkəmə iclasında eyniməzmunlu izahatlar verərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı16, İddiaçı17, İddiaçı25, İddiaçı27, X5, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı22, İddiaçı23, İddiaçı26, İddiaçı24, İddiaçı21, İddiaçı20, İddiaçı19, İddiaçı18, İddiaçı1, İddiaçı2 qıznaı, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və X2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbinə etiraz etmiş, izahat verərək bildirmişdir ki, iddiaçıların iddia etdikləri su xətti onun evinin yanından və həyətindən keçir. Su xətti nasaz olduğu üçün xətdən sızan su onun evinin divarlarını yararsız hala salır. Həmin su xətti bir neçə ildir ki, çəkilib və istifadəyə yararsızdır. Su xətti onlar evdə olmadıqlar vaxt onlardan icazəsiz çəkilmişdir. O, su xəttini dağıtmamışdır. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə Cavabdeh1 ilə eyniməzmunlu izahat verərək iddia tələblərinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X8 tərəfindən verilmiş məktubdan görünür ki, əhalinin ümumi istifadəsində olan su xətti Cavabdeh1 tərəfindən kəsilmiş və o, suyun bərpasına etiraz etmişdir. Vətəndaşlara məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İş üzrə yerində baxış keçirilmiş, yerində baxış zamanı müəyyən edilmişdir ki, su xətti həqiqətən kəsilmiş və su xətti cavabdehlərin yaşadığı evin divarına paralel olaraq, 2 m məsafədən keçir. Su xəttindən su gəlməsi müşahidə edilmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddiatələbləri təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Beləliklə, məhkəmə iclasında iddiaçılar iddia tələblərini müdafiə etmiş, cavabdehlər isə iddia ərizəsinin təmin edilməməsini xahiş etmişlər. İş üzrə yerində baxış təyin edilmiş, yerində baxış zamanı müəyyən edilmişdir ki, su xətti həqiqətən kəsilmiş və su xətti cavabdehlərin yaşadığı evin divarına paralel olaraq, 2 m məsafədən keçir. Su borusundan su gəlmir. X8 tərəfindən verilmiş məktubla müəyyən edilmişdir ki, əhalinin ümumi istifadəsində olan su xətti Cavabdeh1 tərəfindən kəsilmiş və o, su xəttinin bərpasına etiraz edir. İddiaçıların izahatları ilə müəyyən edilmişdir ki, həmin su xətti 1956-cı il tarixdə çəkilmiş və hazırki tarixədək həmin suya heç kim maneələr törətməmişdir. Cavabdehlər həmin su xəttinin nasaz vəziyyətdə olduğunu, xətdən sızan suyun evin divarına dağıdıcı təsir göstərdiyini, su xəttinin onlara məxsus torpaq sahəsindən onların icazəsi olmadan çəkildiyini bildirmişlər. Məhkəmənin qənaətinə görə su xətti həqiqətən köhnəlmiş, və nasaz vəziyyətdədirsə onun yeni borularla çəkiləcəyi təqdirdə su sızmasının qarşısını almaq və suyun cavabdehlərin evinə ehtimal edilən təsirinin qarşısını almaq mümkündür. Ona görə də iddia tələbləri təmin edilməli, İddiaçılar tərəfindən ümumi istifadədə olan su xətti metal və ya plastik borularla çəkilməklə bərpa edilməli, su xəttinə edilən maneələr aradan qaldırılmalı və cavabdehlərə su xəttinin kəsmələrinə qadağa qoyulmalıdır. Məhkəmə bu qənaətə gələrkən o halı da nəzərə alır ki, cavabdehlər evin və evin yerləşdiyi torpaq sahəsinin onlara məxsus olmasını bildirsələr də bu halları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişlər. Məhkəmə iddia tələəblərinin təmin edilməsi qənaətinə gələrkən eyni zamanda o halı da nəzərə alır ki, bu xətt rayon sakinlərini ekoloji təmiz içməli su ilə təchiz edir, ictimai əhəmiyyətə malikdir və bu halda ictimai narazılıqlar heç bir məntiqə əsaslanmayan şəxsi maraqlardan daha üstündür. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 216- 227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, Qət etdi: İddia tələbləri təmin edilsin. Ümumi istifadədə olan su xətti metal və ya plastik borularla çəkilməklə bərpa edilsin, cavabdehlər tərəfindən su xəttinə edilən maneələr aradan qaldırılsın və onlara su xəttinə maneələr edilməsinə qadağa qoyulsun. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar