Məhkəmə qərarları › İş №2(042)-715/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-715/2021

26.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-715/2021 26.07.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən ona məxsus “Toyota Karola” markalı, 50 DT- 933 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş 1400 manat maddi zərərin əvəzinin və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq, ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə baxış iclasında izahat verərək bildirmişdir ki, 13.04.2021 -ci il tarixdə idarə etdiyi “Toyota Karola” markalı, **-DT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gədəbəy rayonu, Novosaratovka kəndində hərəkətdə olarkən “VAZ 21214” (Niva) markalı, **-ZL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Ələsgərov X1 dayanma-durma qaydalarını pozaraq avtomobili saxlamış, həmin vaxt avtomobilin sol qabaq qapısını maşında olan sərnişin Cavabdeh2 düşmək üçün açarkən qapı onun avtomobilinə dəyərək avotomobilə maddi ziyan vurmuşdur. Onun avtomobilinə dəymiş ziyanda hər iki cavabdehin təqsiri vardır. Niva markalı avtomobilinin sol və sağ tərəfində tək qapı olduğu üçün sürücü, eləcə də avtomobildə arxa oturacaqda əyləşən sərnişin qabaq qapıdan düşməlidir. Sürücü Cavabdeh1 sol qapını açaraq düşdükdən sonra həmin qapı sərnişin Cavabdeh2 açmışdır. Sürücü dayanma-durma qaydalarına riayət edərək arxadan gələn avtomobili gözləməli olduğu halda bunu etməmiş və özü maşından düşməklə bərabər sərnişinin də düşməsinə şərait yaratmış, sərnişin isə minmə və düşmə qaydalarım pozmuş və nəticədə onun avtomobilinə ziyan dəymişdir. Həmçinin “VAZ 21214” (Niva) markalı, **-ZL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə etmək üçün hər iki cavabdehin səlahiyyəti vardır. Yəni, Şirzadın adına etibarnamə vardır. O, Cavabdeh1 avtomobilini sığorta edən şirkət "xxxx" ASC-ə, avtomobilinə dəymiş zərərə görə sığorta ödənişinin verilməsini tələb etsə də, sığorta orqanı ziyanın sürücü tərəfindən vurulmadığını əsas gətirərək sığorta ödənişindən imtina etmişdir. Avtomobilə dəymiş ziyanın məbləği ilə bağlı Şəmkir rayonunda avtomobil mütəxəssisi kimi fəaliyyət göstərən X5 tərəfınən təqdim edilmiş 03.06.2021-ci il tarixli ziyan aktı ilə “Toyota Karola” markalı, **- DT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş ziyan 1400 manat məbləğində müyyən edilmişdir. Ona görə də, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasında izahat verərək, bildirmişdir ki, həqiqətən həmin hadisə baş vermiş, hadisə zamanı onların təqsiri olmuşdur. Lakin maddi ziyanın ödənilməsi sığorta orqanının səlahiyyətindədir. Ona görə də iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 da eyniməzmunlu izahat vermişdir. Azərbaycan Respublikası MPM-nin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşdə olan ziyan Aktından görünür ki, “Toyota Karola” markalı, **-DT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 1400 manat ziyan dəymişdir. İşdə olan X6 Haqqında qərarın surətindən görünür ki, X2 tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarını pozmuş, və nəticədə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan Məktubdan görünür ki, İddiaçı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin Məcəllənin 14.2 və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı 13.04.2021 -ci il tarixdə idarə etdiyi “Toyota Karola” markalı, **-DT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gədəbəy rayonu, Novosaratovka kəndində hərəkətdə olarkən “VAZ 21214” (Niva) markalı, **-ZL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü cavabdeh Ələsgərov X1 dayanma-durma qaydalarını pozaraq avtomobili saxlamış, həmin vaxt avtomobilin sol qabaq qapısını maşında olan sərnişin Cavabdeh2 düşmək üçün açarkən qapı onun avtomobilinə dəyərək avotomobilə maddi ziyan vurmuşdur. Məhkəmə iclasında cavabdehlər hadisənin və hadisənin baş verməsində təqsirlərinin olmasını etiraf etmişlər. Bununla belə cavabdehlər dəymiş maddi ziyanın sığorta orqanı tərəfindən ödəməli olduğunu bildirmişlər. Məhkəmənin qənaətinə görə maddi ziyanın bilavasitə cavabdehlərin təqsirli hərəkətləri ilə vurulduğu üçün iddia tələbi təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada vurulmuş maddi zərərə görə 1400 manat alınaraq, İddiaçı verilməlidir. Cavabdehlərin nəzərinə çatdırılmalıdır ki, sığorta orqanı ilə aralarında yaranmış mübahisə ilə əlaqədar müvafiq məhkəməyə müraciət etmək hüquqları var. İddia ərizəsi təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən alınaraq, iddiaçıya verilməlidir Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada vurulmuş maddi zərərə görə 1400 manat alınaraq, İddiaçı verilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq, İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar