Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-73/2023 11.01.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı Cavabdeh Gəncə Apellyasiya Məhkəməsinin 06 oktyabr 2017-ci il tarixli 2(104)-3007/2017 saylı qətnaməsinin qəbul edildiyi 06 oktyabr 2017-ci il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 29 sentyabr 2022-ci il tarixədək olan 5 il müddətində hər il üçün 200 manat, cəmi 1000 manat (4000 manat /100%=40 x 5%=200 manat, 200 manat x 5 il = 1000) manat məbləğində gecikməyə görə faiz borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1030 manat məbləğində pul vəsaitinin alınaraq, ona ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə Apellasiya Məhkəməsinin 06 oktyabr 2017-ci il tarixli 2(104)-3007/2017 saylı qətnaməsi ilə iddiaçı tərəf olaraq onun Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilərək, Cavabdeh cəmi, 4000 manat pulun tutularaq, ona ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə almış və icra edilməsi üçün boruclunun qeydiyyatda olduğu yer üzrə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Lakin Gədəbəy Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən qətnamənin icra edilməsi Cavabdeh icra tədbirlərindən yayınması səbəbindən mümkün olmamışdır. Gədəbəy Rayon Məhkəməsinin 03 avqust 2018-ci il tarixli, 8(042)-71/2018 saylı qərardadı ilə Cavabdeh ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Hazırda qətnamə icra edilməmişdir. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəməyə teleqram göndərərək, işə onun iştirakı olmadan baxılaraq, iddia tələbinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 260.0.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ərizə göndərərək, bildirmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(104)-3007/2017 saylı icra sənədinə əsasən borclu olduğu 4000 manat pulu tələbkar İddiaçı tam olaraq ödəmişdir. Hazırda onun borcu yoxdur. Ona görə də iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin 06 oktyabr 2017-ci il tarixli, 2(104)- 3007/2017 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh 4000 manat məbləğində pul alınaraq, İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Arayışdan görünür ki, Gəncə Apellasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(104)-3007/2017 saylı qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən Cavabdeh tələbkar İddiaçı olan borcu tam olaraq, ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, Gəncə Apellyasiya Məhkəməsinin 06 oktyabr 2017-ci il tarixli, 2(104)- 3007/2017 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh 4000 manat məbləğində pul alınaraq İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamənin qəbul edilməsindən iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixədək, yəni, 5 il müddətə borclu Cavabdeh borcunu tam ödəmişdir. Ona görə də iddia tələbi təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-73/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-73/2023
11.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver