Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-73/2025 17.06.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması tələbi barədə” iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması tələbi barədə” ərizə ilə məhkəməyə müraciət edərək müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki iş iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən və mülki işin materiallarında olan Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının Dəyirmandağ kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə (ölüm səbəbi: dəqiqləşdirilməmiş kəskin miokart infarkt) ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 08 yanvar 2025-ci il tarixli, 01 nömrə ilə qeyd edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin məhkəmə araşdırması zamanı iş üzrə tərəflərdən biri olan İddiaçı xx.xx.2025ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddısinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun ölümü ilə xətm edilir. Belə olan halda isə ölmüş şəxsin Mülki Prosessual Məcəllənin 48 və 49-cu maddələrində təsbit olunmuş mülki prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti mövcud deyildir. Ona görə də, ölmüş şəxsə qarşı iddia irəli sürülməsi, eyni zamanda məhkəmə tərəfindən həmin şəxsin tərəf kimi qəbul edilməsi və mübahisəyə mahiyyəti üzrə baxılması prosessual baxımdan qeyrimümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinin tələbinə görə, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Belə olan məhkəmə hesab edir ki, iş üzrə tərəflərdən biri olan İddiaçı xx.xx.2024-cü il tarixdə öldüyündən və mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən, İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması tələbi barədə” iddia ərizəsi üzrə mülki iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması tələbi barədə” iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(042)-73/2025
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-73/2025
17.06.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver