Məhkəmə qərarları › İş №2(042)-74/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-74/2024

01.02.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-74/2024 01.02.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, iddiaçılar İddiaçı2, İddiaçı1 və Cavabdeh nümayəndəsi X4 iştirakları ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı servitut qaydasında avtomobil yolunun açılması tələbinə dair iddiası üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı Gədəbəy rayonu, Qurudərə kəndində yerləşən Cavabdeh məxsus torpaq sahəsindən onların istifadələrində olan fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün servitut qaydasında avtomobil yolunun müəyyən edilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı2 iddia tələbin müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, o, Gədəbəy rayonu, Qurudərə kəndində arvadı İddiaçı1 və ailə üzvləri ilə birlikdə yaşayır.X1 onun anası olmuşdur. Gədəbəy Rayon AİK-nın 23 sentyabr 1998-ci il tarixli, 10 nömrəli qərarı ilə Gədəbəy rayonun, Dəyirmandağ kəndində anası X2 mülkiyyətinə 1998.57 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində onların fərdi yaşayış evi var. Anasının ölümündən sonra həmin evə faktiki olaraq onlar sahiblik edir, torpaq sahəsini əkib-becərirlər. Cavabdeh onunla qonşudur. Onların yaşadığı fərdi yaşayış evinə və faktiki istifadələrində olan torpaq sahəsinə 1959-cu ildən etibarən avtomobil yolu var. 2020-ci ilə qədər həmin yoldan istifadə etmişlər. 2020-ci ildə Cavabdeh onlara gedən avtomobil yolunu bağlamışdır. Hazırda evinə yol yoxdur. Yol açılmalıdır. Ona görə də servitut qaydasında avtomobil yolunun açılmasını istəyir. Ona görə iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında digər İddiaçı1 eyniməzmunlu izahat vermişdir. Cavabdeh nümayəndəsi X7 iddia tələbinə etiraz etmiş, izahat verərək bildirmişdir ki, iddiaçılar onun qonşusudur. Onların həyətinə və evinə gedən yol cavabdehin mülkiyyətində olan torpaq sahəsindən keçir. İddiaçıların həmin yoldan istifadə etməsi cavabdehin mülkiyyət hüquqlarını pozur. Cavabdehin müəkiyyətində olan torpağın bir hissəsindən istifadə edə bilmir. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gədəbəy Rayon İHB-nın Dəyirmandağ Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş Arayışlardan görünür ki, İddiaçı2 və İddiaçı1 Gədəbəy rayonu, Qurudərə kəndində yaşayırlar. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-465/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı1 cavabdeh X6 qarşı “avtomobil yolunun bərpa olunması və təzminat” tələblərinə dair iddia tələbi təmin edilməmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(042)-418/2022 saylı qətnaməsindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh adına qeydə alınmış Gədəbəy rayonu, Dəyirmandağ kəndində yerləşən ümumi sahəsi 0.2595 ha olan torpaq sahəsində cavabdehlər İddiaçı2 və İddiaçı1 tərəfindən açılmış avtomobil yolunun ləğv edilərək, torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi və cavabdehlər İddiaçı2 və İddiaçı1 mübahisəli torpaq sahəsində hər hansı müdaxilə edilməsinə qadağa qoyulması qət edilmişdir. İşdə olan yerində müayinə protokollarından görünür ki, yerində müayinə zamanı iddiaçılara məxsus həyətyanı torpaq sahəsi və yaşayış evinə hazırda gediş-gəliş üçün istifadə etdikləri cavavdehin mülkiyyətində olan torpaq sahəsindən keçən avtomobil yolu var. Yol 3 metr enindədir. Yol iki yerdə: 83 metr və bundan bir neçə metr sonra 37 metr hissələrdə cavabdehin mülkiyyətində olan torpaq sahəsindən keçir. Yəni, yolun cavabdehin mülkiyyətində olan hissəsi cəmi, 360 kvadratmetrdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o, tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Həmin Məcəllənin 255.1-ci maddəsinə əsasən servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Məcəllənin 255.2-ci maddəsinə əsasən daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. Məcəllənin 255.4-cü maddəsinə əsasən, servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Məcəllənin 255.6-ci maddəsinə əsasən servitut yalnız o zaman baş tuta bilər ki, bu, servitutu almış şəxsə öz daşınmaz əşyasından istifadə etməkdə lazımi güzəştlər və imkanlar yaratsın. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutеtmə vəzifələrinin bölgüsünün ümumi qаydаsını müəyyən еdir. Bu qаydаyа görə iş iştirаkçılаrı tələb və еtirаzlаrını əsаslаndırdıqlаrı fаktlаrı isbаt еtməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirаkçısı оlаn bu və yа bаşqа şəхsi оnun öz iddiа və еtirаzlаrını əsаslаndırmаq üçün söykəndiyi hаllаrın və qаnunlа sübut еtməli оlduğu bаşqа hаllаrın sübut оlunmаsı yükündən аzаd еdə, yахud sübutеtmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlаr tопlаmаq hüququ vеrmir və sübutlаrın tопlаnmаsı və vеrilməsi yükünü bütünlüklə sübutеtmə yükünü dаşıyаn iş iştirаkçılаrının üzərinə qоyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hеsаb еdir ki, işin оbyеktiv həlli üçün yаlnız mötəbər sübutlаrdаn istifаdə оlunа bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı оlmаlı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Eyni zamanda. "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçılara məxsus həyətyanı torpaq sahəsi və yaşayış evinə hazırda gediş-gəliş üçün istifadə etdikləri cavavdehin mülkiyyətində olan torpaq sahəsindən keçən yoldan istifadə etmədən keçmək mümkün deyildir. Yol 3 metr enindədir və iki yerdə: 83 metr və bundan bir neçə metr sonra 37 metr hissələrdə cavabdehin mülkiyyətində olan torpaq sahəsindən keçir. Servitut müəyyən edilmədiyi halda, iddiaçıların sahibliklərində olan yaşayış evi və həyətyanı torpaq sahəsindən təyinatı üzrə istifadə etmək imkanları yoxdur. Ona görə də iddia tələbi təmin edilməli, İddiaçı2 və İddiaçı1 yaşadıqları evə və evin yerləşdiyi həyətyanı torpaq sahəsinə Cavabdeh mülkiyyətində olan torpaq sahəsindən gediş-gəliş üçün 83 metr və bundan bir neçə metr sonra 37 metr hissələrdə eni 3 metr olan avtomaşın yoluna servitut müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı2 və İddiaçı1 yaşadıqları evə və evin yerləşdiyi həyətyanı torpaq sahəsinə Cavabdeh mülkiyyətində olan torpaq sahəsindən gediş-gəliş üçün 83 metr və bundan bir neçə metr sonra 37 metr hissələrdə eni 3 metr olan avtomaşın yoluna servitut qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar