Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-75/2021 16.02.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən su xəttinə edilən maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı onun və ailə üzvlərinin sudan istifadə etməsi üçün Cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy rayonunun Dəyirmandağ kəndində Dəyirmandağ çayı ərazisində evinə şəxsi vəsaiti hesabına borularla su xətti çəkmişdir. Lakin Cavabdeh onun evinə gələn su xəttini və suyun mənbəyini tamamilə dağıdaraq, yararsız hala salmışdır. O, dəfələrlə cavabdehdən su xəttinin bərpasını tələb etsə də bu mümkün olmamışdır. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini etiraf etməmiş, izahat verərək, bildirmişdir ki, iddiaçının evinə onun evindən 80-100 metr məsafədən su boruları ilə su gəlir. Onun həyətinə isə su gəlmir. O, evinə su gətirmək üçün iddiaçının su quyusundan yuxarıdan vedrələrlə su daşıyır. Əgər iddiaçı dərənin aşağısından quyu düzəldərək nasos qoyarsa evinə su çəkə bilər. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş üzrə yerində baxış keçirilmiş, müəyyən edilmişdir ki, İddiaçı həyətinə su boruları ilə su çəkilmiş, həyətdə olan su çənində su vardır. Həyətindən təxminən 80-100 metr məsafədən yerləşən dərədən su axır. Eyni zamanda iddiaçı həmin suyun yuxarı axınında yaratdığı su anbarından su götürmək istəyir. Cavabdehə məxsus həyətə su borusu çəkilməmişdir. O, suyu vedrələrlə dərədən axan sudan götürərək istifadə edir, iddiaçının su şlanqlarını su axınının yuxarı hissəsində yerləşdirməsinə etiraz edir. Çünki belə olan halda ona su çatmayacaq. Eyni zamanda iddiaçının həyətinə başqa mənbədən su gedir və iddiaçıya əlavə su lazımdırsa, dərə ilə axan suyun aşağı axınından həyərinə yaxın yerdən su nasosu qoyulmaqla su götürə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. “İnsan hüquqları və X1 haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətində maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə, iş üzrə yerində baxış zamanı müəyyən edilmişdir ki, İddiaçı həyətinə su boruları ilə su çəkilmiş, həyətdə olan su çənində su vardır. Onun həyətindən təxminən 80- 100 metr məsafədən yerləşən dərədən su axır. Eyni zamanda iddiaçı həmin suyun yuxarı axınında yaratdığı su anbarından su götürmək istəyir. Cavabdehə məxsus həyətə su borusu çəkilməmişdir. O, suyu vedrələrlə dərədən axan sudan götürərək istifadə edir. O, iddiaçının su şlanqlarının su axınının yuxarı hissəsində yerləşdirməsinə etiraz edir. Çünki belə olan halda, ona su çatmayacaq. Eyni zamanda iddiaçının həyətinə başqa mənbədən su gedir və iddiaçıya əlavə su lazımdırsa, dərə ilə axan suyun aşağı axınından həyərinə yaxın yerdən su nasosu qoyulmaqla su götürə bilər. Yəni, iddiaçı iddia ərizəsində göstərdiyi su anbarından istifadə edərsə cavabdehin sudan istifadə etmək imkanları olmayacaq. Ona görə də iddia tələbi təmin edilməməlidir. Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 216-227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, Qət etdi: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-75/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-75/2021
16.02.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver