Məhkəmə qərarları › İş №2(042)-772/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-772/2022

24.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-772/2022 24.08.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X7 oğlunun katibliyi ilə, İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X11 Təsərrüfatı Mərkəzinin etibarnamə üzrə nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X11 Təsərrüfatı Mərkəzinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X11 Təsərrüfatı Mərkəzi məhkəmə də iddia qaldıraraq cavabdeh Gədəbəy rayonu Çiçəkli kənd sakini Cavabdeh əmək müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirmədiyinə görə dövlət meşə fonduna dəymiş 936.55 manat ziyanlığın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X11 Təsərrüfatı Mərkəzinin etibarnamə üzrə nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, X11 Təsərrüfatı Mərkəzinin əməkdaşları Saratovka meşəbəyliyinin 5 saylı meşə dolayısında xx.xx.2021-ci il tarixdə aparılan növbəti yaz təftişi yoxlaması zamanı 1,85 m3 həcmində 64.82 manat ziyan dəyərində 15 ədəd kök üstə ağacların, xx.xx.2021-ci il tarixdə aparılan qəfləti yoxlaması zamanı 6,35 m3 həcmində 27.50 manat nırx və ziyan dəyərində 41 ədəd kök üstə ağacların, xx.xx.2021-ci il tarixdə aparılan növbəti payız təftişi yoxlaması zamanı 1,08 m3 həcmində 36.00 manat nırx və ziyan dəyərində 6 ədəd kök üstə ağacların, xx.xx.2022-ci il tarixdə Şəmkir RMTMnin 5 saylı dolayısında Mərkəzin direktorunun dəyişməsi ilə əlaqədar aparılan təhvil-qəbul yoxlaması zamanı 179,61 m3 həcmində 775.61 manat nırx və ziyan dəyərində 331 ədəd kök üstə ağacların, xx.xx.2022-ci il tarixdə təlimata uyğun olaraq aparılan növbəti yaz təftişi yoxlaması zamanı 7,41 m3 həcmində 32.62 manat nırx və ziyan dəyərində 20 ədəd kök üstə yaş ağacların kəsilərək kütlələrinin aparılması aşkar edilmiş və Cavabdeh Ramzan oğlu barəsində akt tərtib olunmuşdur. Bununla da Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 yanvar 2019 cu il tarixli 30 saylı qərarı ilə təsdiq edilmiş 7 saylı əlavəsinin tələbləri pozularaq Dövlət meşə fonduna 936.55 manat ziyan vurulmuşdur. Beləliklə Cavabdeh əmək müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirmədiyinə görə Dövlət meşə fonduna 936.55 manat məbləğində ziyan vurulmuşdur. Həmin ziyanın vurulmasına görə cavabdehə əvvəlcə xəbərdarlıq edilmiş və daha sonra isə vəzifəsini layiqincə yerinə yetirmədiyinə görə işindən azad edilmişdir. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini etiraf etmədi və izahatında göstərdi ki, o, Gədəbəy rayonu, Çiçəkli kəndində yaşayır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X11 Təsərrüfatı Mərkəzinin meşə gözətçisi vəzifəsində işləmişdir. Həmin meşə ərazisi kənd sakinləri tərəfindən çəpərlənmişdir. Kənd sakinləri həmin ərazilərin onlara məxsus olduğunu bildirmişdir. Bu isə ona həmin əraziyə nəzarət etməyə maneçilik törətmişdir. Bununla əlaqədar kənd sakinlərini ilə aralarında narazılıqda olmuşdur. Bu barədə o, mərkəzi idarəyə şifahi olaraq xəbər verməsinə baxmayaraq heç bir tədbir görülməmişdir. O, bu barədə yazılı olaraq heç bir məlumat verməmişdir. Həmin ağacların kəsilməsində onun heç bir təqsiri olmamışdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan cavabdehə aid şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nəbiyev X6 rayonu, Arabaçı kəndində qeydiyyatdadır. İşdə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X11 Təsərrüfatı Mərkəzinin əməkdaşlarının və Cavabdeh iştirakı ilə tərtib edilmiş aktların surətindən görünür ki, Saratovka meşəbəyliyinin 5 saylı meşə dolayısında xx.xx.2021-ci il tarixdə aparılan növbəti yaz təftişi yoxlaması zamanı 1,85 m3 həcmində 64,82 manat ziyan dəyərində 15 ədəd kök üstə ağacların, xx.xx.2021-ci il tarixdə aparılan qəfləti yoxlaması zamanı 6,35 m3 həcmində 27.50 manat nırx və ziyan dəyərində 41 ədəd kök üstə ağacların, xx.xx.2021-ci il tarixdə aparılan növbəti payız təftişi yoxlaması zamanı 1,08 m3 həcmində 36.00 manat nırx və ziyan dəyərində 6 ədəd kök üstə ağacların, xx.xx.2022-ci il tarixdə Şəmkir RMTM-nin 5 saylı dolayısında Mərkəzin direktorunun dəyişməsi ilə əlaqədar aparılan təhvil-qəbul yoxlaması zamanı 179,61 m3 həcmində 775.61 manat nırx və ziyan dəyərində 331 ədəd kök üstə ağacların, xx.xx.2022-ci il tarixdə təlimata uyğun olaraq aparılan növbəti yaz təftişi yoxlaması zamanı 7,41 m3 həcmində 32.62 manat nırx və ziyan dəyərində 20 ədəd kök üstə yaş ağacların kəsilərək kütlələrinin aparılması aşkar edilmişdir. İşdə olan 20 yanvar 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, 21 dekabr 2020-ci il tarixdə Gədəbəy rayon Saratoka meşəbəyliyinin 5 saylı meşə dolayısında meşə gözətçisi işləyən Gədəbəy rayonu, Çiçəkli kənd sakini Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidməti-zəng mərkəzinə müraciət edərək Gədəbəy rayonu Könəqışlaq kənd sakini X9 gözətçisi olduğu meşənin İnəkboğan kəndi ərazisindəki hissəsindən ağac kəsməsini bildirmiş, müraciəti ilə əlaqədar Gədəbəy rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı Xətayi Verdizadə tərəfindən araşdırma aparılmış və Gədəbəy rayon Çiçəkli kənd sakini Cavabdeh müraciəti ilə bağlı cinayət işinin başlanması rədd edilmiş, Gədəbəy rayonu Könəqışlaq kənd sakini X10 İXM-nin 253.1-ci maddəsinin tələblərini pozduğu üçün barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Gədəbəy rayon Polis şöbəsinin X3 göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. Məhkəmədə müəyyən edildi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X11 X2 meşəbəyliyinin 5 saylı meşə dolayısında xx.xx.2021ci il tarixdə aparılan yaz təftişi yoxlaması zamanı 1,85 m3 həcmində 64.82 manat ziyan dəyərində 15 ədəd kök üstə ağacların, xx.xx.2021-ci il tarixdə aparılan qəfləti yoxlaması zamanı 6,35 m3 həcmində 27.50 manat nırx və ziyan dəyərində 41 ədəd kök üstə ağacların, xx.xx.2021-ci il tarixdə aparılan növbəti payız təftişi yoxlaması zamanı 1,08 m3 həcmində 36.00 manat nırx və ziyan dəyərində 6 ədəd kök üstə ağacların, xx.xx.2022-ci il tarixdə Şəmkir RMTM-nin 5 saylı dolayısında Mərkəzin direktorunun dəyişməsi ilə əlaqədar aparılan təhvil-qəbul yoxlaması zamanı 179,61 m3 həcmində 775.61 manat nırx və ziyan dəyərində 331 ədəd kök üstə ağacların, xx.xx.2022-ci il tarixdə təlimata uyğun olaraq aparılan yaz təftişi yoxlaması zamanı 7,41 m3 həcmində 32.62 manat nırx və ziyan dəyərində 20 ədəd kök üstə yaş ağacların kəsilərək kütlələrinin aparılması aşkar edilmişdir. Bu barədə Cavabdeh iştirakı ilə aktlar tərtib edilmişdir. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 52-ci maddəsinə əsasən, meşə təsərrüfatına dəyən zərər və itkilər Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ödənilir. Meşə fondunun mühafizəsində meşə gözətçisinin vəzifə borclarına aid təlimata əsasən, meşə gözətçisi dolayıda xidməti qırılmalar aparılmasına, mal-qara otarılmasına, ot çalınmasına, ov edilməsinə və digər istifadəyə dair sənədləri yoxlamalı və bu barədə normativ qaydaların yerinə yetirilməsinə nəzarət etməli, bu sahədə baş vermiş qanun pozuntularının qaşısını almaq üçün tədbir görməli; qanunsuz (biletsiz) meşə qırılmasına və digər meşə pozulmalarına dair protokol tərtib etməli; meşə dolayısında ziyanverici və xəstəliklər, külək, qar, yıxmış və kök üstə qurumuş ağaclar (kollar) və meşə fonduna ziyan verə biləcək digər hadisələr nəzərə çarpdıqda onun bilavasitə rəhbərinə xəbər verilməlidir. Məhkəmə qeyd edir ki, Cavabdeh ağacların kəsilməsinin aşkar edildiyi zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X11 X2 meşəbəyliyinin 5 saylı meşə dolayısında meşə gözətçisi vəzifəsində işləmişdir. Belə olan halda, Nəbiyev X5 meşəbəyliyinin 5 saylı meşə dolayısında ağacların kəsilməsinə görə maddi məsuliyyət daşıyır. Belə ki, Cavabdeh meşə fonduna ziyanın kənd sakinləri tərəfindən vurulmasını bildirsə də, həmin ziyan vurulan dolayı cavabdehin nəzarətində olduğundan cavabdeh həmin şəxslər barəsində mərkəzi idarəyə heç bir məlumat verməmiş və ziyan vurulmasının qarşısının alınması üçün heç bir tədbir görməmişdir. Məhkəmə Cavabdeh bildirdiklərini onun heç bir sübutla əsaslandırılmamış mülahizəsi hesab edir. Göründüyü kimi, Cavabdeh meşə gözətçisi olaraq təlimatla müəyyən edilmiş meşə gözətçisinə aid vəzifə borclarını layiqincə yerinə yetirməmiş və onun təqsirli hərəkətləri (və ya hərəkətsizliyi) nəticəsində işə götürənə meşə gözətçisi işlədiyi müddətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X11 Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən tərtib edilmiş aktlarla müəyyən edilmiş ağacların kəsilməsi nəticəsində ümumilikdə 936.55 manat maddi ziyan vurmuşdur. Eləcə də, Cavabdeh qeyd edilən hallara görə, meşə gözətçisi vəzifəsində azad edilmişdir. Odur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X11 Təsərrüfatı Mərkəzi vurulmuş ziyanın ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən, ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən. mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxslə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir.) Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı ona maddi zərər vurulmasını, maddi zərərin cavabdehin vəzifəsini layiqincə yerinə yetirməməsinə görə vurulmasını təqdim etdiyi həqiqiliyi və mötəbərliyi şübhə doğurmayan sənədlərlə tam sübuta yetirdi. Azərbaycan Respublikası MPM-in 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslarda, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Toplanmış sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh hüquqa zidd hərəkətləri (və ya hərəkətsizliyi) nəticəsində iddiaçıya vurduğu maddi zərəri tam həcmdə ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Gədəbəy rayonu, Çiçəkli kənd sakini Cavabdeh meşə fonduna dəymiş ziyana görə 936 (doqquz yüz otuz altı) manat 55 (əlli beş) qəpik manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X11 Təsərrüfatı Mərkəzinə ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar