Məhkəmə qərarları › İş №2(042)-773/2021

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-773/2021

01.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-773/2021 01.07.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh İslamzadə Cavidə qarşı “zərərin ödənilməsi” tələbinə dair ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdim: İddiaçı cavabdeh İslamzadə Cavidə qarşı “zərərin ödənilməsi” tələbinə dair məhkəməyə ərizə ilə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyü məsələsinə baxılarkən müəyyən olunmuşdur ki, iddiaçı ərazi aidiyyəti qaydalarına əməl etməmiş və ərizəni cavabdehin yaşadığı yerin məhkəməsinə verməmişdir. Belə ki, iddia ərizəsində cavabdeh İslamzadə Cavidin qeydiyyatda olduğu yer kimi Şəmkir rayonu, Sabirkənd kəndi qeyd edilmişdir. MPM-in 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-in 152.1.3-cü maddəsinə görə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin iddiaçı ərizənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 149-cu maddəsi ilə nəzərdə tutulmuş forma və məzmununa riayət etməmişdir. Qeyd olunan hüquq normasının əsas müddəalarından biri ərizədə işdə iştirak edən şəxslərin adlarının, onların poçt ünvanlarının göstərilməsidir. Ərizədə işdə iştirak edən şəxslərin poçt ünvanlarının düzgün və tam göstərilməsi iddia ərizəsinin ərazi aidiyyəti məsələsinin həlli zamanı, eləcə də, məhkəmə baxışının ən mühüm prinsiplərindən olan çəkişmə prinsipinin realizəsi üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, MPM-in 149.2.2-ci maddəsinin tələbinə əsasən, ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilir. Qeyd olunan hüquq norması baxımından məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdehin adını tam şəkildə göstərməmişdir. Məhkəmə hesab edir ki, iş üzrə cavabdeh X2 rayonu, Sabirkənd kəndində qeydiyyatda olduğundan, ona qarşı həmin iddia ərizəsinə Gədəbəy rayon Məhkəməsində baxıla bilməz. Həmçinin cavabdehin adını tam şəkildə göstərməmişdir. Odur ki, İddiaçı cavabdeh İslamzadə Cavidə qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı cavabdeh İslamzadə Cavidə qarşı “zərərin ödənilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar