Məhkəmə qərarları › İş №2(042)-779/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-779/2023

22.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-779/2023 22.09.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı Cavabdeh ziyanın məbləği olan 800 manat miqdarında pulun və 30 manat dövlət rüsumunun, ziyan aktının alınması ilə bağlı ödənilmiş 40 (qırx) manat pulun tutularaq, ona ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş izahat verərək, bildirmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsi, V.Axundov küçəsi ilə M.Ə.Rəsulzadə küçəsinin kəsişməsində Toyoto Prius (Hibrid) minik markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh tərəfindən yol hərəkəti qaydaları pozulmuş,yol nəqliyyat haidəsəsi baş vermişdir. Abşeron DYP Yol Patrul Xidməti inspektoru X3 tərəfindən İXP ******* nömrəli Protokol tərtib edilmiş, Cavabdeh AR İXM-nin 327.7-ci və 327.2-ci maddələri ilə təqsirli bilinmişdir. Həmin yol nəqliyyat hadisəsi zamanı onun idarə etdiyi Opel-Vegtra markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Belə ki, Toyoto Prius (Hibrid) minik markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi Opel-Vegtra markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuçdur. Toqquşma nəticəsində avtomobilinə dəyən ümumi zərər 800 manat təşkil edir. Avtomobilə dəyən zərərin detallı açıqlaması 06 iyul 2023-cü il tarixdə "xxxx" ASC-nin X1 X4 Avtoeksperti tərəfindən verilmiş ziyan aktında öz əskini tapmışdır. Cavabdehə məxsus avtomobilin sığortasl olmadığına görə ona dəymiş ziyana görə sığorta ödənişi olmamışdır. O, Cavabdeh ilə bu məsələni sülh yolu ilə həll etməyə çalışsa da, cavabdeh bundan boyun qaçırmışdır. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, “Toyota prius (hibrid) minik” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.2, 327.7 və 469.3-cü maddələri ilə təqsirli bilinmişdir. İşdə olan "xxxx" ASC-nin X2 X4 tərəfindən verilmiş 06 iyun 2023-cü il tarixli ziyan aktından görünür ki, “Opel-Vectra” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 800 manat məbləğində zərər dəymişdir. İşdə olan fotoşəkillərdən görünür ki, “Opel-Vectra” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı və “Toyota prius (hibrid) minik” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobillər toqquşmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, İddiaçı idarə etdiyi “Opel- Vectra” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh idarə etdiyi “Toyota prius (hibrid) minik” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobil 04 iyul 2023-cü il tarixdə toqquşmuş və nəticə də “Opel-Vectra” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilə 800 manat məbləğində ziyan dəymişdir. Həmin yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli bilinmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Cavabdehin idarə etdiyi avtomobilin icbari sığortası olmadığından iddiaçıya vurulmuş ziyan ödənilməmişdir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh vurulmuş ziyana görə 800 manat alınaraq, İddiaçı verilməlidir. İddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu və avtomobilə dəymiş ziyanın müəyyən edilməsinə görə çəkilmiş 40 manat məbləğində xərc Cavabdeh alınaraq, İddiaçı verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 800 manat alınaraq, İddiaçı verilsin. Cavabdeh 30 manat ödənilmiş dövlət rüsumunun və avtomobilə dəymiş ziyanın müəyyən edilməsinə görə çəkilmiş 40 manat xərcin əvəzi alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar