Məhkəmə qərarları › İş №2(042)-787/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-787/2024

27.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-787/2024 27.11.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənov Nihat Natiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İsa oğluna qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən eti: İddiaçı Cavabdeh qarşı Cavabdeh ona məxsus “Hyundaı Elentra” markalı **-GY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə vurduğu maddi ziyana görə 5171 manat məbləğində pulun, ödənilmiş 71.71 manat dövlət rüsumunun və 65 manat vəkil xərcinin əvəzinin alınıb ona verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, ona məxsus olan ''Hyundaı Elentra” markalı **-GY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. 28 aprel 2024-cii il tarixdə saat təxminən 21.15 radələrində Şəmkir-Gədəbəy avtomobil yolunun Qaradağ kəndi ərazisindən keçən hissəsində Gədəbəy şəhəri istiqamətində hərəkətdə olan zaman Cavabdeh 3 baş inəyi yola ötürmüşdür. O, hadisənin qarşısını almağa çalışsa da, mümkün olmamış və heyvanlardan birini ilə toqquşma baş vermişdir. Hadisə zamanı o, avtomobildə tək olmuşdur. Bundan sonra o, avtomobildən düşmüş, cavabdeh də inəyin vurulduğu yerə yaxınlaşmış və heç bir günahı olmadığı halda, onu söyüb-təhqir etməyə başlamışdır. Həmin vaxt hadisə yerinə Gədəbəy Rayon Polis Şöbəsinin PPX əməkdaşları gəlmiş, daha sonra isə YPX əməkdaşları gəlmiş və hadisə yerinin şəklini, sxemini çəkib getmişlər. Baş vermiş hadisə ilə əlaqədar Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılmış, hadisənin baş verməsində təqsirli şəxs kimi Cavabdeh müəyyən edilmişdir. Cavabdeh həmin vaxt sərxoş olmuşdur. Gədəbəy Rayon Polis Şöbəsinin DYPB tərəfindən Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 338.5.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş, həmin protokol əsasında o, xx.xx.2024-cti il tarixdə mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə görə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 40 manat məbləğində cərimə olunmuşdur. Cavabdehin təqsirli hərəkəti nəticəsində ona məxsus olan "Hyundaı Elentra” markalı **-GY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə cəmi, 5171 manat maddi ziyan dəymişdir. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh İsa oğluna məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndəeilmiş, lakin bildiriş ərazidə yoxdur qeydi ilə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşdə olan “X2 Departament tərəfindən tərtib edilmiş qüsur aktından görünür ki, İddiaçı məxsus Hyundaı Elentra markalı **-GY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə ümumillikdə, 5171 manat ziyan dəymişdir. İşdə olan Gədəbəy Rayon Polis Şöbəsinin DYPB tərəfindən Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 338.5.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və xx.xx.2024-cti il tarixli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, o, Azərbaycan Respublikası İXM-in 338.5.2-ci maddəsi ilə (mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 40 manat məbləğində cərimə olunmuşdur. İşdə olna Ədiliyyə Nazirliyi Məhkəmə X1 görunür kü, İddiaçı məxsus Hyundaı Elentra markalı **-GY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə ümumillikdə 4502 manat ziyan dəymişdir. İşdə olan sənədlərdən görünür ki, iddiaçı 71.71 manat dövlət rüsumu ödəmiş, vəkilə hüquqi yardım üçün 65 manat ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını, işin faktiki hallarını araşdıraraq və işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2; 14.2.1;14.2.6. və 14.2.7-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması, başqa şəxsə zərər vurulması, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları kimi təsbit edilmişdir. Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Cavabdeh İsa oğlunun təqsirli hüquqazidd əməli nəticəsində iddiaçıya maddi ziyan vurulmuşdur. Təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi ilə vurulmuş ziyanın 4502 manat miqdarında olduğu müəyyən edilmişdir. Ona görə də iddia tələbi qismən təmin edilməli, Cavabdeh İsa oğlundan 4502 manat maddi ziyan və məhkəmə xərclərinin əvəzi olan, cəmi, 136.71 manat alınaraq, İddiaçı verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İsa oğlundan 4502 manat maddi ziyan və məhkəmə xərclərinin əvəzi olan, 136.71 manat alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar