Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-80/2022 04.04.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maneələrə son qoyulması və hasarın cavabdehin hesabına sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********387-10301 reyestr nömrəli çıxarışa əsasən, xüsusi mülkiyyət hüququ ilə ona məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 231.7 kv.m olan fərdi yaşayış evinin arxa hissəsində yağış sularının qarşısını almaq üçün beton tökməsinə və evin arxa hissəsinə hasar çəkməsinə Cavabdeh yaratdığı hər cür müdaxilələrə son qoyulmasına və həmin çıxarışla ona məxsus olan evin arxa hissəsində evinə bitişik olan hissədə Cavabdeh çəkdiyi hasarın onun torpaq sahəsinə düşən hissəsinin cavabdehin hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********87-10301 reyestr nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 231.7 kv.m olan fərdi yaşayış evi və 0.0599 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə onun adına 11.02.2021 -ci il tarixdə qeydiyyata alınmışdır. Evin texniki pasportu tərtib edilmişdir. Hazırda evdə o və ailə üzvləri yaşayırlar. Cavabdeh onun əmisi oğludur. Cavabdehin evi ilə onların evi həmsərhəddir. Onun evinin arxa hissəsi Zaurun evinin qabaq hissəsinə düşür. Onların evin arxa hissəsinə yağan yağış evin divarından keçərək içəriyə daxil olur. Bu da onun mülkünə ziyan vurur. Bunun qarşısını almaq üçün o evinin arxa hissəsinə beton tökmək istəyir. Lakin, Cavabdeh ona öz evinin arxasında evinə gedən yağış sularının qarşısını almaq üçün beton tökməyə imkan vermir. O, dəfələrlə cavabdehdən bu qanunsuz hərəkətlərinə son qoymasını tələb etsə də, cavabdeh ona məhəl qoymur. Bu mübahisə ilə bağlı aralarında münaqişə də olmuş və Gədəbəy rayon Polis şöbəsinə verdiyi şikayətlə bağlı araşdırma olmuşdur. Eləcə də, bununla bağlı Gədəbəy şəhər İƏD üzər nümayəndəliyinə və şəhər bələdiyyəsinə müraciət etsə də, ona məsələ mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Artıq o hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, onun öz mülkiyyətini qorumaq üçün evin arxa hissəsində beton tökməsinə cavabdehin yaratdığı maneələrə son qoyulmalıdır. Həmçinin, onun evinin arxa hissəsində 2.5 m məsafədə torpaq sahəsi, 22 m uzunluğunda onun mülkiyyətinə aiddir və evin texniki pasportunda bu, öz əksini tapmışdır. Lakin cavabdeh buna da imkan vermir. Eləcə də, cavabdeh öz hasarını onun evinə bitişik şəkildə timişdir ki, bununla da onun torpaq sahəsinə girmişdir. Ona görə də həmin hasarın mülkiyyət hüququ ilə onun torpaq sahənə düşən hissəsinin cavabdehin hesabına sökülməsini istəyir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, iddiaçının beton tökməsini istədiyi yer onun torpaq sahəsidir. Ona görə də, iddiaçının həmin torpaq sahəsinə beton tökməsinə icazə vermir. Həmçinin onun çəkdiyi hasar özünə məxsus torpaq sahəsində yerləşir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan AZE seriyalı 02105279 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 22.05.1951-ci ildə Gədəbəy rayonunda anadan olmuş, hazırda Gədəbəy rayonunun Novosaratovka kəndində qeydiyyatdadır. İşdə olan ƏMDK yanında DƏDRX tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 231.7 kv.m fərdi yaşayış evinə və 0.0599 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ 11.02.2021-ci il tarixdə qeydiyyata alınmış və **********87-10301 reyestr nömrəli çıxarış verilmişdir. İşdə olan ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən 10.02.2021-ci il tarixdə tərtib edilmiş texniki pasportun lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin texniki göstəriciləri tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazırliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 02.03.2022-ci il tarixli, **********02 №-li mütəxəssis rəyindən görünür ki, iddiaçının beton tökmək istədiyi və hasar çəkmək istədiyi 41.75 kv.m mübahisəli torpaq sahəsi ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı mülkiyyətindədir. Cavabdeh tərəfindən çəkilmiş hasarın hər hansı hissəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 11.02.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı məxsus olan torpaq sahəsinə düşmür. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı, həmin torpaq sahəsində cavabdeh tərəfindən hasar çəkilməli və iddiaçının beton tökmək və hasar çəkdirmək istədiyi torpaq sahəsi onun mülkiyyətində olmalı. Beləliklə, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, ƏMDK yanında DƏDRX tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 231.7 kv.m fərdi yaşayış evinə və 0.0599 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ 11.02.2021-ci il tarixdə qeydiyyata alınmış və **********87-10301 reyestr nömrəli çıxarış verilmişdir. İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdeh tərəfindən ona məxsus torpaq sahəsində beton tökməsinə və hasar çəkməsinə maneə yaradıldığını, eləcə də, ona məxsus torpaq sahəsində cavabdeh tərəfindən hasar çəkildiyini bildirmişdir. İş üzrə cəlb mütəxəssis cəlb edilmiş, verilmiş mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçının beton tökmək istədiyi və hasar çəkmək istədiyi 41.75 kv.m mübahisəli torpaq sahəsi ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı mülkiyyətindədir. Cavabdeh tərəfindən çəkilmiş hasarın hər hansı hissəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 11.02.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı məxsus olan torpaq sahəsinə düşmür. Məhkəmə qeyd edir ki, iddiaçının beton tökmək istədiyi və hasar çəkmək istədiyi torpaq sahəsinin onun mülkiyyətində olması mütəxəssis rəyi və işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Lakin, Cavabdeh tərəfindən çəkilmiş hasarın hər hansı hissənin iddiaçıya məxsus torpaq sahəsinə düşməsi mütəxəssis rəyi ilə, eləcə də, işdə olan sübutlarla öz təsdiqini tapmadı. Odur ki, qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı ona məxsus olan torpaq sahəsində beton tökməsinə və hasar çəkməsinə Cavabdeh tərəfindən yaradılan hər cür müdaxiləyə son qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********387-10301 reyestr nömrəli çıxarışa əsasən, xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 231.7 kv.m olan fərdi yaşayış evinin arxa hissəsində özünə məxsus torpaq sahəsində yağış sularının qarşısını almaq üçün beton tökməsinə və evin arxa hissəsinə hasar çəkməsinə Cavabdeh yaratdığı hər cür müdaxilələrə son qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu və mütəxəssis xərci olaraq müəyyən edilmiş 311 manat məbləğində pulu ödənilmişdir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu və hazırkı iş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc yarı hissədə cavabdehə, qalan hissədə isə iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********387-10301 reyestr nömrəli çıxarışa əsasən, xüsusi mülkiyyət hüququ ilə ona məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 231.7 kv.m olan fərdi yaşayış evinin arxa hissəsində özünə məxsus torpaq sahəsində yağış sularının qarşısını almaq üçün beton tökməsinə və evin arxa hissəsinə hasar çəkməsinə Cavabdeh yaratdığı hər cür müdaxilələrə son qoyulsun. İddiaçı Cavabdeh qarşı olan iddia tələbi “hasarın cavabdehin hesabına sökülməsi” hissəsində təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 5 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc olaraq ödənilmiş 311 manat məbləğində pul vəsaitinin 155.5 manat hissəsi Cavabdeh tutularaq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun və mütəxəssis xərcinin qalan hissəsi İddiaçı aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-80/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-80/2022
04.04.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver