Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-80/2024 23.01.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onun qanuni nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maneələrə son qoyulması tələbi haqqında iddia ərizəsinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 05 saylı qərarı ilə JN-602D KOD 50526018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında onun mülkiyyətinə verilmiş, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaratdığı maneələrə (ölçü işlərinin aparılmasına edilən müdaxilələrə) son qoyulması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, o, iddiaçının anasıdır. X13 onunla rəsmi nikaha daxil olaraq ailə qurmuş, onların birgə nikahından üç övladı olmuşdur: İddiaçı-əvvəlki adı X14, X12 və X15. İdiaçının nənəsi, yən onun anası X6 adına Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan 2001-2005-ci illərə dair Slavyanka kənd İƏD üzrə nümayəndəliyin təsərrüfatbaşına kitabının şəxsi hesabında 0.25 ha həyətyanı torpaq sahəsi və 1986-cı ildə tikilmiş ümumi sahasəi 48 kv.m, yaşayış sahəsi 36 kv.m olan yaşayış evi qeyd edilmişdir. X1 Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən evini İddiaçı vəsiyyət etmişdir. Həmçinin, sözügedən mülkə faktiki olaraq o, sahiblik etmişdir. Bunun nəticəsidir ki, həmin evin yerləşdiyi 0.25 ha həyətanı torpaq sahəsi Gədəbəy rayon Aqrar İslahat Komissiyasınınxx.xx.2001-ci il tarixli qərarı ilə iddiaçının mülkiyyətinə verilmişdir. Bu barədə keçmiş Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən iddiaçını adına xx.xx.2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Buna baxmayaraq X2, yəni 2007-ci ildə X6 adına qeyd edilmiş 0.25 ha həyətyanı torpaq sahəsində yerləşmiş ümumi sahəsi 662 kv.m olan yaşayış evinə sahiblik, istifadə və sərəncam vermə faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə xüsusi icraat qaydasında ərizə vermiş, Gədəbəy Rayon Məhkəməsinin 17 iyul 2007-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, Gədəbəy rayonunun Slavyanka kəndində mərhum X6 adına qeyd edilmiş 0.25 ha həyətyanı torpaq sahəsində yerləşmiş ümumi sahəsi 662 kv.m olan yaşayış evinə görə X7 mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahibliyi, ondan istifadə etməsi və onun barəsində sərəncam verməsi faktı müəyyən edilmiş, həmin yaşayış evinə X7 mülkiyyətçi tanınması və həmin yaşayış evinə görə X10 Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsinin AR DƏDRX-nin Şəmkir Rayon Ərazi İdarəsinin Gədəbəy rayon şöbəsinə tapşırılması qət edilmişdir. Bundan sonra X7 adına həmin əmlaka dair xx.xx.2007-ci ildə ƏMDK yanında DƏDRX-nin Şəmkir Ərazi idarəsi tərəfindən çıxarış verilmişdir. X13 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra Gədəbəy rayon notariat ofisi tərəfindən X4 miras qalmış əmlak kimi Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 87.5 kv.m yaşayış, 577.5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi və həmin evin mülkiyyətində olan 0.25 ha torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmiş, həmin şəhadətnamələrə görə sözügedən mirasdan X7 vərəsələri olaraq İddiaçı, X5, X8, Cavabdeh2 və Cavabdeh1 hər birinin 1/5 hissə payı müəyyən edilmişdir. Qqanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən iddiaçının xəbəri olmamışdır. Bundan sonra iddiaçı maraqlarına toxunan şəxs kimi Gədəbəy Rayon Məhkəməsində baxılmış 2-160/2007 saylı mülki iş üzrə itirilmiş məhkəmə icraatının tam və ya qismən bərpa edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmiş, Gədəbəy Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə ərizəsi təmin edilmiş, Gədəbəy Rayon Məhkəməsində baxılmış 2007-ci il tarixl mülki iş üzrə itirilmiş məhkəmə icraatının qismən bərpa edilməsi qət edilmişdir. Həmçinin, iddiaçı Gədəbəy Rayon Məhkəməsində baxılmış 2- 160/2007 saylı mülki işüzrə qətnamədən apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gədəbəy Rayon Məhkəməsinin 17 iyul 2007-ci il tarixli qətnaməsi ləğv edilmiş və ərizə baxılmamış saxlanılmış, ərizəçi X7 hüquqi varislərinə işin baxılmasına maneçilik törədən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müracət etmək hüququ izah edilmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ƏMDK yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən mərhum X7 adına Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 87.5 kv.m yaşayış, 577.5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi və həmin evin mülkiyyətində olan 0.25 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2007-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi; həmin çıxarış əsasında X4 qalmış miras əmlak hesab edilən – Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 87.5 kv.m yaşayış, 577.5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi və həmin evin mülkiyyətində olan 0.25 ha torpaq sahəsinə dair Gədəbəy rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi qət edilmişdir. Qətnamə xx.xx.2022-ci ildə qanuni qüvvəsini almışdır. Bundan sonra iddiaçı Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə çıxarış almaq üçün 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişdir. İdarənin əməkdaşları 16 avqust 2023-cü ildə əraziyə gəlmiş, lakin orada cavabdehlər ölçmə işlərinə maenələr yaratmışdır. Bu səbəbdən sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən bu barədə xx.xx.2023-cü il tarixli məktub verilmişdir. Cavabdehlərin bu qanunsuz hərəkətləri isə iddiaçının mülkiyyət hüquqlarımın pozulmasına gətirib çıxarmışdır. Ona görə də həmin əmlakın yerləşdiyi ərazidə ölçmə işləri aparılmasına cavabdehlər tərəfindən edilən maneələrə son qoyulması haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməmiş, izahat verərək, bildirmişdir ki, mübahisəli torpaq sahəsi və onun yerləşdiyi fərdi yaşayış evi onlara məxsusdur. Onlar həmin evə xərc çəkmişlər. Onlar həmin mülkə iddiaçının çıxarış almasınıa imkan verməyəcəklər. Ona görə də iddia tələbinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməmiş və Cavabdeh1 ilə eynuməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan 4.05.2006-cı il tarixli, JN-602D KOD 50526018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli 05 saylı qərarı ilə X11 (İddiaçı) Gədəbəy rayonu, Slavyanka kəndi ərazisində 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-265/2022 saylı qətnaməsinin surətindən görünür ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-265/2022 saylı qətnaməsi ilə ƏMDK yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən mərhum X7 adına Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 87.5 kv.m yaşayış, 577.5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi və həmin evin mülkiyyətində olan 0.25 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2007-ci il tarixli, **********50 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi; həmin çıxarış əsasında X4 qalmış miras əmlak hesab edilən – Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 87.5 kv.m yaşayış, 577.5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi və həmin evin mülkiyyətində olan 0.25 ha torpaq sahəsinə dair Gədəbəy rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, reyestrdə 2V- 22, 2V-23, 2V-23, 2V-25 və 2V-26 № ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi qət edilmişdir. İşdə olan İ-ИК № 565134 nömrəli Adın dəyişdirilməsi haqqında Şəhadətnamənin surətindən görünür ki, X9 adı Ruslan adına dəyişdirilmiş və İddiaçı kimi qeyd edilmişdir. İşdə olan AR İqtisadiyyat Nazirliyi ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, sözügedən torpaq sahəsinin üzərində iki ədəd fərdi yaşayış evi olmaqla mübahisəlidir və ölmə işlərinin aparılmasına şərait yaradılmamışdır. Bu səbəbdən mübahisəli əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, habelə, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli 05 saylı qərarı ilə X11, yəni, İddiaçı Gədəbəy rayonu, Slavyanka kəndi ərazisində 0.25 ha həyətyanı torpaq sahəsi verilmiş, bu barədə keçmiş Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən X9 (İddiaçı) adına xx.xx.2006-cı il tarixli, JN-602D KOD 50526018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. İddiaçı adına verilmiş torpaq sahəsinə mülkiyyət hüququnun sənədləşdirilməsinin aparılması üçün ölçmə işlərinin keçirilməsinə edilən maneələrin aradan qaldırlmasını istəyir. Cavabdehlər mübahisəli əmlakın onalara məxsus olduğunu bildirsələr də, bunu təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqim etməmişlər. Məhkəmənin qənaətinə görə ölçmə işləri texniki prosedur olaraq, hər hansı bir şəxsin hüquqlarının pozulmasına səbəb ola bilməz. Ona görə də iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 tərəfindən Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli 05 saylı qərarı ilə X9 (İddiaçı) mülkiyyətinə verilmiş Gədəbəy rayonu, Slavyanka kəndi ərazisində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi və yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar ölçmə işlərinin aparılmasına edilən maneələrə son qoyulsun. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-80/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-80/2024
23.01.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver