Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-804/2020 02.10.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh iştirakları ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı maddi ziyan tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı Cavabdeh İddiaçı1 4800 manat, İddiaçı3 6600 manat, İddiaçı2 2400 manat məbləğində dəymiş maddi ziyanın alınaraq onlara verilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı1 iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, onlara müvafiq olaraq Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Gədəbəy Rayon Novoivanovka kəndində torpaq sahələri verilmişdir. Onlar həmin torpaq sahələrinə kartof əkmişlər. Avqust ayının əvvəllərində torpaq sahəsinə baxış keçirmək üçün gedərkən Cavabdeh məxsus iribuynuzlu mal-qaranın əkin sahələridə əkilmiş kartofu məhv etməsini görmüşlər. Cavabdehə məxsus heyvanlar əvvəllər də bir neçə dəfə onların əkin sahəsinə girmişlər. Onlar Gədəbəy Rayon X2 müraciət etmiş və onların müraciəti əsasında torpaq sahələrinə baxış keçirilmişlər. Mütəxəssis baxış zamanı məlum olmuşdur ki, İddiaçı1 7.5-8 ton, İddiaçı3 600-700 kq, İddiaçı2 2.6-3 ton miqdarında kartof məhv olmuşdur. Həmin vaxt kartofun qiymətinin 50-60 qəpik olmuşdur. Cavabdeh İddiaçı1 4800 manat, İddiaçı3 6600 manat, İddiaçı2 2400 manat məbləğində maddi ziyan vurmuşdur. O, dəfələrlə cavabdehdən onlara dəymiş ziyanın ödənilməsini tələb etsə də cavabdeh onların pulunu ödəməmişdir. Ona görə də məhkəməyə müraciət etmiş və iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 məhkəmə iclasında eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı3 məhkəməyə ərizə verərək, işə onun iştirakı olmadan baxılaraq, iddia tələbinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 260.0.5-ci maddəsinə əsasən işə İddiaçı3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsinə etiraz etmiş, izahat verərək bildirmişdir ki, avqust ayının əvvəllərində iri buynuzlu heyvanlarını axşam evə gətirərkən 2 dəfə İddiaçı3 kartof sahəsinə girmişdir. Digər İddiaçı1 tanımır. Cavabdeh kartof sahəsinə onun camışları girməmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid ifadə verərək bildirmişdir ki, cavabdehin çoxlu sayda camışları var. Həmin camışlar onların və digər kənd camaatının əkin sahələrinə xeyli miqdarda ziyan vurmuşdur. Gecə saat 12-dən sonra cavabdeh camışları buraxır, onların və kənd sakinlərinin əkin yerlərini tapdalayaraq, onlara ziyan vurur. Cavabdehin inəkləri və camışları avqust ayının əvvəllərində iddiaçılara məxsus olan kartof sahəsinə girmiş və onlara xeyli miqdarda ziyan vurmuşdur. İşdə olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx xxxx 2007-ci il tarixli 3 nömrəli qərarı ilə İddiaçı2 6388 kv.m kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İşdə olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx xxxx 2007-ci il tarixli 3 nömrəli qərarı ilə X1 1130 kv.m və 355 kv.m kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İşdə olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx xxxx 2007-ci il tarixli 3 nömrəli qərarı ilə İddiaçı3 10499 kv.m kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İşdə olan Gədəbəy Rayon Bitki Mühafizəsi Mərkəzi tərəfindən verilmiş Rəylərdən görünür ki, İddiaçı1 7.5-8 ton kartof məhsuluna, İddiaçı3 600-700 kq kartof məhsuluna İddiaçı2 2.6-3 ton kartof məhsuluna ziyan dəymişdir. İşdə olan Arayışlardan görünür ki, 1 kq kartofun alış-satış dəyəri 50-60 qəpikdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadəsini, habelə, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1;14.2. və 14.2.6-cı maddələrinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən, o cümlədən başqa şəxsə zərər vurulması ilə əmələ gəlir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məcəllənin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Məcəllənin 1113.1-ci maddəsinə əsasən birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutеtmə vəzifələrinin bölgüsünün ümumi qаyqаsını müəyyən еqir. Bu qаydаyа görə iş iştirаkçılаrı tələb və еtirаzlаrını əsаslаndırdıqlаrı fаktlаrı isbаt еtməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirаkçısı оlаn bu və yа bаşqа şəхsi оnun öz iddiа və еtirаzlаrını əsаslаndırmаq üçün söykəndiyi hаllаrın və qаnunlа sübut еtməli оlquğu bаşqа hаllаrın sübut оlunmаsı yükündən аzаd еdə, yахud sübutеtmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlаr tоplаmаq hüququ vеrmir və sübutlаrın tоplаnmаsı və vеrilməsi yükünü bütünlüklə sübutеtmə yükünü dаşıyаn iş iştirаkçılаrının üzərinə qоyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hеsаb еdir ki, işin оbyеktiv həlli üçün yаlnız mötəbər sübutlаrdаn istifаdə оlunа bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı оlmаlı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməliqir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İnsan Hüquqları üzrə Аvrоpа Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" xx xxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probalion”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, "Qavazov Bolqarıstana qarşı iş üzrə" xx xxxx 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutları qiymətləndirərkənbir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iclasında iddiaçıların izahatları və şahid ifadələri ilə müəyyən edilmişdir ki, Cavabdeh məxsus iribuynuzlu heyvanlar tərəfindən İddiaçı1, İddiaçı2 və İddiaçı3 məxsus torpaq sahələrinin kartof məhsulunu yararsız hala salmışdır. Əkin sahələrinin yararsız hala salınması Gədəbəy Rayon Bitki Mühafizəsi Mərkəzi tərəfindən verilmiş Rəylərlə müəyyən edilmişdir. Cavabdeh məhkəmə iclasında yalnız İddiaçı3 məxsus əkin sahəsinin ona məxsus heyvanlar tərəfindən yararsız hala salmasını bildirsə də, şahid ifadəsi ilə cavabdehin digər iddiaçılara da maddi ziyan vurması sübut edilmişdir. Məhkəmə, dəymiş ziyanın miqdarını hesablayarkən iddiaçılar tərəfindən təqdim edilmiş Rəylərə və Arayışlara əsaslanaraq, belə nəticəyə gəlir ki, İddiaçı1 7.5-8 ton kartof məhsuluna, İddiaçı3 600-700 kq kartof məhsuluna İddiaçı2 2.6-3 ton kartof məhsuluna ziyan dəymiş, 1 kq kartofun dəyəri 50-60 miqdarındadır. İddiaçılar məhv olunmuş məhsulun miqdarının və onun dəyərinin yüksək miqdarda olmasını sübut edə bilməmişlər. Yəni, İddiaçı1 7.5 ton kartof məhsuluna, İddiaçı3 600 kq kartof məhsuluna və İddiaçı2 2.6 ton kartof məhsuluna ziyan dəymişdir və məhsulun 1 kq-nın qiyməti 50 qəpikdən hesablanmalıdır. Ona görə də, iddia tələbləri qismən təmin edilməli, Cavabdeh 3250 manat alınaraq, İddiaçı1, 300 manat alınaraq, İddiaçı3 və 1300 manat alınaraq, İddiaçı2 verilməlidir. İddia ərizəsi qismən təmin edildiyindən iddia ərizəsinin qismən təmin edilmiş hissəsinə münasibətdə ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsi Cavabdeh alınaraq, İddiaçı1, İddiaçı3 və İddiaçı2 verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 216- 227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 3250 manat alınaraq, İddiaçı1, 300 manat alınaraq, İddiaçı3 və 1300 manat alınaraq, İddiaçı2 verilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsi Cavabdeh alınaraq, İddiaçı1, İddiaçı3 və İddiaçı2 verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-804/2020
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-804/2020
02.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver