Məhkəmə qərarları › İş №2(042)-807/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-807/2024

19.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-807/2024 19.11.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qalıdraraq, Cavabdeh 15539 manat pulun və ödədiyi 137 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh əvvələr tanımamışdır. Tanışlıqları 18 mart 2023-cü il tarixdə Bakı-Qazax-Gürcüstan yolunun Tovuz rayonu ərazisindən keçən Düz Qırıqlı kəndi ərazisindən keçən 427-ci kilometrliyində baş vermiş avtoqəza nəticəsində olmuşdur. Belə ki, sonuncu nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan yəni, sürücülük vəsiqəsi olmadan, həmçinin ağır dərəcəli sərxoş vəziyyətdə idarə etdiyi “VAZ-21154” markalı **-BE-*** qeydiyyat nişanlı avtomobil ilə idarə etdiyi “Hyundai Santafe” markalı **-DD-*** qeydiyyat nişanlı avtomobili vurmuşdur. Tovuz Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli 1(062)-99/2023 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM- nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə nəqliyyat vasitələrinin idarə etmək hüququndan məhrum edilməklə 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sözügedən cinayət işi üzrə şahid qismində tanındığından mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilməsə də Tovuz Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli 1(062)-99/2023 saylı hökmünün 06-cı səhifəsinin 7-ci abzasından da görünür ki, cavabdeh tərəfindən idarə etdiyi “Hyundai Santafe” markalı **-DD-*** qeydiyyat nişanlı avtomobilə ümumilikdə 15539 manat məbləğində ziyan dəymişdir. Eyni zamanda Tovuz Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli 1(062)-99/2023 saylı hökmünün hökm etdi hissəsindən də, görünür ki, iş üzrə maddi sübut olan “Hyundai Santafe” markalı **-DD-*** qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçı yəni ona qaytarılmasının nəzərə alınması hökm edilmişdir. Məhkəmə hökmünün qanuni qüvvəyə minməsi Tovuz Rayon Məhkəməsinin prosesin təkrarlanmasını istisna edir. Qüvvəyə minmiş Tovuz Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli 1(062)-99/2023 saylı hökmü preyudisial effektə malikdir. Preyudusiya, daha əvvəl baxılan iş üzrə yəni, Tovuz Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli 1 (062)-99/2023 saylı hökmü ilə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş və Tovuz Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli 1(062)-99/2023 saylı hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Belə olan halda isə hesab edir ki, Tovuz Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli 1(062)-99/2023 saylı hökmü ilə iş üzrə ona yəni, İddiaçı dəymiş ziyanın məbləği 15539 manat məbləğində müəyyən edilmiş, hazırki iş üzrə cavabdeh hökm üzrə təqsirləndirilən şəxs Cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Ona görə də, hesab edir ki, həmin məbləğ mübahisə edilmə və sübutetmə vəzifəsindən azad edilən hal kimi qiymətləndirilməli və cavabdehdən tutularaq ona ödənilməlidir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə verərək, işə iddiaçı və onun iştirakı olmdan baxılıb iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, iddia ərizəsində göstərilən məbləğlə razı deyil. Heç bir yerdə işləmir. 5000 manat ziyan müəyyən edilərsə hər ay imkanı çatan qədər ödəyə bilər. Odur ki, məhkəmə tərəfindən maddi vəziyyətinin nəzərə alınmasını xahiş edir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarında olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Tovuz rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(062)-99/2023 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşdə olan ziyan aktından görünür ki, baş vermiş yol nəqliyyatı hadisəsi zamanı “Hyundai Santafe” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 15539 manat maddi ziyan dəymişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, 2(042)-807/2024 №-li qərardadla təqdim edilmiş qüsur aktına əsasən 2010-cu il buraxılışlı “Hyundai Santafe” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərci 8980 manat müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələbi və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir . Qeyd olunan hüquq normaları baxımından qeyd olunmalıdır ki, İddiaçı xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı cavabdehin təqsirli hərəkətləri nəticəsində ona 15539 manat məbləğində ziyan vurulduğunu sübuta yetirməlidir. Məhkəmədə müəyyən edildi ki, Cavabdeh 18 mart 2023-cü ıl tarixdə təxminən saat 01:15 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Tovuz rayonu Düz Qırıqlı kəndi ərazisindən keçən 427-ci kilometrliyində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin, 37-ci maddsinin 1-ci hissəsinin 1-ci bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq müvafiq etibarnamə və nəqliyyat vasitələrini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan, həmçinin alkoqollu içkilərin qəbul edilməsi nətcəsində sərxoş halda idarə etdiyi “VAZ-21154” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bir tərəfli yolda Qazax istiqamətindəki hərəkət zolağına daxil olaraq qeyd edilən Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı- qadağan nişanları yol hərəkəti iştirakçılarnın hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud onları ləğv edir) tələblərini pozara, 110 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 120-130 km/saat sürətlə əksinə doğru üzü Bakı istiqamətində hərəkət etdirərkən həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yəni, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və bununlada hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyərək qarşıdan öz yolu ilə gələn sürücü İddiaçı Mirılqar oğlunun idarə etdiyi “Hyundai Santafe” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ hisəssi ilə toqquşması nəticəsində sonuncu avtomobildə sərnişin olan X1 körpücük sümüyünün qapalı, yerdəyişməli sınığı, sol dirsək oynağının əzilmiş yarası ilə müşayiət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığın uzun müddətə pozulmasına sağlamlığa az-ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Cavabdeh Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Tovuz rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(062)-99/2023 saylı hökmü ilə, Cavabdeh baş vermiş yol nəqliyyat hadisəsi üzrə Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən, “Hyundai Santafe” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərci 8980 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qüsur aktından cavabdehə məxsus avtomobilə 15539 manat ziyan dəyməsi qeyd edilsə də, qüsur aktı ekspertiza təhqiqatına təqdim edilmiş, iş üzrə aparılmış təhqiqatın nəticəsində “Hyundai Santafe” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilə 8980 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, vurulmuş ziyanın məbləği müəyyən edilən zaman xüsusi biliyə malik olan ekspert tərəfindən verilmiş rəy əsas götürülməlidir. Göründüyü kimi, baş vermiş yol nəqliyyat hadisəsində, İddiaçı məxsus “Hyundai Santafe” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmasında Cavabdeh təqsirli bilinmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı ona vurulmuş 8980 manat məbləğində zərərin əvəzinin ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Eləcə də, iş üzrə ekspertizanın keçirilməsinə görə 50 manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, iddia tələbi qismən təmin edildiyi hissədə və çəkilmiş ekspertiza xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qimsən təmin edilməli, Cavabdeh İddiaçı vurulmuş maddi ziyana görə 2400 manat məbləğində pul və 48 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 2448 manat məbləğində pul alınıb İddiaçı verilməli, çəkilmiş ekspertiza xərci olaraq 50 manat məbləğində pul cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 8980 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 100 manat hissəsinin əvəzi, cəmi 9080 (doqquz min səksən) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************, büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu – 3) keçirilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar