Məhkəmə qərarları › İş №2(042)-809/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-809/2024

04.09.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-809/2024 04.09.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində 1970-ci il tarixdə tikilmiş fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına Cavabdeh yaratdığı maneələrə (ölçü işlərinin aparılmasına edilən müdaxilələrə) son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum nənəsi X1 miras qalmış Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən 1970-ci il tarixdə inşa edilmiş 48 kv.m yaşayış evinə, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 17 saylı qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-434A KOD 50532018 və JN-434E KOD 50532018 saylı şəhadətnamələr əsasında verilmiş 0.40 ha həyətyanı torpaq sahəsinə və Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 02 saylı qərarı ilə JN- 179 KOD 50532018 saylı “Dövlət Aktı” əsasında verilmiş 1.15 ha kənd təsərrüfatı məqsədi ilə ayrılmış torpaq sahəsinə vəsiyyət üzrə və eləcə də faktiki olaraq mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair məhkəməyə ərizə ilə müraciət etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-693/2023 saylı qətnaməsi ilə X3 ölümündən sonra qalmış Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 02 nömrəli qərarı ilə JN-179 KOD 50532018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında verilmiş 1.15 ha kənd təsərrüfatı məhsulları təyinatlı torpaq sahəsinin 1/7 hissəsindən, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 17 nömrəli qərarı ilə JN-434A KOD 50532018 saylı və JN-434E KOD 50532018 saylı “Torpağın mülkiyyət verilməsinə dair” Şəhadətnamələr əsasında verilmiş müvafiq olaraq sahələri 0.19 ha və 0.21 ha olan həyətyanı torpaq sahələrinin 1/7 hissələrindən və 1970-ci ildə inşa edilmiş fərdi yaşayış evindən ibarət miras əmlaka ərizəçi İddiaçı vəsiyyətnamə üzrə vərəsəlik hüquququnun müəyyən edilmiş və həmin miras əmlakın onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilməsinə dair qətnamə çıxarılmışdır. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Bundan sonra o Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə çıxarış almaq üçün 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişdir. İdarənin əməkdaşları 29 mart 2024-cü ildə əraziyə gəlmiş, lakin orada cavabdeh ölçmə işlərinə maenələr yaratmışdır. Bu səbəbdən sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən bu barədə xx.xx.2024-cü il tarixli məktub verilmişdir. Cavabdehlərin bu qanunsuz hərəkətləri isə onun mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı etibarnamə üzrə nümayəndəsi X5 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2013-cü il tarixdə X6 tərəfindən verilmiş, Şəmkir 1 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş vəsiyyətnamədən görünür ki, X6 ona məxsus olan həyətyanı torpaq sahəsini və qalan bütün əmlakını Gədəbəy rayonu, Arıxdam kəndində yaşayan xx.xx.1983-cü il təvəllüdlü İddiaçı vəsiyyət etmiş, digər vərəsələrini vərəsəlik hüququndan azad etmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-693/2023 saylı qətnaməsindən görünür ki, X3 ölümündən sonra qalmış Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 02 nömrəli qərarı ilə JN-179 KOD 50532018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında verilmiş 1.15 ha kənd təsərrüfatı məhsulları təyinatlı torpaq sahəsinin 1/7 hissəsindən, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 17 nömrəli qərarı ilə JN-434A KOD 50532018 saylı və JN-434E KOD 50532018 saylı “Torpağın mülkiyyət verilməsinə dair” Şəhadətnamələr əsasında verilmiş müvafiq olaraq sahələri 0.19 ha və 0.21 ha olan həyətyanı torpaq sahələrinin 1/7 hissələrindən və 1970-ci ildə inşa edilmiş fərdi yaşayış evindən ibarət miras əmlaka ərizəçi İddiaçı vəsiyyətnamə üzrə vərəsəlik hüququnun müəyyən edilməsi və həmin miras əmlakın onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilməsi qət edilmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsi tərəfindən verilmiş 29 avqust 2023-cü il tarixli arayışdan görünür ki, Gədəbəy rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli 2(042)- 693/2023 saylı qətnaməsi 29 avqust 2023-cü il tarixdə qanuni qüvvəsini almışdır. İşdə olan Şəmkir rayon Notariat ofisi tərəfindən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bənövşə Qurbanovadan qalmış miras əmlaka dair Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1325-ci maddəsində nəzərdə tutulan qaydada vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi məqsədi ilə notariat ofisinə təqdim edilməsi üçün X5 vasitəsilə ölmüş şəxsin adına çıxarış və ya forma 1 təqdim edilməsi barədə göstəriş verilməsi xahiş edilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 29 may 2024-cü il tarixli və 15 may 2023-cü il tarixli məktublardan görünür ki, ailə üzvləri (payçılar) arasında mübahisə olduğundan və ölçü işlərinin aparılmasına şərait yaradılmadığından X1 qalmış Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən torpaq sahəsi və fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı qeyd edilən daşınmaz əmlaklara mülkiyyət hüquqları olmalı və həmin daşınmaz əmlakların dövlət qeydiyyatının aparılmasına cavabdeh tərəfindən maneələr yaradılmalı və bu maneələr qanunsuz olmalıdır. Məhkəmədə müəyyən edildi ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-693/2023 saylı qətnaməsi ilə X3 ölümündən sonra qalmış Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 02 nömrəli qərarı ilə JN-179 KOD 50532018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında verilmiş 1.15 ha kənd təsərrüfatı məhsulları təyinatlı torpaq sahəsinin 1/7 hissəsindən, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 17 nömrəli qərarı ilə JN-434A KOD 50532018 saylı və JN-434E KOD 50532018 saylı “Torpağın mülkiyyət verilməsinə dair” Şəhadətnamələr əsasında verilmiş müvafiq olaraq sahələri 0.19 ha və 0.21 ha olan həyətyanı torpaq sahələrinin 1/7 hissələrindən və 1970-ci ildə inşa edilmiş fərdi yaşayış evindən ibarət miras əmlaka ərizəçi İddiaçı vəsiyyətnamə üzrə vərəsəlik hüququnun müəyyən edilməsi və həmin miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Məhkəmə qətnaməsinin icrası ilə əlaqədar, yəni ərizəçi məhkəmə qətnaməsi ilə müəyyən edilmiş vərəsəlik payının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanına müraciət etsə də, cavabdeh tərəfindən ölçü işlərinin aparılmasına yaradılan maneələr nəticəsində sözügedən fərdi yaşayış evi və torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı mümkün olmamışdır. Məhkəmə hesab edir ki, sözügedən daşınmaz əmlakların dövlət qeydiyyatının aparılmasına maneələrin yaradılması ərizəçinin mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir. Odur ki, sözügedən daşınmaz əmlakların dövlət qeydiyyatının aparılmasına cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində 1970-ci il tarixdə tikilmiş fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına Cavabdeh tərəfindən yaradılan maneələrə (ölçü işlərinin aparılmasına edilən müdaxilələrə) son qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində 1970-ci il tarixdə tikilmiş fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına Cavabdeh tərəfindən yaradılan maneələrə (ölçü işlərinin aparılmasına edilən müdaxilələrə) son qoyulsun. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar