Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-820/2020 30.10.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələblərinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Gədəbəy rayonunun Parakənd kəndində fərdi yaşayış evinə gedən avtomobil yoluna Cavabdeh tərəfindən edilən maneələrə qadağa qoyulması öhdəliyinin qoyulması haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy rayonunun Parakənd kəndində Gədəbəy Rayon X2 xx.xx.1998-ci il tarixli 13 saylı qərarı və AN 106286 saylı Torpaq sahəsinin plan və ölçü sənədi əsasında ona 0,11 ha həyətyanı torpaq sahəsi verilmişdir. O, həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi tikdirmiş və orada yaşayır. Evinə gedən avtomaşın yolu Cavabdeh həyətyanı sahəsindən keçir. Əvvələr onlar arasında münasibətlər normal olmuş və heç bir narazılıqları olmamışdır. Cavabdeh 2016-cı il tarixdə onların fərdi yaşayış evinə gedən avtomaşın yolunu kəsmiş və onlara həmin yoldan istifadə etmələrinə imkan verməmişdir. Bundan sonra Gədəbəy Rayon Məhkəməsinə müraciət etmiş, Gədəbəy Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh məhkəmə qətnaməsindən apellyasiya şikayəti və kassasiya şikayəti vermiş, lakin Gədəbəy Rayon Məhkəməsinin qətnaməsi qüvvəsində saxlanılmışdır. Məhkəmə qətnaməsi xx.xx.2019-cu il tarixdə icra olunmuşdur. Lakin yenidən Cavabdeh onlara gedən avtomobil yolunu qazaraq yararsız hala salmışdır. O, bu məsələni öz aralarında həll etmək istəsə də bu mümkün olmamışdır. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(042)-432/2016 saylı qətnaməsi ilə İddiaçı məxsus torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə gedən yolun açılması, İddiaçı həmin yoldan istifadəsi üçün edilən maneələrin aradan qaldırılması qət edilmişdir. Bundan sonra qətnamə icra edilmiş və avtomobil yolu açılmışdır. O, hazırda özünə məxsus həyətyanı torpaq sahəsində tövləyə gedən yolu bir qədər genişləndirmişdir. Tikdirdiyi tövlənin avtomobil yoluna maneçiliyi yoxdur. Ona görə də iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş üzrə yerində müayinə təyin edilmiş, yerində baxış zamanı tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, İddiaçı məxsus fərdi yaşayış evinə gedən avtomobil yolu açıq vəziyyətdədir. Cavabdeh avtomobil yoluna maneələr törətmir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(042)-432/2016 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı məxsus Gədəbəy rayon X2 xx xxxxxx 1998-ci il tarixli 13 saylı qərarı ilə ayrılmış 4196.36 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə gedən Cavabdeh tərəfindən əsassız olaraq tutulmuş avtomobil yolun açılması, İddiaçı həmin yoldan istifadəsi üçün edilən maneələrin aradan qaldırılması qət edilmişdir. İşdə olan Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, X1 Gədəbəy Rayon X2 xx xxxxxx 1998-ci il tarixli qərarına əsasən 1102.71 kv.m torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddiatələbləri təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ-ci hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə iclasında iddiaçıiddia tələblərini müdafiə etmiş, cavabdeh isə iddia tələblərini etiraf etməmişdir. Yerində baxış zamanı tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, İddiaçı məxsus fərdi yaşayış evinə gedən avtomobil yolu açıq vəziyyətdədir. Cavabdeh avtomobil yoluna maneələr törətmir. Ona görə də iddia tələbi təmin edilməməlidir. Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 216- 227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, Qət etdi: İddia tələbləri təmin edilməsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-820/2020
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-820/2020
30.10.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver