Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-833/2020 08.10.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı istifadə hüququnun verilməsi tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehin valideynlərinə məxsus evdən azyaşlı uşaqları X4 və X2 və ona uşaqlarının böyüdülməsi üçün yaşayış və istifadə etmək hüququnun verilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələblərini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, o, Cavabdeh ilə xx xxxxxx 2013-cü ildə rəsmi nikaha daxil olaraq evlənmişlər. Toy mərasimləri olan gündən qaynatası X1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. 7 ilə yaxın həmin evdə yaşamış, cavabdehlə birgə təsərrüfat aparmışdır. Birgə nikahlarından xx.xx.2014-cü il tarixdə X4 və xx.xx.2018-ci il tarixdə X5 doğulmuşdur. Aralarında olan nikah Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Hazırda uşaqları ilə birlikdə müvəqqəti olaraq valideynlərinin yanında yaşayır. O, cavabdehə dəfələrlə onların yaşaması üçün ev verilməsini tələb etsə də bu heç bir nəticə verməmişdir. Ona görə də, məhkəməyə məhkəməyə müraciət etmiş və iddia ərizəsinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X3 surətlərindən görünür ki, X4 xx.xx.2014-cü il tarixdə, X5 xx.xx.2018-ci il tarixdə doğulmuş, ataları qrafasında Cavabdeh, anaları qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)570/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbi təmin edilməmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)570/2020 saylı qətnaməsinin əsaslandırıcı hissəsindən görünür ki, iddiaçı ilə Cavabdeh arasında olan nikah pozulduğundan və ailə münasibətlərinə xitam verildiyindən, iddiaçının mübahisəli fərdi yaşayış evinə istifadə hüququ saxlanıla bilməz. Eyni zamanda, məhkəmədə müəyyən edildi ki, iddiaçı hazırda valideynləri ilə birgə yaşayır. İddiaçı nikahdan əvvəl atası evində yaşamaqla, yaşayış sahəsinə olan ehtiyacını təmin etmişdir. Ona görə məhkəmə hesab edir ki, iddiaçının mübahisəli yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanılması üçün də heç bir əsas yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, habelə, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. İşin mübahisələndirilməyən faktiki hallarından göründüyü kimi, Cavabdeh ilə İddiaçı xx xxxxxx 2013-cü ildə rəsmi nikaha daxil olaraq olaraq evlənmişlər. Birgə yaşadıqları dövrdə onların xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 adında iki uşaqları olmuşdur. İddiaçı 2013-cü ildə qaynatası X1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, evə köçməsi zamanı heç bir qeyd-şərt göstərilməmişdir. İddiaçı ilə üçüncü şəxs Cavabdeh arasında rəsmi nikah olmuşdur. İddiaçı cavabdehlə bir ailədə ər-arvad münasibətlərində 2019-cu ilə kimi yaşamışlar. 2020-ci ildə yaranmış ailə mübahisələrinə görə iddiaçı mübahisəli evdən çıxmış, Cavabdeh ilə aralarında olan nikah pozulmuş və ailə əlaqələrinə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra da onun (yaşayış sahəsinin mülkiyyətçisinin) keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ nəzərdə tutulduğu halda, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun olmaması aydın şəkildə müəyyən olunmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci vəAzərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cümaddələrinin şərh edilməsinə dair”Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun x xxxxxxx 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə əsasən məhkəmə qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında rəsmi ailə münasibətləri 2013-cü ildə yaranmışdır. 2020-ci il tarixdə isə iddiaçı ilə uçucu şəxs Cavabdeh, eləcə də cavabdeh arasında olan ailə münasibətlərinə xitam verilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, yaranmış mülki mübahisəyə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evi ünvan 1 ünvanında yerləşir. Mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış evdir. İddiaçı valideynlərinə məxsus evdə yaşayır. İddiaçının iddia etdiyi evdən istifadə hüququnun saxlanılması üçün Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)570/2020 saylı qətnaməsi ilə heç bir əsasın olmaması müəyyən edilmişdir. Yəni, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hallarla iddiaçının həmin evdən istifadə hüququnun olmaması müəyyən edilmişdir və həmin faktlar iddiaçı tərəfindən yenidən mübahisələndirilə və sübut edilə bilməz. Ona görə də iddia tələbləri təmin edilməməlidir. İddiaçı məhkəməyə müraciət edən zaman 10 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Məhkəmə yuxarıda göstəriləələri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbləri təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-833/2020
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-833/2020
08.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver