Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-834/2021 27.08.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X4 qarşı X2 ona məxsus “VAZ-2106” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyana görə 2244 manat alınaraq, ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə baxış iclasında izahat verərək bildirmişdir ki, X7 16 fevral 2020-ci il tarixdə saat 12:30- da radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq “nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi “UAZ-469” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili Novosaratovka-Gədəbəy avtomobil yolunun 1-ci kilometrliyində üzü Gədəbəy şəhəri istiqamətində hərəkət etdirərkən həmin qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların “nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, bu qaydalara əməl etməyərək avtomobili qarşı hərəkət zolağına çıxartmış və qarşıdan əks istiqamətdə hərəkətdə olan onun mülkiyyətində olan X8 idarə etdiyi “VAZ-2106” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkəti üçün təhlükə yaratdığına görə H.Məsimov VAZ-2106 markalı avtomobili sola doğru istiqamətləndirmiş, eyni vaxtda Cavabdeh da UAZ-469 markalı avtomobili öz yoluna istiqamətləndirərək nəqliyyat vasitələri arasında toqquşmanın baş verməsinə səbəb olmuş və ehtiyatsızlıqdan UAZ-469 markalı avtomobildə sərnişin olan X11 başın, sol əlin əzilmiş-çapılmış yaraları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarət, VAZ-2106 markalı avtomobilin sürücüsü X5 bud sümüyünün qapalı, qəlpəli sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır xəsarət, ona sağ bud sümüyünün burmalardan keçən qəlpəli, yer dəyişən sınığı, sağ oturaq sinirin zədələnməsi, sol ayağın 2-ci daraq sümüyünün iki qat, 3-cü daraq sümüyü başının və kubabənzər sümüyün sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər yetirilməsinə və “VAZ-2106” markalı avtomobilə 2244 manat maddi ziyan vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. X7 bununla da Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Gədəbəy rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli, 1(042)-6/2021 saylı hökmü ilə X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona 01 (bir) il 06 (altı) ay nəqliyyat vasitələrinin idarə etmək hüququ məhdudlaşdırlmaqla 6000 manat miqdarında cərimə cəzası təyin edilmişdir. O, həmin işdə zərərçəkmiş şəxs qismində tanınmışdır. Buna baxmayaraq cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişdir. Hökm qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. X3 təqsirli hərəkətləri nəticəsində ona məxsus “VAZ-2106” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2244 manat ziyan vurması faktı preyudisial əhəmiyyət daşıyan Gədəbəy rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli, 1(042)-6/2021 saylı hökmü ilə təsdiq olunmuşdur. Ona görə də, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh X4 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli, 1(042)-6/2021 saylı hökmünün surətindən görünür ki, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsii ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 01 (bir) il 06 (altı) ay nəqliyyat vasitələrinin idarə etmək hüququ məhdudlaşdırlmaqla 6000 manat miqdarında cərimə cəzası təyin edilmişdir. İşdə olan X12 surətindən görünür ki, İddiaçı məxsus “VAZ-2106” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2244 manat ziyan vurulmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını və işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin Məcəllənin 14.2 və 14.2.7-ci maddələrinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iclasında iddiaçının izahatı və iş materialları ilə müəyyən edilmişdir ki, X7 16 fevral 2020-ci il tarixdə saat 12:30- da radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq “nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi “UAZ-469” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili Novosaratovka- Gədəbəy avtomobil yolunun 1-ci kilometrliyində üzü Gədəbəy şəhəri istiqamətində hərəkət etdirərkən həmin qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların “nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, bu qaydalara əməl etməyərək avtomobili qarşı hərəkət zolağına çıxartmış və qarşıdan əks istiqamətdə hərəkətdə olan onun mülkiyyətində olan X8 idarə etdiyi “VAZ-2106” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkəti üçün təhlükə yaratdığına görə H.Məsimov VAZ-2106 markalı avtomobili sola doğru istiqamətləndirmiş, eyni vaxtda Cavabdeh da UAZ-469 markalı avtomobili öz yoluna istiqamətləndirərək nəqliyyat vasitələri arasında iddiaçıya maddi ziyan dəyməsi ilə nəticələnən toqquşmanın baş verməsinə səbəb olmuşdur. X1 Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli, 1(042)-6/2021 saylı hökmü ilə törətdiyi əmələ görə məhkum edilmişdir. Yəni, cavabdehin iddiaçıya 2244 manat miqdarında maddi ziyan vurması sübut edilmişdir. Ona görə də iddia tələbi təmin edilməli, X2 vurulmuş maddi zərərə görə 2244 manat alınaraq, İddiaçı verilməlidir. İddia ərizəsi təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq, iddiaçıya verilməlidir Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. X2 vurulmuş maddi zərərə görə 2244 manat alınaraq, İddiaçı verilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi X2 alınaraq, İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-834/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-834/2021
27.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver