Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-836/2022 26.09.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İlyas oğluna qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-cu il tarixli, 2(042)-243/2020 saylı qətnaməsi əsasında 05 may 2013-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İlyas oğlundan hər ay sabit pul məbləğində 170 manat məbləğində tutulan aliment uşağın tələbatını tam ödəmədiyini nəzərə alıb, həmin alimentin miqdarı artıraraq 05 may 2013-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İlyas oğlundan 300 manat sabit pul miqdarında aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, Cavabdeh İlyas oğlundan xx.xx.2013-cü il tarixdə doğulmuş X1 üçün Gədəbəy Rayon Məhkəməsinin 02 iyul 2019-cu il tarixli, 2(042)-9/2019 saylı qətnaməsi ilə təyin edilmiş 120 manat aliment miqdarının artırılaraq hər ay 200 manat məbləğində təyin edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020cu il tarixli, 2(042)-243/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İlyas oğlundan xx.xx.2013-cü il tarixdə doğulmuş X1 üçün Gədəbəy Rayon Məhkəməsinin 02 iyul 2019-cu il tarixli, 2(042)-9/2019 saylı qətnaməsi ilə təyin edilmiş 120 manat aliment miqdarının artırılaraq hər ay 170 manat məbləğində müəyyən edilməsi və alimentin yeni miqadarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-cu il tarixli, 2(042)-243/2020 saylı qətnaməsindən Cavabdeh İlyas oğlu tərəfindən apellyasiya şikayəti verilməmişdir. Gədəbəy rayon Məhkəməsi tərəfindən verilmiş 2(042)-243/2020 saylı xx.xx.2020-cu il tarixli, qətnaməsi 1 ay müddətində qanuni qüvvəyə minmiş və icra sənədinə əsasən xx.xx.2013-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay üçün 170 manat sabit pul məbləğində aliment hər ay borclu Cavabdeh İlyas oğlundan tutulub, Gədəbəy rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Altun Gözəlov vasitəsi ilə tam ödənilmişdir. Hal-hazırda X3, xx.xx.2022-ci il tarixdə 9 yaşı, tamam olmuş və uşaq hal-hazırda tam orta məktəbin 2-ci sinif şagirdidir. Eləcə də uşaq böyüdükcə qayğıları da artmşdır. 170 manat aliment məbləğində aliment uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşağın bütün qayğısını ehtiyacını tamamilə o çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh uşağa qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də 170 manat aliment məbləği ilə uşağın maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də görə o, aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ölkə üzrə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat olmasını, nəzərə alaraq, hesab edir ki, cavabdehdən tutulan 170 manat sabit pul məbləğinə alimentin miqdarı artırılaraq hər ay 300 manata çatdırılmalıdır. Eyni zamanda cavabdeh uşağın əlavə xərclərində iştirak etməlidir. O, bu barədə əvvəlcə Mediasiya Şurasına müraciət etməli olmuşdur və Gəncə 1 saylı Mediasiya Təşkilatı tərəfindən mediator X4 təyin edilmişdir. Mediator tərəfindən ona ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. O, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Bundan başqa nikahın pozulmasına görə əlavə 50 manat məhkəmə xərcini də o, ödəmişdir. Yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat olmasını, eləcə də Cavabdeh İlyas oğlunun hazırda rəsmi olaraq Gədəbəy rayonu, Şəkərbəy kənd İƏD üzrə nümayəndəlikdə baş mühasib işləməsini və o, hər ay 1183 manat əmək haqqı almasını və başqa gəlirlərinin olmasını nəzərə alaraq, hesab edir ki, cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 300 manata çatdırılmalıdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh İlyas oğlu məhkəmə etiraz ərizəsi göndərərək bildirmişdir ki, iddiaçı öz iddia tələbində xx.xx.2013-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 300 manat alimentin ondan alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)234/2020 saylı qətnaməsinə əsasən, xx.xx.2013-cü il tarixdən anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay üçün 170 manat sabit pul məbləğində aliment ondan tutulub Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Altun Gözəlov vasitəsi ilə tam ödənilmişdir. İddiaçı Zülfəli qızı ona böhtan ataraq uşağın onun olduğunu deyərək, uşağın atası olması faktını müəyyən etdirmişdir. X5 onun uşağı deyildir. Odur ki, İddiaçı Zülfəli qızının ona qarşı aliment tələbinə dair iddiasının təmin edilməməsi, uşağın ondan olub-olmaması barədə iddiaçının və onun qanından “DNT” analizi verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İlyas oğluna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə İddiaçı iddiası qismən təmin edilməlidir. Belə ki, işdə olan AZ-İV № 056175 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 05 may 2013-cü il tarixdə anadan olmuş, atası qrafasında Cavabdeh İlyas oğlu, anası qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-243/2020 saylı qətnaməsinin surətindən görünür ki, 05 may 2013-cü il tarixdə doğulmuş X1 üçün Gədəbəy Rayon Məhkəməsinin 02 iyul 2019-cu il tarixli, 2(042)-9/2019 saylı qətnaməsi ilə təyin edilmiş 120 manat alimentin miqdarı artırilaraq hər ay 170 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin 22 yanvar 2018-ci il tarixli, 2(042)-38/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı 05 may 2013-cü il tarixdə doğulmuş Amin adlı uşağın atasının Cavabdeh İlyas oğlu olması faktının müəyyən edilməsi qət edilmişdir. İşdə olan Gədəbəy rayon İHB-nın Şəkərbəy kənd İƏD üzrə nümayəndəliyi tərəfindən Gəncə şəhəri, 1 saylı Vəkillər bürosunun sorğusuna cavab olaraq verilmiş 28 iyun 2022-ci il tarixli, 70 saylı məktubdan görünür ki, Şəkərbəy kənd İƏD üzrə nümayəndəliyinin Baş mühasibi-baş məhsələtçisi Cavabdeh İlyas oğlunun aylıq hesablanmış əmək haqqı 1183 manat, plastik kartına köçən məbləğ 758.3 manat hesablanır. İşdə olan mediator Anar Hacıyev tərəfindən verilmiş 18 may 2022-ci il tarixli, “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh İlyas oğlu və İddiaçı ilkin mediasiya sessiyasından sonra mübahisəyə dair prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci bir tərəf qaydada ödəmişdir. Məhkəmə iclasında iddiaçının izahatı və iş materiallarında olan sübutlarla müəyyən edildi ki, iddiaçı ilə cavabdeh qeyri-rəsmi ailə qurub evlənmiş, aralarında rəsmi nikah olmamışdır. Birgə yaşadıqları dövrdə onların 05 may 2013-cü il təvəllüdlü X5 adında bir uşaqları olmuşdur. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-243/2020 saylı qətnaməsinə əsasən, 05 may 2013-cü il tarixdə doğulmuş X1 üçün Gədəbəy Rayon Məhkəməsinin 02 iyul 2019-cu il tarixli, 2(042)-9/2019 saylı qətnaməsi ilə təyin edilmiş 120 manat alimentin miqdarı artırilaraq hər ay 170 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehdən tutulan alimentin miqdarının artırılmasını xahiş edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, “...Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Həmin qərarda göstərilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Məhkəmə hesab edir ki, uşağın layiqli həyat şəraitinin təmin edilməsi üçün ən azı ona minimum yaşayış imkanı yaradılmalıdır. Odur ki, alimentin miqdarı məsələsini müzakirə edərkən məhkəmə uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu əsas götürərək, tərəflərin maddi vəziyyətini, uşağın saxlanılmasında, müalicəsində və təhsil almasında tərəflərin iştirakları dərəcəsini və tərəflərin digər diqqətəlayiq hallarını nəzərə alaraq bir uşaq üçün müəyyən edilmiş 170 manat alimentin artırılaraq 193 manat məbləğində müəyyən edilməsini qanuni və əsaslı, həm də uşağın və tərəflərin mənafeyinə uyğun hesab edir. Məhkəmə cavabdehin vəsatətində qeyd etdiklərinə münasibət bildirərək qeyd edir ki, Gədəbəy rayon Məhkəməsinin 22 yanvar 2018-ci il tarixli, 2(042)-38/2018 saylı qətnaməsinə əsasən, İddiaçı 05 may 2013-cü il tarixdə doğulmuş Amin adlı uşağın atasının Cavabdeh İlyas oğlu olması faktının müəyyən edilməsi qət edilmişdir. Gədəbəy rayon Məhkəməsinin 22 yanvar 2018-ci il tarixli, 2(042)-38/2018 saylı qətnaməsi halhazırda qüvvədədir və hazırki iş üçün preyudisial əhəmiyyətə malikdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarında göstərilir ki, “Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativhüquqi aktlar göstərilməlidir (Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ş.Məmmədlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2022-ci il tarixli, qərarına əsasən, “Konstitusiya Məhkəməsi Plenumunun məhkəmə aktlarının preyudisiallığı ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə görə, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir. Müvafiq prosessual qanunvericiliyin məhz preyudisiya ilə bağlı bu tələbini nəzərə alaraq Plenum “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin şərhi ilə bağlı adıçəkilən Qərarında hesab etmişdir ki, bu Qərar qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə şamil olunmur.” Odur ki, Amin adlı uşağın atasının Cavabdeh İlyas oğlu olması faktı qanun qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edildiyindən cavabdehin vəsatəti təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 112.1 və 112.1.3-cü maddələrinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İş materiallarından müəyyən olunur ki, iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara, tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İlyas oğlundan 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Ödənilmiş 50 manat məbləğində mediasiya xərci isə cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-243/2020 saylı qətnaməsi ilə 05 may 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İlyas oğlundan İddiaçı xeyrinə tutulan 170 manat alimentin miqdarı artırılsın və hər ay sabit pul məbləğində 193 manat aliment Cavabdeh İlyas oğlundan alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh İlyas oğlundan 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi Cavabdeh İlyas oğlundan alınaraq İddiaçı verilsin. Alimentin yeni miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-836/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-836/2022
26.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver