Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-844/2020 14.10.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən tökülmüş peyin tullantılarının cavabdehin vəsaiti hesabına götürülməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh tərəfindən mal qarasının peyin tullantılarının öz vəsaiti hesabına götürülməsi öhdəliyinin qoyulması tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, cavabdeh mal-qara saxlayır. Mal-qaranın peyini və digər tullantılarını onun evinə yaxın olan əraziyə tökür və yağış suları həmin peyini axıdaraq onun həyətinə axıdır. O, dəfələrlə cavabdehdən peyinin yığılıb başqa sahəyə tökməsini xahiş etsə də bu mümkün olmamışdır. Hazırda həmin ərazidə 20 maşından çox peyin yığılıb və iyi bütün əraziyə yayılıb. Havaların isti olması ilə əlaqədar olaraq iyi və qoxunun daha acınacaqlı bir vəziyyət yaratmışdır. O, bununla əlaqədar Çaldaş kənd İƏD-üzrə nümayəndəsinə və Çaldaş Bələdiyyəsinə müraciətlər etmişdir. İcra nümayəndəsi E.Qocayev tərəfindən həmin sahəyə baxış keçirilmiş və Cavabdeh peyin tullantılarının götürülməsi tapşırılsa da heç bir müsbət nəticə əldə olunmamışdır. O, bununla bağlı Ekologiya Nazirliyinin 2 saylı Qazax Ekologiya Şöbəsinə müraciət etmişdir. Ekologiya Şöbəsinin əməkdaşları tərəfindən həmin sahəyə baxış keçrilmiş və həmin tullantıların götürülməsi Cavabdeh tapşırılmasına baxmayaraq, bu barədə cavabdeh heç bir tədbir görməmişdir. Bununla bağlı Ekologiya və Təbbi Sərvətlər Nazirliyi 2 saylı Regonal Ekologiya və Təbbi Sərvətlər idarəsi tərəfindən ona məktub göndərilmiş və həmin məktuba qeyd edilmişdir ki, həmin tullantıların götürülməsi barədə Cavabdeh göstəriş verilmişdir. Lakin cavabdeh buna əməl etməmiş və həmin tullantıları həmin sahədən götürməmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh X1 məhkəmə iclasında iddia tələbini etiraf etməmiş, izahat verərək bildirmişdir ki, mal-qarasının peyinini öz torpaq sahəsinə tökür. Hər il payız vaxtı kartof sahələri boşaldıqdan sonra mal-qaranın peyinini kənd camaatına verir. Öz torpaq sahəsinə tökdüyü peyin heç kimə maneə törətmir. İddiaçı ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə baş vermiş, buna görə də iddiaçı ondan qisas almaq istəyir. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş məktubdan görünür ki, X2 öz həyətyanı sahəsində iribuynuzlu mal-qaranın saxlaması, tullantıların İddiaçı yaşayış sahəsinə yaxın əraziyə toplanması nəticəsinə antisanitar şərait yaranması müəyyən edilmiş, X3 tullantıların götürülməsi üçün müvafiq göstəriş verilmişdir. İşdə olan şəkillərdən görünür ki, yaşayış evinə yaxın əraziyə peyin tökülmüşdür Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddiatələbi təmin edilməlidir. Konstitusiyanın 38-ci maddəsinin İ-ci hissəsinə əsasən hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh mal-qara saxlayır. Mal-qaranın peyini və digər tullantılarını İddiaçı evinə yaxın olan əraziyə tökür və yağış suları həmin peyini axıdaraq İddiaçı həyətinə axıdır. Tərəflərin izahatları ilə həmin ərazidə xeyli miqdarda peyin olması və ağır qoxunun olması müəyyən edilmişdir. İddiaçı bununla əlaqədar Ekologiya Nazirliyinin 2 saylı Qazax Ekologiya Şöbəsinə müraciət etmişdir. Ekologiya Şöbəsinin əməkdaşları tərəfindən həmin sahəyə baxış keçrilmiş və həmin tullantıların götürülməsi cavabdehə tapşırılmışdır. Lakin mal qaranın peyini ərazidən götürülməmişdir. Məhkəmə qərar çıxararkən nəzərə alır ki, Cavabdeh tərəfindən əraziyə tökülmüş peyin antisanitar vəziyyət yaratmış və ərazidə bir çox xəstəliklərin yayılması ilə nəticələnə bilər. Bu isə təkcə iddiaçının yox, həm də digər qonşuların narazılığına səbəb ola bilər. Ona görə də iddia tələbi təmin edilməli, cavabdehin üzərinə peyin tullantılarının öz vəsaiti hesabına götürülməsi öhdəliyi qoyulmalıdır. Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh alınaraq, İddiaçı verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 216- 227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh üzərinə peyin tullantılarını öz vəsaiti hesabına götürülməsi öhdəliyi qoyulsun. Ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-844/2020
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-844/2020
14.10.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver