Məhkəmə qərarları › İş №2(042)-855/2020

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-855/2020

02.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-855/2020 02.09.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, İddiaçı cavabdeh İbrahimov Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdim: İddiaçı cavabdeh İbrahimov Cavabdeh qarşı evə köçürülmə haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyü məsələsinə baxılarkən müəyyən olunmuşdur ki, iddiaçı ərizənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə nəzərdə tutulmuş məzmununa riayət etməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehin adını və poçt ünvanını göstərməmiş, iddia tələbini aydın göstərməmişdir. Belə ki, ərizənin məzmunundan aydın olur ki, iddiaçı iddia ərizəsində yaşamaq üçün evinin olmamasını bildirmiş, lakin kimə məxsus olan evdə hansı şəraitdə yaşamaq istəməsini iddia ərizəsinin nəticə - “xahiş edirəm” hissəsində göstərməmişdir. Həmin Məcəllənin 149.2.2-ci maddəsinin tələbinə əsasən, ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilir. Məcəllənin 149.2.3-cü maddəsinin tələbinə görə ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məcəllənin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Beləliklə, İddiaçı ərizəsində cavabdehin adı və poçt ünvanı göstərilmədiyi üçün və iddia tələbi qeyri-dəqiq olduğu üçün icraata qəbul edilməsi mümkün deyil. Ona görə də ərizə geri qaytarılmalıdır. Həmçinin, məhkəmə izah edir ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı cavabdeh İbrahimov Cavabdeh qarşı evə köçürülmə tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geriqaytarılsın. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar