Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-858/2024 18.09.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh azyaşlı uşaqları xx.xx.2010-cu il doğum tarixli X2 və xx.xx.2014-cü il doğum tarixli X1 tərbiyyə edilməsi üçün kəsilmiş 280 manat alimentin miqdarının artırlaraq hər ay əmək haqqının və digər gəlirlərinin 1/3 hissəsi olmaqla aliment təyin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aliment məbləğinin artırılaraq hər ay cavabdehin aylıq gəlirinin 1/3 hissəsi miqdarında alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o cavabdehlə rəsmi ailə həyatı qurmuşdur. Onların rəsmi nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X7 anadan olmuşdur. Gədəbəy rayon Məhkəməsinin 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş 28 fevral 2010-cu il tarixdə doğulmuş X4 və 13 mart 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun xeyrinə tutulan hər ay hər uşaq üçün 90 manat, cəmi 180 manat alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün sabit pul məbləğində 140 manat, cəmi 280 manat miqdarında aliment verilməsi qət edilmişdir. Cavabdeh alimenti ödəsə də, hazırda həmin məbləğ uşaqların saxlanılması üçün çox aşağı bir məbləğdir. Məhkəmə tərəfindən müəyyən edilmiş aliment hazırda uşaqların saxlanılması üçün kifayət etmir. Hər bir uşağın gündəlik tələbatı, sağlamlığı və ümumiyyətlə cəmiyyətə layiqli bir insan kimi yetişməsi üçün kifayət qədər vəsait tələb olunur. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə sonuncu məlum qeydiyyatda olduğu yer üzrə məhkəmə bildirişi göndərilmiş, məhkəmə bildirişi cavabdehin ünvanda yaşamaması barədə qeyd aparılmaqla məhkəməyə qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamələrinin surətindən görünür ki, X5 xx.xx.2014-cü il tarixdə, X7 xx.xx.2010-cu il tarixdə anadan olmuş, atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin 16 aprel 2019-cu il tarixli, 2(042)-319/2019 saylı qətnaməsinə əsasən, 28 fevral 2010-cu il tarixdə doğulmuş X4 və 13 mart 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan hər ay hər uşaq üçün 90 manat, cəmi 180 manat alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün sabit pul məbləğində 140 manat, cəmi 280 manat miqdarında müəyyən edilməsi qət edilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən Gədəbəy rayon Məhkəməsinin sorğusuna cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdən "xxxx" MMC-də işləyir. Cavabdeh gross əmək haqqı məbləği 1527 manat, net əmək haqqı məbləği isə 1350.13 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının izahatı və iş materiallarında olan sənədlərlə müəyyən edildi ki, Gədəbəy rayon Məhkəməsinin 16 aprel 2019-cu il tarixli, 2(042)-319/2019 saylı qətnaməsinə əsasən, 28 fevral 2010-cu il tarixdə doğulmuş X4 və 13 mart 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan hər ay hər uşaq üçün 90 manat, cəmi 180 manat alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün sabit pul məbləğində 140 manat, cəmi 280 manat miqdarında müəyyən edilməsi qət edilmişdir. Cavabdeh "xxxx" MMC-də işləyir və Cavabdeh əmək haqqı məbləği isə 1350.13 manat təşkil edir. İddiaçı iddia qaldıraraq cavabdehin sabit qazancı olduğuna görə hər ay sabit pul məbləğində tutulan alimentin miqdarının dəyişdirilərək cavabdehin aylıq qazancının (əmək haqqının) 1/3 hissəsi məbləğində müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Göründüyü kimi, Cavabdeh "xxxx" MMC-də işləyir və sabit qazancı vardır. Eləcə də, Gədəbəy rayon Məhkəməsinin 16 aprel 2019-cu il tarixli, 2(042)-319/2019 saylı qətnaməsi ilə sabit pul məbləğində təyin edilmiş aliment iddiaçının mənafeyi və maraqlarına xələl gətirir. Belə olan halda iddiaçıya təyin edilmiş alimentin miqdarının dəyişdirilməli, uşaq üçün cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Ödənilmiş mediasiya xərci isə cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara, tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməli, ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən Cavabdeh tutularaq İddiaçı verilməli, Cavabdeh 50 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Gədəbəy rayon Məhkəməsinin 16 aprel 2019-cu il tarixli, 2(042)-319/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş, 28 fevral 2010-cu il tarixdə doğulmuş X4 və 13 mart 2014cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay, hər bir uşaq üçün sabit pul məbləğində İddiaçı xeyrinə tutulan 140 manat alimentin miqdarı dəyişdirilərək Cavabdeh qazancının və ya başqa gəlirinin 1/3 hissəsi miqdarında müəyyən edilsin. Ödənilmiş 50 (əlli) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı verilsin. Cavabdeh 50 (əlli) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-858/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-858/2024
18.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver