Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-863/2022 03.10.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul və heyvan” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh ona çatası 5250 manat və dövlət rüsumu olaraq ödəmiş olduğu 80 manat pulun və 25 baş xırda buynuzlu heyvanların alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, özünə məxsus iri və xırdabuynuzlu mal-qara saxlayır. Cavabdeh ilə 2021-ci ilin 18 iyun tarixində şifahi qaydada razılaşaraq aylıq əmək haqqı 300 manat olmaq şərti ilə onun qoyunlarını otarmağa gəlmişdir. O, cavabdehin əvvəlcə Qazax rayonunun Daş Salahlı kənd sakini X2 olan 3600 manat borcunu vermişdir. Bundan başqa cavabdeh müxtəlif vaxtlarda ondan 1650 manat nağd şəkildə pul almışdır. Cavabdeh onun heyvanlarını 2 ay 5 gün otardıqdan sonra 2021-ci ilin avqust ayının 23 də onun xəbəri olmadan çıxıb getmişdir. O, Cavabdeh onun gəlib qoyunlarını otarmasını və ya onun pulunu verməsini bildirmişdir. Cavabdeh onun pulunu verəcəyini bildirmiş, lakin bugünkü günədək onun pulunu verməmişdir. Cavabdeh onun qoyunlarını otardığı müddətdə 25 baş qoyununu naməlum şəraitdə məhv olmasını bildirmişdir. O, həmin heyvanların necə ölməsini və itməsini soruşduqda, cavabdeh ona müxtəlif bəhanələr gətirmişdir. O, cavabdehi çoban aparan zaman və həmin məbləğdə pulu cavabdehin borcu olan Gəray Əmrahova verən zaman onların yanında əlavə iki nəfər şəxs olmuşdur. Həmin vaxtdan 7 ay keçməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələr gətirərək onun pulunu verməmişdir. O, cavabdehin evinə bir neçə dəfə getməsinə və mobil telefonuna zənglər etməsinə baxmayaraq, cavabdeh onun pulunu verməmişdir. Cavabdeh ona çatası 5250 manat pulun, 25 baş xırdabuynuzlu heyvanın və dövlət rüsumu olaraq ödəmiş olduğu 80 manat pulun alınıb ona verilməsini istəyir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında ona qarşı olan iddia tələbini qismən etiraf etdi və bildirdi ki o, iddiaçı Gədəbəy rayon Samanlıq kənd sakini İddiaçı məxsus xırda buynuzlu heyvanlarına 18 iyun 2021-ci ildən çobanlıq etmişdir. Onlar iddiaçı ilə şifahi olaraq heyvanların otarılması üçün aylıq 300 manat məbləğində əmək haqqı qarşılığında razılaşmışlar. Bundan sonra o, Ağstafa rayonun “Ceyrançöl” ərazisində iddiaçının xırdabuynuzlu heyvanlarına normal baxmışdır. O, ümumilikdə iddiaçının heyvanlarını dörd ay otarmışdır. İddiaçı isə ona ümumilikdə 3900 manat məbləğində pul vermişdir. Bundan başqa iddiaçının tələb etdiyi 25 baş heyvan isə naməlum səbəbdən ölmüşdür. Heyvanların ölməsində onun heç bir təqsiri olmamışdır. Hazırda onun iddiaçıya 2700 manat məbləğində borcu qalmışdır. Həmin pul mübahisəsinə görə iddiaçı onu döymüş və o, DİNnin 102 xidmətinə bu barədə məlumat vermiş, şikayəti ilə əlaqədar Ağstafa rayon Polis şöbəsində araşdırma aparılmış və toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. O, bu barədə məhkəməyə etiraz ərizəsi də vermişdir. Odur ki, iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya aid şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Gədəbəy rayonu, Samanlıq kəndində qeydiyyatdadır. İşdə olan Gədəbəy rayonu İHB-nın Samanlıq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 31 yanvar 2022-ci il tarixli, 08 saylı arayışdan görünür ki, İddiaçı Gədəbəy rayonu, Samanlıq kəndində qeydiyyatdadır və o, heyvandarlıq fəaliyyəti ilə məşğul olur. İşdə olan Cavabdeh Qalib oğlu tərəfindən notarial qaydada verilmiş ərizənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı təsərrüfatında işləmək üçün ondan 3900 manat pul götürmüşdür. Lakin, bir müddət işlədikdən sonra işdən çıxmışdır və hal-hazırda ona 3250 manat borcu qalmışdır. Hal-hazırda həmin pul ödəməyə imkanı yoxdur, həmin məbləğ xx.xx.2022-ci ilədək ödəməyi öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan hüquq normaları baxımından qeyd olunmalıdır ki, iddiaçı cavabdehin ona 5250 manat pul borclu olduğunu və həmin pulu qaytarmaq öhdəliyi daşıdığını, eləcə də, ona məxsus 25 baş xırdabuynuzlu heyvanın cavabdehin təqsiri ucbatından məhv olmasını sübut etməlidir. Üzərinə sübutetmə yükü düşən iddiaçı cavabdehə ona məxsus heyvanları otarmasına görə 2700 manat pulu ondan tələb etməkdə haqlı olduğu məhkəmə iclasında sübuta yetirildi. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı cavabdehlə iddiaçıya məxsus xırdabuynuzlu heyvanları aylıq 300 manat əmək almaqla otarmağa razılaşmışdır. Cavabdeh iddiaçıya məxsus heyvanları ümumilikdə 4 ay müddətində otarmışdır. Həmin müddət ərzində cavabdeh heyvanları otarmaq qarşılığında iddiaçıdan ümumilikdə 3900 manat məbləğində pul almışdır. Cavabdeh bu barədə notarial qaydada ərizə də vermişdir. Belə olan halda, cavabdehin iddiaçının heyvanlarını 4 ay müddətə 300 manat əmək haqqı qarşılığında otarması nəzərə alınaraq, hazırda cavabdehin iddiaçıya 2700 manat məbləğində borcu qalmışdır. Bunun Cavabdeh məhkəmə iclasında izahat verərək etiraf etmişdir. Azərbaycan Respublikası MPM-in 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, cavabdehin iddia tələbini qismən etiraf etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Odur ki, məhkəmə cavabdehin iddia tələbini qismən etiraf etməsini qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən, vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Həmin Məcəllənin 783.3-cü maddəsinə əsasən, bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. Məhkəmə bu hüquq normalarını hazırkı hüquq münasibətlərinə tətbiq edərək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Odur ki, məhkəmə iddiaçının gətirdiyi arqumentləri qismən əsaslı sayır və hesab edir ki, iddiaçı cavabdehdən tapşırığın icrası üçün muzd olaraq ödənilmiş, lakin, icra edilməmiş 2700 manat pulu tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin iddiaçıya 2700 manat məbləğində pulu qaytarmalı olduğu sübuta yetirilsə də, iddiaçı qalan məbləğin cavabdehdən alınıb ona verilməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilmədi. Eləcə də, məhkəmə iddiaçının cavabdehdən 25 baş xırdabuynuzlu heyvan tələb etməsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı həmin 25 baş xırdabuynuzlu heyvanın cavabdehin təqsiri ucbatında məhv olmasını bildirsə də, bunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmiş, eləcə də, cavabdeh iddia tələbini bu hissədə qəbul etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işə olan sübutlara tətbiq edilməli hüququn normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2700 manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2700 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Ödənilmiş 80 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-863/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-863/2022
03.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver