Məhkəmə qərarları › İş №2(042)-866/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-866/2025

09.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-866/2025 09.09.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Əsgərova Rəsmiyə Cəmil qızının katibliyi, İddiaçı və Cavabdeh2 Nadiq oğlunun iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikasının Müdafiə Nariyinin N saylı Hərbi Hissəsinə qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikasının Müdafiə Nariyinin N saylı Hərbi Hissəsinə qarşı cavabdehlərdən ona məxsus bir baş iribuynuzlu heyvanın xx.xx.2024-cü il tarixdə elektirik cərəyanı vurub öldürdüyünə görə ona dəymiş 2100 manat məbləğində zərərin və ödənilmiş 41 manat dövlət rüsumunun əvəzinin alınaraq, ona verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə iribuynuzlu heyvanını örüş sahəsinə göndərmişdir. Həmin gün saat 12:00 radələrində ona məlum olmuş ki, Gədəbəy rayonu, Dördlər kəndinin örüş sahəsindən N saylı hərbi hissəyə gedən, Azərişıq ASC-nin balansında olan, elektirik xətti sahə ustasının səhlənkarlığı səbəbindən qırılaraq, yerə düşmüş və örüş sahəsində otlayan inəyini elektirik cərəyanı vurmuşdur. "xxxx" ASC-nin sahə ustası Cavabdeh2 nəzarət etmədiyinə görə həmin ərazidən keçən elektirik xətti qanunsuz və əsasız çəkilmişdir. O, həmin hadisə ilə bağlı yazılı şəkildə "xxxx" ASC-ə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə rəismi müraciət etmişdir. "xxxx" ASC-nin Qəza və X1ması Mərkəzinin rəisi ona cavab məktubu göndərmiş və bildirmişdir ki, Gədədbəy rayonu, Dördlər kəndində örüş sahəsindən keçən elektrik xəttinin qırılması nəticəsində ona məxsus iribuynuzlu heyvana dəyən maddi ziyanla bağlı "xxxx" ASC-ə ünvanlanmış müraciətinə aidiyyəti üzrə baxılmış, müyyən edilmişdir ki, örüş sahəsinin yaxınlığında yerləşən "N" saylı hərbi hissə sayğacdan sonra kabel xətti ilə örüş sahəsinin üzərində elektirik xətti çəkmişdir. Yəni, cavabdehlər tərəfindən ona 2100 manat zərər vurulmuşdur. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, iddiaçının heyvanının tələf olduğu yer örüş sahəsi deyil, Azərbaycan Respublikasının Müdafiə Nariyinin N saylı Hərbi Hissəsinə məxsus mühafizə olunan ərazidir. Həmin ərazidə hərbi postlar var və onun həmin əraziyə daxil olmaq səlahiyyəti yoxdur. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş edir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nariyinin N saylı Hərbi Hissəsinə məhkəmə iclasının yeri və vaxtı lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gədəbəy Rayon İcra Hakimyyəti Başçısının İsalı Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı fərdi təsərrüfatından bir baş iribuynuzu inək tələf olmuşdur. İşdə olan Anar MMC tərəfindən verilmiş arayışdan görünür ki, 3 yaş 3 aylıq körpəli iri buynuzulu heyvanın bazar qıyməti 2000-2100 manat təşkil eidr. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçı və Cavabdeh2 izahatlarını və işdə olan sənədləri təhqiq edərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İnsan Hüquqları üzrə Аvrоpа Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probalion”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir. Beləliklə, sübutetmə vəzifəsi üzərinə düşməsinə baxmayaraq, məhkəmə araşdırması zamanı iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları, yəni, ona məxsus heyvanın hansı səbəbdən və kimin təqsirli əməli nəticəsində, habelə örüş sahəsində və ya hərbi hissəyə məxsus mühafizə olunan ərazidə tələf olmasını müəyyən edən sübutları təqdim etməmişdir. Ona görə də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, qət etdi : İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar