Məhkəmə qərarları › İş №2(042)-879/2020

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-879/2020

20.10.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-879/2020 20.10.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı yolunun açılması tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Gədəbəy rayonu, Qumlu kənd yerquruluşu xəritəsinə əsasən müxtəlif məsafələrdə eni 3 m, 2 m və 1.5 m yola cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, ona məxsus fərdi yaşayış evinə gedən avtomobil yolu qonşusu, iş üzrə cavabdeh olan Cavabdeh tərəfindən tutulmuşdur. Hazırda həmin avtomobil yolundan istifadə edə bilmir. O və ailə üzvləri cavabdehdən avtomobil yolunun açılmasını dəfələrlə xahiş etsələr də o, buna məhəl qoymamışdır. Cavabdehin ona məxsus avtomobil yolunu qanunsuz olaraq tutması davamlı olaraq mübahisələrə səbəb olur. O, bu haqda Gədəbəy Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iş üzrə mütəxəssis təyin etmiş, mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, ona mülkiyyət hüququ ilə məxsus olan fərdi yaşayış evimə Gədəbəy rayonu, Qumlu kəndinin kompleks yerquruluşu xəritəsinə əsasən müxtəlif məsafələrdə eni 3 m, 2 m və 1.5 m yol var. Lakin cavabdeh həmin yolu da tutmuşdur.Ona görə də, məhkəməyə müraciət etmiş və iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia ərizəsinə etiraz etmiş, bildirmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi avtomobil yolu açıq vəziyyətdədir. O, iddiaçının avtomobil yolunu bağlamamışdır. Həmçinin iddiaçı eyni tələblə məhkəməyə müraciət etmiş lakin iddia tələbləri təmin edilməmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-28/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı avtomobil yolunun açılması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, İddiaçı mülkiyyət hüququ ilə məxsus olan fərdi yaşayış evinə gedən yol Gədəbəy rayonu, Qumlu kəndinin kompleks yerquruluşu xəritəsinə əsasən müxtəlif məsafələrdə eni 3 m, 2 m və 1.5 m olmaqla kənar sərhədləri metal tor vasitəsilə çəpərlənmişdir və istifadə üçün açıq vəziyyətdədir. Qətnamə ilə müəyyən edilmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin 2(042)- 796/2017-ci il tarixli, xx xxxx 2017-ci il tarixli qətnaməsinin İddiaçı məxsus olan fərdi yaşayış evinə və JN 052 A kod 50501004 saylı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında məxsus olan 0,18 ha torpaq sahəsinə gedən 1 metr enində piyada keçidinə (cığıra) paralel olaraq cavabdeh X1 JN-044A kod 50501004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında məxsus olan 0.25 ha torpaq sahəsindən 2 metr enində hissəsi piyada keçidinə birləşdirilməklə İddiaçı məxsus torpaq sahəsindən ümumi ictimai yola qədər məsafədə 3 metr enində servitut qaydasında avtomobil yolu açılmış, iddia tələbi Cavabdeh aid olan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, habelə, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutеtmə vəzifələrinin bölgüsünün ümumi qаyqаsını müəyyən еqir. Bu qаydаyа görə iş iştirаkçılаrı tələb və еtirаzlаrını əsаslаndırdıqlаrı fаktlаrı isbаt еtməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirаkçısı оlаn bu və yа bаşqа şəхsi оnun öz iddiа və еtirаzlаrını əsаslаndırmаq üçün söykəndiyi hаllаrın və qаnunlа sübut еtməli оlquğu bаşqа hаllаrın sübut оlunmаsı yükündən аzаd еdə, yахud sübutеtmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlаr tоplаmаq hüququ vеrmir və sübutlаrın tоplаnmаsı və vеrilməsi yükünü bütünlüklə sübutеtmə yükünü dаşıyаn iş iştirаkçılаrının üzərinə qоyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hеsаb еdir ki, işin оbyеktiv həlli üçün yаlnız mötəbər sübutlаrdаn istifаdə оlunа bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı оlmаlı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməliqir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İnsan Hüquqları üzrə Аvrоpа Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" xx xxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probalion”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, "Qavazov Bolqarıstana qarşı iş üzrə" xx xxxx 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutları qiymətləndirərkənbir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-28/2020 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı avtomobil yolunun açılması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, İddiaçı mülkiyyət hüququ ilə məxsus olan fərdi yaşayış evinə gedən yol Gədəbəy rayonu, Qumlu kəndinin kompleks yerquruluşu xəritəsinə əsasən müxtəlif məsafələrdə eni 3 m, 2 m və 1.5 m olmaqla kənar sərhədləri metal tor vasitəsilə çəpərlənmişdir və istifadə üçün açıq vəziyyətdədir. Yəni, İddiaçı fərdi yaşayış evinə gedən avtomobil yolunun Cavabdeh tərəfindən tutulması halı müəyyən edilməmişdir. Ona görə də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edilmədiyi üçün hazırkı iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar