Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-88/2023 06.02.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və cavabdeh X8 iştirakları ilə, İddiaçı cavabdehlər X16 və X10 qarşı pul tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər X16 və X10 qarşı cavabdehlərin qanunsuz və özbaşına hərəkətləri nəticəsində ona vurulmuş zərərin əvəzi kimi 4903 manat məbləğində pulun və ödədiyi 79 manat dövlət rüsumunun alınaraq, ona verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, cavabdeh X16 ona təcili olaraq pul lazım olduğunu və buna görə də Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən özünə məxsus yaşayış evini satmaq istədiyini bilduirmişdir. Onlar həmin evin alğı-satqıs barədə razılığa gəlmiş, qəbz tərtib etmiş, o, 4200 manata həmin evi cavabdeh X6 almışdır. Bundan sonra cavabdeh X16 müxtəlif bəhanələrlə alğısatqı müqaviləsini sənədləşdirməkdən yayınmışdır. O, evin təmiri və yaxşılaşdırılması üçün 1700 manat xərcləmiş və evdə bir müddət yaşadıqdan sonra, 2013-cü ildə evi 4000 manata X1. X17 da evdə bir neçə il yaşamış, cavabdeh X6 alğı-satqı müqaviləsinin bağlanmasını tələb etmiş və bu zaman cavabdeh X9 övladı olan digər cavabdeh X18 evə mülkiyyət hüququ haqqında Çıxarış almış və X12 evdən çıxarmışdır. Bundan sonra X17 məhkəməyə müraciət etmiş və Gədəbəy Rayon Məhkəməsinin qətnaməsi ilə ondan evin dəyəri olan 4000 manat əsassız varlanmaya görə və 873 manat evin təmiri ilə əlaqədar çəkilmiş xərclərinin əvəzi, cəmi, 4873 manatın alınaraq, X13 verilməsi qət edilmişdir. Yəni, evin alğı-satqısı ilə əlaqədar onun cavabdeh X14 verdiyi pul və evin təmiri üçün çəkilmiş xərclərin əvəzi cavabdehlərdən alınaraq, ona verilməlidir. Ona görə də, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh X16 17 yanvar 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, şifahi razılaşma əsasında həqiqətən Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən evi iddiaçıya satmışdır. Lakin iddiaçı evin pulunu tam ödəməmişdir. İddiaçı evdə uzun müddət yaşamış, sonra evi başqa şəxsə satmışdır. Lakin onun oğlu olan ikinci cavabdeh ev və evin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ əldə etmiş və bu hüququn qeydə alınması barədə Çıxarış almış və evi öz sahibliyinə qaytarmıdır. O, iddiaçı ilə mübahisəni barışıq yolu ilə həll etməyə çalışacaq və buna görə də vaxt verilməsini xahiş edir. Cavabdeh X18 məhkəmə iclasında iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, cavabdeh X16 ilə iddiaçı evin alğı-satqısı ilə əlaqədar həqiqətən razılığa gəlmiş, bildiyinə görə iddiaçı cavabdeh X9 dükana olan borcunu bağlamış və evi əldə etmişdir. Həmin evin yerləşdiyi torpaq sahəsi ona məxsus olmuş və o, iddiaçını xəbərdar etmişdir ki, evi almasın. Lakin iddiaçı buna əhəmiyyət verməmişdir. O, torpaq sahəsi və üzərində yerləşən evə mülkiyyət hüququ əldə etmiş və bu hüququn qeydə alınması haqqında Çıxarış almışdır. Bundan sonra isə evə sahiblik edən X7 evdən çıxamsını tələb etmiş və onu evdən çıxarmışdır. O, cavabdeh X16 ilə iddiaçı arasındakı alğı-satqıda iştirak etməmiş və cavabdeh X16 iddiaçıdan aldığı pulu ona verməmişdir. Ona görə də iddia tələbinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh X14 yekun məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş,məhkəmə Azərbaycan Respeblikası MPM-nin 185.5. və 185.6-cı maddələrinin tələblərini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadə verərək bildirmişdir ki, iddiaçı aralarındakı razılaşmaya əsasən həqiqətən cavabdeh X6 Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən evi almış, bir neçə il yaşadıqdan sonra X2. Sonradan cavabdehlər evi sənədləşdirmiş və X12 evdən çıxarmışlar. İşdə olan 03 noyabr 2010-cu il tarixli X16 tərəfindən imzalanmış Qəbzdən görünür ki, İddiaçı evin alğı-satqısı ilə əlaqədar 4200 manat almışdır. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 16 avqust 2022ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı əsassız varlanmaya görə 4000 manat və vurulmuş maddi ziyana görə 873 manatın alınaraq, X13 verilməsi qət edilmişdir. Həmin qətnamə ilə həm də müəyyən edilmişdir ki, 2010-cu ildə X4 rayonu, Arıqdam kəndində yerləşən yaşayış evini aralarındakı razılaşmaya əsasən 4200 manata İddiaçı satmışdır. İddiaçı isə 2013-cü ildə həmin evi 4000 manata X2. Bundan sonra X18 həmin ev və evin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnu qeydiyyata aldırmış və X12 həmin evdən çıxarmışdır. İşdə olan Qəbzdən görünür ki, iddiaçı işə məhkəmədə baxılması üçün 79 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1;14.2; 14.2.6.14.2.7-ci maddələrinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən, o cümlədən başqa şəxsə zərər vurulması və əsassız varlanma nəticəsində əmələ gəlir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 646.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Məcəllənin 178-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Məcəllənin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məcəllənin 1092-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə araşdırması ilə, o cümlədən, Gədəbəy Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 16 avqust 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, 2010-cu ildə cavabdeh X4 rayonu, Arıqdam kəndində yerləşən yaşayış evini aralarındakı razılaşmaya əsasən 4200 manata İddiaçı satmışdır. İddiaçı isə 2013-cü ildə həmin evi 4000 manata X2. Bundan sonra cavabdeh X18 həmin ev və evin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnu qeydiyyata aldırmış və X12 həmin evdən çıxarmışdır. X3 Ramiz Valeh oğluna qarşı pul tələbi ilə məhkəməyə müraciət etmiş və Gədəbəy Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli qətnaməsi ilə Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən cavabdeh X14 məxsus olmuş evin alğı-satqısı ilə əlaqədar İddiaçı əsassız varlanmaya görə 4000 manat və vurulmuş maddi ziyana görə 873 manatın alınaraq, X13 verilməsi qət edilmişdir.Yəni, tərəflər arasında müqavilə deyil, əsassız varlanma və zərər vurma ilə əlaqədar öhdəlik münasibətləri yaranmışdır. Bu iş üzrə iddiaçı maddi ziyan tələbi ilə əlaqədar başqa sübut təqdim etməsə də, məhkəmənin qənaətinə görə, qanuni qüvvəyə minmiş qətnaməsi ilə evin təmiri ilə əlaqədar çəkilmiş xərclərə görə 873 manat maddi ziyanın müəyyən edilməsi və ondan tutulmasının qət edilməsi, həmin miqdarda ziyan məbləğinin bu iş üzrə də cavabdehdən alınaraq ona verilməsini ehtifa edir. Bununla belə, iddia tələbində iddiaçı 873 manatdan daha az miqdarda məbləğin alınaraq, ona verilməsini xahiş etmişdir və məhkəmə bu tələbdən kənara çıxmamalıdır. Məhkəmə eyni zamanda o halı da nəzərə alır ki, alğı-satqı barədə razılaşma yalnız iddiaçı ilə cavabdeh X16 arasında olmuş, iddiaçı 4200 manatı cavabdeh X14 vermişdir və bu məbləği yalnız ondan tələb etməkdə haqlıdır. Ona görə iddia tələbi qismən təmin edilməli, X6 əsassız varlanma ilə əlaqədar 4200 manat və maddi ziyan görə 703 manat alınaraq, İddiaçı verilməlidir. İddia tələbi X14 münasibətdə təmin edildiyi üçün, ondan ödənilmiş dövlət rüsumunun əvəzi olan 79 manat da alınaraq, İddiaçı verilməldir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. X6 əsassız varlanmaya görə 4200 manat və vurulmuş maddi ziyana görə 703 manat, cəmi, 4903 manat alınaraq, İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 79 manat X6 alınaraq, İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-88/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-88/2023
06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver