Məhkəmə qərarları › İş №2(042)-885/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-885/2024

03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-885/2024 03.09.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Cavabdeh2 nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Cavabdeh1 1230 manat, Cavabdeh2 2100 manat məbləğində pulun alınıb ona verilməsi və ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb ona verilməsi tələbləri barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qiyabi qətnamə çıxarılmış, Cavabdeh2 qiyabi qətnamədən şikayət vermiş, qətnamə ləğv edimişdir. İddiaçı və cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məhkəmə bildirişləri göndərilmiş, iddiaçı və Cavabdeh1 məhkəmə baxış iclasına gəlməmişlər. Məhkəmə Cavabdeh2 nümayəndəsinin vəsatətini nəzərə alaraq, işə iddiaçı və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı 2021-ci ilin sentyabr ayında sahibliyində və istifadəsində olan qırmızı rəngli, “VAZ 2121” markalı **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında Cavabdeh1 nisyə olaraq 5000 manata, həmçinin, 2021-ci ilin oktyabr ayında sahibliyində və istifadəsində olan ağ rəngli, “VAZ 2121” markalı **-RX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında Cavabdeh1 vasitəçiliyi ilə digər Cavabdeh2 nisyə olaraq 7800 manata satmışdır. Cavabdehlər qısa müddətdə onun nəqliyyat vasitələrinin pulunu ödəyəcəklərinə söz vermişlər. Cavabdeh1 ona olan borcundan 3770 manat qaytarmış, qalan 1230 manatı isə qaytarmaqdan yayınmışdır. Cavabdeh2 isə ona olan borcundan 5700 manat qaytarmış, qalan 2100 manatı hazırkı vaxta qədər ödəməmişdir. Dəfələrlə cavabdehlərdən pulunu tələb etsə də, onlar borcu verməkdən imtina etmişlər. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Cavabdeh İddiaçı Vidadi oğlunun nümayəndəsi X2 məhkəmə baxış iclasında iddia tələbinə etiraz etmiş, izahat verərək bildirmişdir ki, həqiqətən cavabdeh iddiaçıdan avtomobili nisyə olaraq almış, lakin pulun böyük hissəsini ödəmiş, iddiaçıya cəmi, 300 manat borcu qalmışdır. Ona görə də iddia tələbinin Cavabdeh2 aid olan hissəsinin qismən təmin edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Cavabdeh2 nümayəndəsinin izahatını və iş materiallarını təhqiq edərək, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məcəllənin 598.1 və 598.2-ci maddələrinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600-cü maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı şifahi alğı-satqı müqavilələrinə əsasən 2021-ci ilin sentyabr ayında “VAZ 2121” markalı **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili Cavabdeh1 5000 manata, 2021-ci ilin oktyabr ayında “VAZ 2121” markalı **-RX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili Cavabdeh2 nisyə olaraq 7800 manata satmışdır. Cavabdehlər həmin avtomobillərin dəyərlərini hissə-hissə ödəmək barədə öhdəlik götürmüş, avtomobillərin dəyərinin bir hissəsini ödəmiş, Cavabdeh1 1230 manat borcu və Cavabdeh2 300 manat borcu qalmışdır. Ona görə də iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh1 1230 manat, Cavabdeh2 isə 300 manat alınaraq, İddiaçı verilməlidir. Məhkəmə bu nəticəyə gələrkən o halı da nəzərə alır ki, Cavabdeh1 qiyabi qətnaməyə etiraz daxil olmamışdır. İşdə olan sənədlərdən görünür ki, iddiaçı işə məhkəmədə baxılması üçün 54 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun mütənasib hissəsi, cavabdehlərdən alınaraq, iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 233, 238-244, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 1230 (min iki yüz otuz) manat, Cavabdeh2 300 (üç yüz) manat alınaraq, İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun ödənilmiş tələblərə mütənasib olaraq, 25 manat hissəsi Cavabdeh1 və 10 manat hissəsi Cavabdeh2 alınaraq, İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar