Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-894/2025 06.01.2026 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maneələrin aradan qaldılması, daş hasarın cavabdehin hesabına sökülməsi və ödənilmiş mütəxəssis xərclərinin tutulması tələbi barədə” mülki iş (açar sözlər: maneələrin aradan qaldırılması) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maneələrin aradan qaldılması, daş hasarın cavabdehin hesabına sökülməsi və ödənilmiş mütəxəssis xərclərinin tutulması tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İddia tələbi və mülki işin mahiyyəti
1. İddiaçı məhkəmədə iddia qaldıraraq ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində olan 0.0333 ha torpaq sahəsində Cavabdeh2 apardığı 1.7 metr enində 8 metr uzunluğunda və təxminən 2 metr hündürlüyündə daş hasarın onun öz hesabına sökülməsi və daş hasarın torpaq sahəsinin koordinantları daxilində Cavabdeh2 istifadəsində olan ərazi ilə həmsərhəd olan hissədən tərəfindən çəkilməsinə Cavabdeh2 yaratdığı maneələrin aradan qaldırılması və həmin sahənin koordinantları daxilində yerləşən 0.50 mert enində 16.65 metr uzuluğunda daş hasarın üzərindən metal tor hasarın çəkilməsinə Cavabdeh1 yaratdığı maneələrə qadağa qoyulmasını, həmçinin ödədiyi dövlət rüsumunun əvəzi olaraq 100 mamant pulun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Həmçinin İddiaçı məhkəmə icraatı zamanı bir neçə dəfə iddia tələbinin artılması barədə ərizə ilə müraciət edib əlavə olaraq, - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin və həmin idarənin Gədəbəy rayon Şöbəsinin mütəxəsissləri tərəfindən ölçülməsi üçün çəkdiyi xərc olaraq cəmi 475 manat pulun cavabdelərdən alınıb ona verilməsini; - 24 noyabr 2021-ci il tarixdə ölçmə işləri üçün ödədiyi 570 manat pulun cavabdehlərdən alınıb ona verilməsini; - bundan başqa xx.xx.2025-ci il tarixdə Gədəbəy rayon Məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza üçün mütəxəssis rəyinin alınması ilə bağlı ödədiyi 95 manat pulun cavabdehlərdən alınıb ona verilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhərində qeydiyyatda olsa da, ünvan 2 ünvanda (yeni qaydalarla: Gədəbəy şəhəri, M.Ə.Sabir küç, giriş 34 ünvanında) onun xüsusi mülkiyyətində 0.0333 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 106.50 kv.m olan fərdi yaşayış evi var. Bu baradə daşınmaz əmlakın dövlət reyestrindən adına xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Eləcə də 0.0333 ha torpaq sahəsinin adına planı və ölçüsü sənədi tərtib olunmuş və fərdi yaşayış evinin texniki passportu işlənilmişdir. Adlarını yuxarıda qeyd etdiyi cavabdehlər onunla qonşuluqda yaşayırlar. Uzun müddətdir ki, cavabdehlərlə ona məxsus torpaq sahəsi üzərində mübahisə var. Cavabdeh2 evinin arxa hissəsində yerləşən və onun mülkiyyətində olan torpaq sahəsində 1.7 metr enində, 8 metr uzunluğunda, təxminən 2 metr hündürlüyündə daş hasar çəkmişdir. Həmin hasarın çəkildiyi torpaq sahəsi onun mülkiyyətindədir. Bununla bağlı o, "Əmlak Ekspert Mərkəzi” MMC-yə müraciət etmişdir. Mərkəzin ekspertləri 10 iyun 2024-cü il tarixdə mübahisəli əraziyə baxış keçirmişlər və ərazinin döngə nöqtələrinin koordinatları dəqiqləşdirilmiş, bu barədə ona koordinatların müəyyən edilməsi arayış verilmişdir. Arayışda Cavabdeh2 zəbt etdiyi hissə “A hissə” kimi qeyd edilmiş və göstərilmişdir ki, A sahəsi əmlakın sərhədlərinin xaricinə doğru 1.7 m ölçüdə qeydə alınmışdır. Eləcə də, həmin arayış əsasında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin Gədəbəy rayon şöbəsinin mühəndis inventarlaşdırıcısı X6, Gədəbəy şəhər İƏD-nin nümayəndəsi Elduz Məhərrəmov, Gədəbəy şəhər bələdiyyəsinin sədri Zülfüqar Yusibov, Gədəbəy RİH başçısı aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri Əlövsət Bayramov, polis sahə rəisi Bünyad İmamquliyev və qonşu Cavabdeh2 iştirakları ilə 24 oktyabr 2024-cü il tarixdə baxış keçirilərək "xxxx" MMC-nin təyin etdiyi döngə nöqtələrinin koordinatları əsasında Cavabdeh2 naturada tanıdılmışdır. Buna baxmayaraq dəfələrlə Cavabdeh2 həmin daş hasarı sökməsini və öz ərazisindən çəkməsini tələb etsə də, sonuncu buna məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etdirir. Eləcə də, cavabdeh ona daş hasarın özünə məxsus torpaq sahəsinin sərhəddindən çəkilməsinə imkan vermir. Odur ki, mülkiyyətində olan torpaq sahəsində Cavabdeh2 apardığı 1.7 metr enində, 8 metr uzunluğunda, təxminən 2 metr hündürlüyündə daş hasarın onun öz hesabına sökülməsini və daş hasarın ona məxsus torpaq sahəsinin koordinatları daxilində Cavabdeh2 istifadəsində olan ərazi ilə sərhəd olan hissədən çəkməyinə sonuncu tərəfindən yaradılan maneələrin aradan qaldırılmasını tələb etməkdə haqlıdır. Maneələr ondan ibarətdir ki, hər dəfə daş hasarı torpaq sahəsinin sərhədi boyunca çəkmək üçün usta çağırarkən, Sara ustaları söyüb təqhir edir, onları işləməyə qoymur və qovur. Bununla da həmin hasarı çəkmək üçün maneələr yaradır. Həmçinin, torpaq sahəsinin koordinatları daxilində 0.50 metr enində, 16.65 metr uzunluğunda daş hasar çəkilmişdir ki, həmin hasar digər Cavabdeh1 yaşayış sahəsi ilə bitişikdir. Həmin daş hasar rayon icra hakimiyyətinin göstərişi ilə tikilmişdir. Hasarın tikilməsinə sərf olunan tikinti materialı ona məxsus olmuşdur. Belə ki, Cavabdeh1 ona məxsus torpaq sahəsinin koordinatlarını pozaraq hasarın çəkildiyi yerdə qazıntı apardığı üçün o rayon icra hakimiyyətinə müraciət etmişdir. İcra Hakimiyyətinin əməkdaşları əraziyə baxış keçirərək Cavabdeh1 ona məxsus torpaq sahəsinin döngə nöqtələrini pozduğunu, qəsdən torpaq sürüşməsi yaradaraq ərazini qəzalı vəziyyətə gətirdiyini müəyyən etmişlər. Məhz bundan sonra məcburi şəkildə Həqiqət Qarayaveya torpaq sahəsinin ətrafına daş hasar çəkilməsi göstərişi verilmişdir. Bundan sonra Cavabdeh1 ona məxsus daşlardan istifadə edərək hasarı çəkdirmişdir. Hazırda özünə məxsus torpaq sahəsində yerləşən həmin hasarın üzərindən metal tordan hasar çəkmək istəyir. Lakin Cavabdeh1 buna imkan vermir. Belə ki, Həqiqət həmin hasarın üzərindən əlavə tikinti apararaq özünə ev tikmək istəyir. Bu da, onun mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir. Maneələr ondan ibarətdir ki, hər dəfə o, hasarın üzərində metal tordan hasar çəkmək üçün usta çağırarkən, Həqiqət ustaları söyüb təhqir edir, onları işləməyə qoymur və qovur. Bununla da metal tordan hasarı çəkmək üçün ona maneələr yaradır. Buna görə özünü hazırki iddia ilə müraciət etməkdə haqlı hesab edir. Qeyd etdiyi faktları təsdiq etmək üçün "Əmlak Ekspert Mərkəzi” MMC-nin koordinat arayışını, ərazinin fotoşəkillərini, tərtib edilmiş aktı və torpaq sahəsinin mülkiyyət sənədlərini iddia ərizəsinə əlavə edir. Özünə məxsus torpaq sahəsinin ölçülməsi üçün dəfələrlə (yeddi dəfə) 11 saylı Şəmkir Ərazi İdarəsinə və həmin idarənin Gədəbəy rayon Şöbəsinə müraciətlər etmişdir. Hər dəfə xərclər çəkmiş, maddi ziyana düşmüşdür. Hansı ki, həmin xərclər də məhkəmə xərclərinə aiddir və cavabdehlərdən alınaraq ona ödənilməlidir. Cavabdehlər bundan başqa birinci qrup əlil olan, 75 yaşlı anamı təhqir edirlər, ağacla vururlar, onu narahat edirlər və rahat yaşamağa imkan vermirlər.
4. Cavadeh Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsinə etiraz təqdim edib bildirmişlər ki, iddiaçının sənədində qeyd olunan torpaq sahəsi öz istifadəsindədir, həttda onların yerlərini zəbt edib istifadə edir, bu azmış kimi onları məhkəmələrdə süründürür, iddiaçının yazdıqlarının hamısı yalandır və əsassızdır. İddiaçı həmin torpaq sahəsini alarkən koordinantları ölçülüb ona təhvil verilmişdir. Koordinatlar iddiaçı ilə razılığa gəlinərək 2021ci ildə tərəflərin iştirakı ilə çəkilmişdir. İddiaçının iddiası əsassız olduğu üçün iddianın rədd edilməsini xahiş edirlər. Həmçinin Cavabdeh2 hazırda yaşadığı torpaq sahəsinin Gədəbəy rayon Aqrar islahat Komissiyasının 20 noyabr 2009-cu il tarixli, 03 nömrəli qərarı ilə qayınanası X2 adına verilmiş və ümumi sahəsi 300.08 kv.m-dir. Həmin torpaq sahəsi ilə bağlı sənədlər verilməmişdən xeyli müddət əvvəl onlar torpaq sahəsində yaşamaqla oraya faktiki sahiblik etmişlər.
II. Tərəflərin mövqeləri:
5. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verib iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
6. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etiraz ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin rədd edilməsini məhkəmə dən xahiş etdilər.
III. Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
9. Belə ki, iş materiallarında olan; - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfindən – veriliş **********47-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Gədəbəy şəhəri, X7 küçəsi ev 10 ünvanında (Gədəbəy, M.Ə.Sabir küçəsi giriş 34) İddiaçı adına 0.0333 ha torpaq sahəsi və üzərində inşa edilmiş 106.50 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi var. - **********47-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportundan görünür ki, Gədəbəy şəhəri M.Ə.Sabir küçəsi ev 10 ünvanında yerləşən fərdi yaşayış evinin hüquq subyekti İddiaçıdır və sənədin tərtib edilmə tarixi xx.xx.2024-cü il göstərilmişdir. - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, 3-21-3-40/2-6417/2025 saylı məktuba əsasən, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Katasdırı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı adına xx.xx.2022-ci il tarixdə,********** qeydiyyat nömrəsi ilə qeydə alınmış ünvan 6 ünvanında yerləşən 0.0333 ha torpaq sahəsinin bir hissəsində Cavabdeh2 tərəfindən çəkilən daş hasar şərikli çəkildiyi və razılaşma əsasında olunduğu iddia olunur. İddiaçı adına olan çıxarışın koordinatlarının 5.0 kvm qədər hissəsi Cavabdeh2 istifadəsində olan həyətyanı sahəyə düşür. İddiaçı üzərindən metal tor çəkmək istədiyi daş hasar sonuncunun mülkiyyətində olan 0.0333 ha torpaq sahəsinin sərhədləri daxilində deyil. Buna Cavabdeh1 tərəfindən mane yaradılır. Hər ikisinin iddiasına görə üzərindən metal tor çəkiləcək daş hasarı özü çəkib. Bu məsələni yerində aydınlaşdırmaq mümkün olmadı. Təqdim edilmiş sənədlərə əsasən tərəflərə məxsus torpaq sahələrinin sərhədləri və koordinatları müəyyən edildi. - A N 274810 nömrəli torpaq sahəsinin plan ölçü sənədindən görünür ki, Gədəbəy şəhər sakini X1 rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 2009-cu il tarixli, 03 nömrəli qərarı ilə 300.08 kv.m həyətyanı torpaq sahəsi verilmiş və bu dövlət kadastrı kitabında 15 aprel 2011-ci il tarixdə 617 nörmə ilə qeydə alınmışdır.
10. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13 və 29-cu maddələri). - Mülkiyyət hüququ hamılıqla qəbul olunan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən hüquqi dövlətin və demokratik cəmiyyətin təməl daşlarından biri hesab olunur. - Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. - İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi – dövlət daxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir. (Avropa Məhkəməsinin Kushoglu Bolqarıstana qarşı iş üzrə 10 may 2007-ci il tarixli Qərarı). - Əsas və fundamental insan hüquqlarından biri kimi mülkiyyət hüququ əşya hüquqları kateqoriyasına aid olmaqla məzmununu üç səlahiyyət (sahib olmaq, istifadə etmək, sərəncam vermək) təşkil edir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Vurğulanmalıdır ki, mülkiyyət hüququnu digər əşya haqlarından fərqləndirən başlıca xüsusiyyət hər üç səlahiyyətin bir şəxsdə (mülkiyyətçidə) cəmləşməsində, o cümlədən əşyanın hüquqi müqəddəratını müəyyən etmək (əşyaya sərəncam vermək) səlahiyyətinin məhz mülkiyyət hüququ ilə təmin olunmasındadır. - Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. - Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. - İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları).
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - Mülki Məcəllənin 139-cu maddəsinin tələblərinə əsasən Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3-cü maddəsinin tələblərinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 139.4-cü maddəsinə əsasən məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
12. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçının qeyd edilən daşınmaz əmlaklara mülkiyyət hüquqları olmalı və həmin daşınmaz əmlakların dövlət qeydiyyatının aparılmasına cavabdeh tərəfindən maneələr yaradılmalı və bu maneələr qanunsuz olmalıdır.
13. Məhkəmə qeyd edir ki, Gədəbəy şəhəri, X7 küçəsi ev 10 ünvanında (Gədəbəy, M.Ə.Sabir küçəsi giriş 34) İddiaçı adına 0.0333 ha torpaq sahəsi və üzərində inşa edilmiş 106.50 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfindən – veriliş **********47-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı adına qeydə alınmışdır. Cavabdeh2 istifadəsində olan torpaq sahələri yanaşıdır. İddiaçıya məxsus torpaq sahəsində Cavabdeh2 tərəfindən hər hansı hasarın tikilməsi və başqa tikinti işlərinin aparılması, bundan başqa cavabdehin iddiaçıya hər hansı formada maneə yaratması və tikilmiş hasarın sözügedən 0.0333 ha torpaq sahəsinin daxilində olması məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır. İddia Cavabdeh1 münasibətdə isə tikilmiş hasar iddiaçıya məxsus 0.0333 ha torpaq sahəsinin daxilində olmadığı üçün əsaslı sayılmır. Yəni iddiaçının həmin hasarla bağlı hər hansı tələb irəli sürməsi üçün hər hansı subyektiv hüququ yoxdur.
14. Məhkəmə hesab edir ki, hazırki işlə bağlı cavabdehlər tərəfindən iddiaçının qanunla mühafizə edilən hüquqlarının həyata keçirilməsi üçün hər hansı maneə törədilməsi müəyyən edilməmişdir. Belə olan halda iddia tələbi hər iki cavabdehə qarşı rədd edilməlidir.
15. İş materiallarından müəyyən edilir ki, iddiaçı iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman 100 manat dövlət rüsumu, məhkəmə icraatı zamanı 95 manat mütəxəssis xərci ödəmişdir.
16. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir və onun tərəfindən ödənildiyi nəzərə alınamlıdır.
V. Nəticə:
18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maneələrin aradan qaldılması, daş hasarın cavabdehin hesabına sökülməsi və ödənilmiş mütəxəssis xərclərinin tutulması tələbi barədə” iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zamiq Rəsulov