Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-899/2020 24.11.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov xxxx Möhübbət oğlunun katibliyi, İddiaçı1, cavabdehlər Nuriyev Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Nuriyev Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyan tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Nuriyev Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən müştərək qaydada 2076 manat miqdarında maddi ziyanın alınaraq, onlara verilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, digər iddiaçı ilə birlikdə Gədəbəy rayonunun Xarxar kəndi ərazisində torpaq sahəsi var. Həmin torpaq sahəsinə dair DƏDRX-nin 11 saylı ərazi idarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə **********28 və **********25 saylı çıxarışlar almışdır. Onlara pay torpaq sahəsi birgə mülküyyət kimi verilmişdir. Ona və oğlu olan digər iddiaçıya verilmiş pay torpaq sahəsini 2015-ci il tarixdən cavabdehlər istifadə edirlər. O, cavabdehlərə dəfələrlə ona və oğluna verilmiş pay torpaq sahəsinin istifadə etməmələrini bildirsə də, bu mümkün olmamışdır. O, bununla əlaqədar adiyyəti üzrə Gədəbəy Rayon Polis Şöbəsinə, İƏD-üzrə nümayəndəliyə, Bələdiyyəyə müraciətlər etmiş, lakin cavabdehlər heç nəyə məhəl qoymayaraq, yenə həmin torpaq sahəsindən özləri üçün istifadə etmişlər. Ona və oğluna birlikdə 0,24 ha əkin sahəsi, 0,26 ha biçənək torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini 2015-ci il tarixdən hal-hazıra qədər cavabdehlər istifadə etmişlər. O, illik məsuldarlıq barədə KTN yanında X2 Gədəbəy Rayon Bitki Mühafizəsi Mərkəzinə müraciət etmiş, həmin idarənin əməkdaşları tərəfindən verilmiş rəydən görünür ki, 0,24 ha əkin torpaq sahəsindən illik məhsuldarlıq 520-560 kq buğda məhsulu və 0,26 ha torpaq sahəsindən isə 510-540 kq ot məhsulu əldə etmək mümkündür. Bununla əlaqədar “xxxx” MMC-dən alınmış Rəydən görünür ki, bazar qiymətinə uyğun olaraq l kq buğdanın satış qiyməti 0,48-0,50 qəpik, 1 kq dağ otunun qiyməti isə 0,25-0,30 qəpikdir. Nəticədə cavabdehlər 2015-2020-ci illərdə 2.700 kq buğda məhsulu və 2015-2020-ci illərdə 2600 kq ot məhsulu əldə etmişlər. Lakin ona düşən payı verməmişlər. Ona görə də məhkəməyə müraciət etmiş və iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 260.0.5-ci maddəsinə əsasən işə İddiaçı2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 Cavabdeh1 oğlu və Nuriyev Cavabdeh1 İddiaçı2 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişlər. Nuriyev Cavabdeh1 iddia ərizəsinə etiraz etmiş, izahat verərək bildirmişdir ki, həmin torpaq sahəsi onların ümumi birgə mülkiyyətindədir. İddiaçı1 digər Cavabdeh2 arvadı olmuş, həmin müddət ərzində onlara torpaq sahəsi verilmişdir. Gədəbəy Rayon Məhkəməsinin qətnaməsinə əsasən 2015-ci il tarixdə İddiaçı1 ilə Cavabdeh2 nikahları pozulmuş, lakin onlar 2016-cı ilin sonunadək birlikdə yaşamışlar. Bundan sonra o, qardaşı Cavabdeh2 Cavabdeh1 oğlu ilə birlikdə həmin torpaqları əkib becərmiş, İddiaçı1 düşən payı vermişlər. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 Cavabdeh1 oğlu eyniməzmunlu izahat vermiş və iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək bildirmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi torpaq sahəsini cavabdehlər əkib becərmişlər. Lakin həmin torpaq sahəsindən nə qədər məhsul əldə etməsini bilmir. İşdə olan Çıxarışın surətindən görünür ki, İddiaçı1, İddiaçı2, Nuriyev Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyət hüququ ilə 0.42 ha torpaq sahəsi verilmişdir. İşdə olan Çıxarışın surətindən görünür ki, İddiaçı1, İddiaçı2, Nuriyev Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyət hüququ ilə 0.0264 ha torpaq sahəsi verilmişdir. İşdə olan Dövlət Aktının surətindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 2001-ci il tarixli qərarı ilə Nuriyeva Mehriban Zöhrab qızına, X3, Cavabdeh2 0.92 ha torpaq sahəsi verilmişdir. İşdə olan Arayışlardan görünür ki, 1 kq dağ otunun qiyməti 0.25-0.30 manat, 1 kq taxılın qiyməti 0.48-0.50 manatdır. İşdə olan Gədəbəy Rayon Bitki Mühafizəsi Mərkəzi tərəfindən verilmiş Rəylərdən görünür ki, İddiaçı1 torpaq sahəsindən hər il 520-560 kq taxıl, 510-540 kq dağ otu əldə etmək olar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadəsini, habelə, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1;14.2. və 14.2.6-cı maddələrinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən, o cümlədən başqa şəxsə zərər vurulması ilə əmələ gəlir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məcəllənin 1113.1-ci maddəsinə əsasən birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutеtmə vəzifələrinin bölgüsünün ümumi qаyqаsını müəyyən еqir. Bu qаydаyа görə iş iştirаkçılаrı tələb və еtirаzlаrını əsаslаndırdıqlаrı fаktlаrı isbаt еtməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirаkçısı оlаn bu və yа bаşqа şəхsi оnun öz iddiа və еtirаzlаrını əsаslаndırmаq üçün söykəndiyi hаllаrın və qаnunlа sübut еtməli оlquğu bаşqа hаllаrın sübut оlunmаsı yükündən аzаd еdə, yахud sübutеtmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlаr tоplаmаq hüququ vеrmir və sübutlаrın tоplаnmаsı və vеrilməsi yükünü bütünlüklə sübutеtmə yükünü dаşıyаn iş iştirаkçılаrının üzərinə qоyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hеsаb еdir ki, işin оbyеktiv həlli üçün yаlnız mötəbər sübutlаrdаn istifаdə оlunа bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı оlmаlı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməliqir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İnsan Hüquqları üzrə Аvrоpа Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" xx xxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probalion”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, "Qavazov Bolqarıstana qarşı iş üzrə" xx xxxx 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatları və şahid ifadəsi ilə müəyyən edilmişdir ki, cavabdehlər ümumi birgə mülkiyyətdə olan torpaq sahəsini 4 il ərzində əkib becərmişlər. Cavabdehlər əkin sahəsindən əldə etdikləri məhsulun iddiaçılara düşən hissəsini verdiklərini bildirsələr də, bu məhkəmə iclasında sübut edilməmişdir. Məhkəmə, dəymiş ziyanın miqdarını hesablayarkən iddiaçı tərəfindən təqdim edilmiş Rəyə və Arayışlara əsaslxxxxaq, belə nəticəyə gəlir ki, dörd il ərzində həmin torpaq sahələrindən 2080 kq taxıl və 2040 kq dağ otu əldə etmək olar. İddiaçılar məhsulun miqdarının və onun dəyərinin yüksək miqdarda olmasını sübut edə bilməmişlər. Həmçinin məhsullar ümumi birgə mülkiyyətdə olan torpaq sahələrindən əldə edildiyi üçün məhsulların ½ hissəsi iddiaçıların və ½ hissəsi cavabdehlərin payına düşür. Yəni, 1040 kq taxılın dəyəri 499.2 manat və 1020 kq dağ otunun dəyəri 255 manat, cəmi, 754.20 manat cavabdehlərdən müştərək qaydada alınaraq, iddiaçılara verilməlidir. İddia ərizəsi qismən təmin edildiyindən iddia ərizəsinin qismən təmin edilmiş hissəsinə münasibətdə ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsi cavabdehlərdən alınaraq, iddiaçılara verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 216-227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Nuriyev Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 754.20 manat alınaraq, İddiaçı1 və İddiaçı2 verilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsi Nuriyev Cavabdeh1 və Cavabdeh2 alınaraq, İddiaçı1 və İddiaçı2 verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-899/2020
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-899/2020
24.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver