Məhkəmə qərarları › İş №2(042)-900/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-900/2023

19.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-900/2023 19.10.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı əsassız varlandığı 11000 manat məbləğində pulun, ödənilmiş 123 manat dövlət rüsumunun əvəzinin, nümayəndəyə çəkdiyi xərcə görə 17 manat məbləğində pulun və vəkilə çəkdiyi xərcə görə 120 manat məbləğində pulun, cəmi 11260 manat məbləğində pulun alınıb ona verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayənəsi və vəkili Vəkil məhkəmə baxış iclasında izahat verərək bildirmişdir ki, iddiaçı ailə üzvlərilə birlikdə ünvan 1 ünvanında yaşayır. İddiaçı əslən Gədəbəy rayonunun İsalı kəndindəndir. İddiaçı hər il yay aylarında istirahət etmək üçün ailə üzvləri ilə birlikdə Gədəbəy rayonuna gəlir və hər il rayonun Miskinli kəndində kirayə ev tutaraq, orada qalır. 2022-ci ilin avqust ayında iddiaçı yenə də ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Msikinli kəndində gəlmişdir. Cavabdeh da Miskinli kənd sakini olmaqla iddiaçının kirayə qaldığı evlə qonşuluqda yerləşən evdə yaşayır. Onların tanışılığı qonuşu kimi oarada baş tutmuşdur. İddiaçı hər il Gədəbəy rayonuna gəldiyi üçün rayonun Miskinli kəndindən torpaq sahəsi almaq və ev tikdirmək qərarına gəlmişdir. 2022-ci ilin avqust ayında bu barədə qonşu kimi Cavabdeh ilə söhbət edərkən, Nazim iddiaçıya Miskinli kəndində torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsini 11000 manata iddiaçıya sata biləcəyini bildirmişdir. Nazim həmçinin, bildirmişdir ki, oğlu müharibə iştirakçısıdır, buna görə də torpaq sahəsində tikəcəyi evi oğlunun adına sənədləşdirəcək, ondan sonra isə həmin evi iddiaçının adına keçirəcəkdir. İddiaçı cavabdehlə şifahi olaraq razılaşmış, bundan sonra Bakı şəhərinə qayıtmışdır. 2022-ci ilin sentyabr ayının ortalarında Nazimin 0.04 ha torpaq sahəsi satması üçün 11000 manat məbləğində pulu nəğd şəkildə Bakı şəhərində Nazimə vermişdir. Eləcə də Cavabdeh yazılı qəbz verərək, torpaq sahəsi satmaq məqsədilə iddiaçıdan 11000 manat pul aldığını təsdiq etmiş, bu barədə həmin qəbzə hər ikisi imza etmişdir. İddiaçı Nazimin ona satacağı torpaq sahəsinə özü baxış keçirmişdir. 2023-cü ilin may ayında iddiaçı həmin torpaq sahəsində ev tikmək məqsədi ilə Gədəbəy rayonu, Miskinli kəndinə gəlmiş və torpaq sahəsinin və üzərində tikdirəcəyi evin sənədləşməsi barədə Nazimdən soruşmuş, həmin vaxt Nazim ona torpaq sahəsi ilə əlaqədar hər hansı bir sənəd verməyəciyini və heç bir sənədləşmə aparamayacağını bildirmişdir. Belə olan halda iddiaçı ondan 11000 manat pulunu geri qaytarmasını tələb etmişdir. Artıq 3 aydan çoxdur ki, cavabdeh iddiaçının pulunu qaytarmır. Onunla hər dəfə telefon əlaqəsi saxlayıb pulunu qaytarmasını tələb etsə də, cavabdeh pulu qaytarmamışdır. Hesab edir ki, Cavabdeh iddiaçıya torpaq sahəsi satmağı öhdəsinə götürdüyü halda, verdiyi sözə əməl etməyərək iddiaçıdan 11000 manat məbləğində pul vəsaitini alıb, həmin məbləğdə əsassız olaraq varlanmışdır. Ona görə də, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə baxış iclasında ona qarşı olan iddia tələbini etiraf etmiş və izahatı verərək, bildirmişdir ki, o, iddiçıya özünə məxsus 0.04 ha torpaq sahəsini satmaq məqsədilə iddiaçıdan 11000 manat pul almışdır. Lakin sonradan torpaq sahəsinin sənədləşməsi baş tutmamış, bu səbəbdən də iddiaçı ondan pulu geri tələb etmişdir. Hazırda o, həmin pulu xərcləmiş və bir dəfəyə pulu qaytarmağa imkanı yoxdur. İddiaçıya həmin pulu hissə-hissə qaytaracaqdır. Azərbaycan Respublikası MPM-nin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşdə olan sadə yazılı qəbzdən görünür ki, Cavabdeh İddiaçı 11000 manat məbləğində pul almışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə tərəflərin izahatını, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2; 14.2.1;14.2.6. və 14.2.7-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması, başqa şəxsə zərər vurulması, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları kimi təsbit edilmişdir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, İddiaçı torpaq sahəsinin satın alınması məqsədi ilə cavabdehə pul vermişdir. Cavabdeh özü məhkəmə iclasında verdiyi izahatında iddiaçıdan bu məqsədlə pul aldığını etiraf etmişdir. Lakin tərəflər arasında daşınmaz əmlaka dair alğı-satqı müqaviləsi bağlanmamışdır. İddiaçının cavabdehə 11000 manat pul verməsi cavabdeh tərəfindən təkzib edilmir. Həmçinin, bu fakt iş materiallarında olan sadə yazılı qəbzlə də öz təsdiqini tapır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan aldığı pul məbləği həddində əsassız olaraq varlanmışdır. Ona görə də iddia ərizəsi təmin edilməli, Cavabdeh 11000 manat alınaraq, İddiaçı verilməlidir. İş materiallarından məlum olur ki, iddiaçıya məhkəmədə idida qaldırmaq üçün 123 manat dövlət rüsumu ödəmiş, nümayəndə üçün 17 manat, vəkil üçün 120 manat xərc çəkmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu, nümayəndə və vəkil üçün çəkilmiş xərclər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 11000 (on bir min) manat alınaraq,İddiaçı verilsin. Ödənilmiş 123 manat dövlət rüsumunun əvəzi, nümayəndə üçün çəkilmiş 17 manat və vəkil üçün çəkilmiş 120 manat məbləğində məhkəmə xərcinin əvəzi Cavabdeh alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar