Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-909/2020 04.11.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehdən ona vurduğu maddi ziyana görə 400 manat alınaraq, ona verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Gədəbəy rayonunda yerləşən “Mal bazarı” adlanan ərazidən Gədəbəy rayonu, Düzyurd kənd sakini Cavabdeh yanı balalı bir baş inək almışdır. İnəyin qiymətini 1000 manata, buzovun qiymətini isə 400 manata razılaşmışlar. Həmin Vaxt cavabdeh ona inəkdə və balasında heç bir xəstəlik olmadığını bildirmiş və buna görə üzərinə 7 günlük məsuliyyət götürmüşdür. O, inəyi və buzovu həyətinə gətirmiş və həmin axşam buzovda xəstəlik olmasını bilmişdir. Həmin gün cavabdehə zəng edərək buzovun süd əmmədiyini bildirmişdir. Emin isə ona sabah gəlib buzovu aparacağını bildirmişdir. Bundan sonra o, Eminə satdığı buzovun xəstə olduğunu, gəlib buzovu aparmasını dəfələrlə zəng vurub xahiş etsə də. Emin pulu xərclədiyini, buzovu aparmayacağını bildirmişdir xx xxxxxx 2020-ci ildə buzov ölmüşdür. Həmin vaxt o, DİN-in “102”- xidmətinə məlumat vermişdir. Buzovun ölmə səbəbini aydınlaşdırmaq üçün həkim çağırmışdır. Gədəbəy baytarlıq sahəsinin həkimləri gəlib buzovu yarmış və müəyyən olmuşdur ki, buzov ağciyərin irinli iltihabı xəstəliyindən ölmüşdür. Bu barədə akt tərtib edilmişdir. Ona görə də məhkəməyə müraciət etmiş və iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsinə etiraz etmiş, izahat verərək bildirmişdir ki, o, Gədəbəy rayonunda yerləşən, Mal Bazarı” adlanan əraziyə öz heyvanını satmaq üçün gətirmişdir. İddiaçı əvvəllər tanımamışdır. İnəyi satıcıya təhvil verərkən inək və buzov salamat olmuşdur. Üzərinə üç günlük məsuliyyət götürmüşdür. İddiaçı heyvanları apardıqdan sonra buzov onun həyətində xəstələnmişdir. Buzovun xəstələnməsində onun heç bir günahı yoxdur. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək bildirmişdir ki, İddiaçı xx xxxxxx 2020-ci il tarixdə bazardan inək və buzov almışdır. Heyvanlar evə çatdıqdan sonra buzovun xəstə olması müəyyən edilmişdir. Bundan sonra heyvanlara dərman vermək üçün baytar dəvət edilmişdir. Lakin buzov xx xxxxxx 2020-ci il tarixdə ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək bildirmişdir ki, bazarda heyvan alveri ilə məşğul olur. Cavabdeh İddiaçı heyvan satmasını görmüşdür. Heyvanlar satılarkən inək və buzov salamat vəziyyətdə olmuşdur. Lakin sonradan buzovun ölməsini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək bildirmişdir ki, İddiaçı onun əridir. Əri xx xxxxxx 2020-ci il tarixdə bazardan inək və buzov almışdır. Heyvanlar evə çatdıqdan sonra buzovun xəstə olması müəyyən edilmişdir. Bundan sonra heyvanlara dərman vermək üçün baytar dəvət edilmişdir. Lakin buzov xx xxxxxx 2020-ci il tarixdə ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək bildirmişdir ki, İddiaçı inək və buzovu onunla birlikdə almışdır. Heyvanları alarkən Cavabdeh zəmanət verərək heyvanlar 1 həftə ərzində xəstələnərsə onları qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək bildirmişdir ki, Cavabdeh onun oğludur. Bazarda inək və buzovu Ədalətə o, satmışdır. Lakin bu zaman iddiaçıya heç bir zəmanət verilməmişdir. İddiaçı buzovun ölməsini bir ay keçdikdən sonra onlara bildirmişdir. İşdə olan Arayışdan görünür ki, 2020-ci il tarixdə 1 aylıq buzovun qiyməti 200-250 manatdır. İşdə olan Aktdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə buzovun ölümü ilə əlaqədar Azərbaycan Respublikası DİN-nin 102 Xədmətinə müraciət etmişdir. İşdə olan məktubdan görünür ki, İddiaçı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini, habelə, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 609.2 və 609.2.2-ci maddələrinə əsasən qaramalda - heyvanın vəziyyəti ümumən pisləşməklə vərəm xəstəliyi - 14 günlük qarantiya müddəti ilə, habelə ağ ciyərlərin tam iltihabı - 28 günlük qarantiya müddəti ilə faydalı və damazlıq heyvanların satıldığı halda başlıca qüsurlar sayılır. Həmin Məcəllənin 611-ci maddəsinə əsasən qarantiya müddəti ərzində hər hansı başlıca qüsur aşkar edildikdə ehtimal olunur ki, həmin qüsur riskin alıcıya keçdiyi ana qədər mövcud idi. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutеtmə vəzifələrinin bölgüsünün ümumi qаyqаsını müəyyən еqir. Bu qаydаyа görə iş iştirаkçılаrı tələb və еtirаzlаrını əsаslаndırdıqlаrı fаktlаrı isbаt еtməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirаkçısı оlаn bu və yа bаşqа şəхsi оnun öz iddiа və еtirаzlаrını əsаslаndırmаq üçün söykəndiyi hаllаrın və qаnunlа sübut еtməli оlquğu bаşqа hаllаrın sübut оlunmаsı yükündən аzаd еdə, yахud sübutеtmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlаr tоplаmаq hüququ vеrmir və sübutlаrın tоplаnmаsı və vеrilməsi yükünü bütünlüklə sübutеtmə yükünü dаşıyаn iş iştirаkçılаrının üzərinə qоyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hеsаb еdir ki, işin оbyеktiv həlli üçün yаlnız mötəbər sübutlаrdаn istifаdə оlunа bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı оlmаlı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməliqir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İnsan Hüquqları üzrə Аvrоpа Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" xx xxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probalion”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, "Qavazov Bolqarıstana qarşı iş üzrə" xx xxxx 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutları qiymətləndirərkənbir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Gədəbəy rayonunda yerləşən “Mal bazarı” adlanan ərazidən Gədəbəy rayonu, Düzyurd kənd sakini Cavabdeh bir baş inək və 1 baş buzov əldə edilmişdir. xx xxxxxx 2020-ci ildə buzov ölmüşdür. Baytar həmin buzovu yarmış və müəyyən etmişdir ki, buzovda ağciyərin irinli iltihabı xəstəliyi olmuş, bu səbəbdən də ölmüşdür. İddiaçı buzovun qiymətinin 400 manat olmasını bildirsə də təqdim etdiyi arayışda buzovun qiymətinin 200-250 manat olması qeyd edilmişdir. Sübutetmə vəzifəsi iddiaçının üzərinə düşməsinə baxmayaraq, iddiaçı buzovun qiymətinin 400 manat olmasını sübut edə bilməmişdir. Məhkəmə buzovun qiymətini müəyyən edərkən arayışda göstərilən qiymətə əsaslanır və 200 manat miqdarında olması qənaətinə gəlir. Ona görə də, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 200 manat alınaraq, İddiaçı verilməlidir. İddia ərizəsi qismən təmin edildiyindən iddia ərizəsinin qismən təmin edilmiş hissəsinə münasibətdə ödənilmiş 20 manat dövlət rüsumunun 10 manat hissəsi Cavabdeh alınaraq, İddiaçı verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 216- 227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 200 manat alınaraq, İddiaçı verilsin. Ödənilmiş 20 manat dövlət rüsumunun 10 manat hissəsi Cavabdeh alınaraq, İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-909/2020
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-909/2020
04.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver