Məhkəmə qərarları › İş №2(042)-91/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-91/2022

09.03.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-91/2022 09.03.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, iddiaçı cavabdeh X2 nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı cavabdeh tərəfindən ona məxsus suçəkilişinə və sudan istifadəsinə edilən maneələrin aradan qaldırılması tələblərinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh X3 qarşı onun və ailə üzvlərinin istifadə etdiyi Gədəbəy rayonunun Moruxlu kəndində “Sarı Söyün” adlanan sahədə yerləşən bulaqdan cavabdeh X1 çəkməsinə və sudan istifadəsinə qadağa qoyulması tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli su mənbəyinin qaynaqlandığı yer “Sarı Söyün” adlanan ərazidə yerləşir. Həmin yerdə öz şəxsi vəsaiti hesabına həm su hovuzu tikdirmiş, həm də evinə su xətti çəkilmişdir. Lakin cavabdeh X4 ona məxsus suyun mənbəyinə qeyri-qanuni qoşularaq qalın boru ilə özünə su xətti çəkmişdir. Cavabdeh su xəttinə qoşulduqdan sonra ona məxsus su tamamilə kəsilmişdir. Cavabdeh onları həmin sudan istifadə etməsinə icazə vermir. O, bundan sonra Gədəbəy Rayonu Qoşabulaq Bələdiyyəsinə müraciət etmiş, Gədəbəy Rayonu Qoşabulaq Bələdiyyəsi həmin sudan istifadə etməsi üçün ona icazə vermişdir. Lakin mübahisə həll edilməmiş qalmışdır. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. İddiaçı məhkəməyə ərizə göndərərək, mülki işin baxılmamış saxlanılmasını və məhkəməyə göndərdiyi sənədlərin özünə qaytarılmasını xahiş etmişdir. Cavabdeh X2 nümayəndəsi X6 məhkəmə iclasında iddiaçının ərizəsinə münasibət bildirərək, iddia ərizəsinin baxılmasını xahiş etmişdir. O, məhkəmə iclasında iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, həqiqətən onların və iddiaçının orada su xətti mövcuddur. İddiaçı onlara məxsus suya müdaxilə etmişdir. Bundan sonra aralarında mübahisə yaşanmış və özlərinə məxsus sudan istifadə etməsinə icazə verməmişlər. Ona görə də iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gədəbəy Rayon Qoşabulaq Bələdiyyəsinin 22 saylı Protokolundan görünür ki, “Sarı Söyün” adlanan ərazi Bələdiyyə ərazisi olmadığı üçün Bələdiyyənin 21 oktyabr 2021-ci il tarixli 20 saylı Protokolu ləğv edilmişdir. İş üzrə yerində müayinə təyin edilmiş, müəyyən edilmişdir ki, mübahisəli bulaqlar Gədəbəy rayonunun Quşabulaq kəndi, “Sarı Söyün” adlanan ərazidə yerləşir. Həmin ərazidə cavabdehin istifadəsində olan bulaqlardan dörd ədəd boru ilə su hövzələrinə su yığılır və həmin hövzədən onun evinə aparılır. Dörd borudan birində su yoxdur. Üçündə su azdır. İddiaçı bu bulaqlardan birinin onun sahibliyində və istifadəsində olmuş mənbədən götürüldüyünü iddia edir. Cavabdeh bu mənbədən onun ata-babalarının istifadə etdiyini israr edir. İddiaçının sahibliyində olan su hövzəsinə bir boru ilə su daxil olur. Bu suyun miqdarı cavabdehin su hövzəsinə dörd mənbədən daxil olan sudan çoxdur. Bununla belə iddiaçının həyətinə daxil olan boruda su olmadı. Cavabdehin həyətinə daxil olan boruda az miqdarda su var. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Məcəllənin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Məcəllənin 164.1-ci maddəsinə əsasən 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Məcəllənin 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutеtmə vəzifələrinin bölgüsünün ümumi qаyqаsını müəyyən еqir. Bu qаydаyа görə iş iştirаkçılаrı tələb və еtirаzlаrını əsаslаndırdıqlаrı fаktlаrı isbаt еtməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirаkçısı оlаn bu və yа bаşqа şəхsi оnun öz iddiа və еtirаzlаrını əsаslаndırmаq üçün söykəndiyi hаllаrın və qаnunlа sübut еtməli оlquğu bаşqа hаllаrın sübut оlunmаsı yükündən аzаd еdə, yахud sübutеtmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlаr tоplаmаq hüququ vеrmir və sübutlаrın tоplаnmаsı və vеrilməsi yükünü bütünlüklə sübutеtmə yükünü dаşıyаn iş iştirаkçılаrının üzərinə qоyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşin оbyеktiv həlli üçün yаlnız mötəbər sübutlаrdаn istifаdə оlunа bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı оlmаlı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməliqir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İnsan Hüquqları üzrə Аvrоpа Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probalion”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Beləliklə, iş üzrə yerində müayinə təyin edilmiş, müəyyən edilmişdir ki, mübahisəli bulaqlar Gədəbəy rayonunun Quşabulaq kəndi, “Sarı Söyün” adlanan ərazidə yerləşir. Həmin ərazidə cavabdehin istifadəsində olan bulaqlardan dörd ədəd boru ilə su hövzələrinə su yığılır və həmin hövzədən onun evinə aparılır. Dörd borudan birində su yoxdur. Üçündə su azdır. İddiaçı bu bulaqlardan birinin onun sahibliyində və istifadəsində olmuş mənbədən götürüldüyünü iddia edir. İddiaçının sahibliyində olan su hövzəsinə bir boru ilə su daxil olur. Bu suyun miqdarı cavabdehin su hövzəsinə dörd mənbədən daxil olan sudan çoxdur. Yəni, sübutetmə vəzifəsi üzərinə düşməsinə baxmayaraq, iddiaçı cavabdehin onun sahibliyində və istifadəsində olan mənbədən götürdüyü barədə sübutlar təqdim etməmişdir. Ona görə də iddia tələbləri təmin edilməməlidir. Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyi üçün ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq, iddiaçıya verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 216-227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, Qət etdi: İddia tələbləri təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar