Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-911/2025 18.09.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Əsgərovga Rəsmiyə Cəmil qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbi haqqında iddia ərizəsinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Gədəbəy rayonu, Hacılar kəndində yerləşən X3ndan miras qalmış 17 sentyabr 2024-cü il tarixli 200/1-5 nömrəli arxiv arayışına əsasən 0.25 ha torpaq sahəsində ölçmə işlərinin aparılmasına Cavabdeh hər cürə müdaxiləsinə son qoyulması və məhkəmənin hesabına ödədiyi 100 manatın cavabdehdən alınıb, ona verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, o, Gədəbəy rayonu, Hacılar kəndində yaşayır. X2 həmin kənddə 0.25 ha torpaq sahəsi var. X3 xx.xx.1975-ci il tarixdə vəfat etmişdir. Nənəsi vəfat etdikdən sonra həmin evdə o, yaşamış, əmlakı miras kimi qəbul etmişdir. Notariat Kontoru tərəfindən sənədləri hazırlanaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə göndərilmişdir. DƏDRX-nin əməkdaşları miras qalmış torpaq sahəsində ölçmə işləri aparan zaman Cavabdeh tərəfindən maneəçilik törədilmişdir. Bu səbəbdən DƏDRX-nin 11 Saylı Ərazi İdarəsinin əməkdaşları tərəfindən ölçmə işlərinin aparılması mümkün olmamışdır. Cavabdehin bu qanunsuz hərəkətləri ilə onun mülkiyyət hüquqlarının pozmuşdur. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahat verərək, bildirmişdir ki, iddiaçının iddia etdiyi Gədəbəy rayonu, Hacılar kəndinə yerləşən torpaq sahəsi və üzərində olan evə 2023-cü ildə mülkiyyət hüququ qeydə alınmışdır. Ona görə də həmin yerdə obyektiv ölçmə işlərinin aparılmasına etiraz etmir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan 17 sentyabr 2024-cü il tarixli arxiv arayışından görünür ki, X1 Gədəbəy rayonu, Hacılar kəndində 0.25 ha torpaq sahəsi və 1946-ci ildə inşa edilmiş ev qeyd olunmuşdur. İşdə olan X5 surətindən görünür ki, X8 20 mart 1975-ci il tarixdə vəfat etmişdir. İşdə olan Çıxarışın surətindən görünür ki, 11 avqust 2023-cü il tarixdə Gədəbəy rayonu, Hacılar kəndində yerləşən 0.2014 ha həyətyanı torpaq sahəsi və üzərində olan fərdi yaşayış evinə Cavabdeh mülkiyyət hüququ qeydə alınmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Gədəbəy rayonu, Hacılar kəndi ərazisində iddiaçının X3na məxsus 0.25 ha həyətyanı torpaq sahəsi və üzərində fərdi yaşayış evi olmuşdur. İddiaçının nənəsi vəfat etmişdir və o, miras qalmış əmlakı qəbul etmək istəyir. Onun həmin əmlaka olan hüquqlarının qeydiyyata alınması üçün ölçmə işləri aparılmalıdır. Cavabdehin isə həmin kənddə yerləşən torpaq sahəsi və yaşayış evinə mülkiyyət hüquqları qeydə alınmışdır. Mübahisə ilə əlaqədar halların müəyyən edilməsi üçün iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən Gədəbəy rayonu, Hacılar kəndində yerləşən iddiaçının iddia etdiyi torpaq sahəsində ölçmə işlərinin aparılmasına maneələr yaradıması qadağan edilməlidir. İddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən işə məhkəmədə baxılması üçün ödənilmiş 100 manat miqdarında dövıət rüsumu cavabdehdən alınaraq, iddiaçıya verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Gədəbəy rayonu, Hacılar kəndində yerləşən İddiaçı iddia etdiyi torpaq sahəsində ölçmə işlərinin aparılmasına maneələr yaratması qadağan edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 manat alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-911/2025
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-911/2025
18.09.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver