Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-914/2024 15.11.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 2671 manat pulun, iddia ərizəsinin yazılmasına görə 130 manat vəkil xidmət haqqının, 50 manat nəqliyyat xərclərinin - cəmi 2851 manat pulun və 49+1 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahat verərək bildirdi ki, cavabdeh isə onun tanışıdır. Cavabdehlə 6-7 ildir ki, münasibətləri vardır. Cavabdeh Gədəbəy bazarında həm alver, həm də fəhləlik etmişdir. Bu səbəbdən də onların yaxın münasibətləri olmuşdur. 2021-ci ilin əvvəllərində cavabdeh ondan 4 ton kartof almışdır. Kartofun hər kiloqramını 0.55 qəpik və 0.40 qəpikdən hesablamışlar. Eyni zamanda o cavabdehə pazı toxumu və ot presi də satmışdır. Ümumilikdə cavabdehin ona 2671 manat pul borcu yaranmışdır. Hər dəfə Zəminədən ona olan borcunu geri qaytarmasını xahiş etmişdir. Lakin Zəminə müxtəlif bəhanələrlə ona olan borcunu qaytarmaqdan imtina etmişdir. Buna görə də o cavabdehin barəsində Gədəbəy rayon Polis şöbəsinə şikayət etmişdir. Şikayəti ilə bağlı olaraq araşdırma aparılmışdır. Cavabdeh ona olan borcunu etiraf etmişdir. Polisdən ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir. Cavabdeh onun üçün işlər gördüyünü və buna görə cavabdehə kartof məsulu verciyini bildirmişdir. Bununla əlaqədar bildiriri ki, cavabdeh ona gördüyü işlərin haqqını almışdır. Onun cavabdehə heç bir borcu olmamışdır. Əkin zamanı kartof və pazı toxumu lazım olduğunu ona demiş, o da cavabdehə 4 ton kartof toxumu və pazı toxumu nisyə satmış, lakin cavabdeh pulunu verməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddiaçının bildirdiklərini təsdiq etdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahat verərək bildirdi ki, o, Gədəbəy rayonun Maarif kəndində yaşayır. İddiaçı uzun müddətdir ki, tanıyır və iddiaçının ona 3300 manat borcu olmuşdur. O, həmin pulu iddiaçıdan dəfələrlə tələb etsə də iddiaçı, onun pulunu qaytarmamışdır. Qiymət ona nağd pul verməyəcəyini, ondan 4 ton xırda kartof olduğunu, razı olduğu təqdirdə pulunun əvəzində həmin kartofu məhsulunu apara biləcəyini bildirmişdir. O isə iddiaçıya xırda kartofun bir kiloqramının qiyməti 30 qəpik olduğunu, belə olan halda isə həmin məhsulunun dəyərinin 1200 manat etdiyini, ona olan borcunun 4(dörd) ton kartof məhsulunun ödəmədiyini bildirmişdir. İddiaçı isə ona ancaq borc qarşılığında kartof məhsulunu verə biləcəyini bildirmişdir. O da məcbur olub iddiaçının ona olan borcunun əvəzində həmin kartofu məhsulunu götürmüşdür. Hazırda isə İddiaçı onun barəsində Gədəbəy Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, guya o 2021-ci ilin əvvəllərində iddiaçıdan 4 ton kartof məhsulu almışdır. Kartofun hər kiloqramını isə 0.55 qəpik və 0.40 qəpikdən hesablanmışdır. Ancaq o həmin vaxt kartof məhsulunun 1 tonunu 30 qəpiyə qalan 3 tonunu isə 25 qəpiyə razılaşmışdır. Bundan əlavə guya həm də ona pazı toxumu və ot presi də satdığını bildirmişdir. Beləliklə də onun guya iddiaçıya 2671 manat borcu olduğunu bildirmişdir. Əksinə iddiaçının bulaq çəkməsinə görə ona borcu olmuşdur. İddiaçının iddia ərizəsində yazdıqlarının hamısı yalandır. Ona görə də o bu iddianı qəbul etmir. Bu işdə onun heç bir günahı yoxdur. İddiaçı ona yalandan şər və böhtan atır. İddiaçı, əsassız olaraq ona qarşı belə bir iddia qaldırmışdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. X1 məhkəmə iclasında bildirdi ki, Cavabdeh onun qeyri-rəsmi həyat yoldaşıdır. Cavabdeh, İddiaçı yanında fəhləliklə məşul olmuşdur. Cavabdeh iddiaçının işlərini görməsi üçün o özü öz şəxsi maşını ilə aparmışdır. İddiaçı ilə cavabdeh arasında 4 ton kartof razılaşması olmuş, lakin razılaşmanı öz aralarında danışdıqları üçün onun məlumatı olmamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayon Polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı, Gədəbəy rayonu, Qaradağ kənd sakini Cavabdeh 4 ton kartof məhsulu satması və ona 3051 manat borcunun olması barədə müraciətinin mülki xarakterli olması, bu barədə araşdırmanın polisin səlahiyyətinə aid olmaması və məhkəməyə müraciət edə biləcəyi izah edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı Şəmkir rayon Vəkil Bürosunun hesabına 130 manat məbləğində vəkil xidmət haqqına görə ödəniş etmişdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb ivə etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Qeyd olunan hüquq normaları baxımından qeyd olunmalıdır ki, İddiaçı Cavabdeh kartof, pazı toxumu və ot kipi məhsullarını satması və bunun nəticəsində cavabdehin ona ümumilikdə 2671 manat borcunun olmasını sübuta yetirməlidir. Məhkəmə iclasında işin mübahisələndirilməyən halları ilə müəyyən edildi ki, Cavabdeh İddiaçı 4 ton çəkidə kartof məhsulunu almış və aralarında nisyə alqı-satqı münasibətləri olmuşdur. Bu tərəflərin izahatı ilə təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1 və 598.2-ci maddələrinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə görə, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600-cü maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə 4 ton çəkidə kartof məsulunu satması məhkəmə iclasında tərəflərin izahatı ilə təsdiqini tapır. İddiaçı həmin kartof məhsulunun bir kiloqramını 0.55 və 0.40 manat məbləğə cavabdehə satmasını bildirsə də, bunu məhkəmə iclasında sübut edə bilməmişdir. Cavabdeh iddiaçının bildirdiyi qiymətləri qismən qəbul edərək alqı-satqı predmeti olan ümumilikdə 4 ton çəkidə kartof məhsulunun 1 ton hissəsini bir kiloqramını 0.30 manata, qalan 3 ton hissəsini isə bir kiloqramını 0.25 manata razılaşmalarını bildirmişdir. Məhkəmə tərəflərin bildirdiklərini və iş materiallarını tədqiq edərək alqı-satqı predmeti olan ümumilikdə 4 ton çəkidə kartof məhsulunun alqı-satqı qiymətini müəyyən edərkən cavabdehin bildirdiklərini inandırıcı hesab edir. Belə olan halda Cavabdeh İddiaçı 4 ton çəkidə kartof məhsuluna görə 1050 manat (1000 kq x 0.30 + 3000 kq x 0.25 = 1050) borcu yaranmışdır. Cavabdeh həmin kartof məhsulunu iddiaçının ona olan 3300 manat borcunun əvəzi olaraq aldığını bildirsə də, Cavabdeh iddiaçının ona borcunun olmasını və kartof məsulunu borcunun əvəzi olaraq iddiaçıdan almasını məhkəmə iclasında sübuta yetirə bilməmişdir. Bu arqumentləri sübut etmək üçün dindirilmiş şahid ifadəsinə gəldikdə isə bu ifadəni məhkəmə mötəbər sübut kimi qəbul etmir və az inandırıcı hesab edir. Belə ki, şahid bildirdiyinə görə cavabdehlə ər-arvad münasibtlərində olmuş, işlərin görülməsi və bununla əlaqədar danışıqlarda tam iştirak etməmiş, sadəcə cavabdehin iddiaçıya iş gördüyünü bildiyini və cavabdehin iddiaçıya pul borcunun olub-olmamasının bilmədiyini qeyd etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı 4 ton çəkidə kartof məhsuluna görə 1050 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə pazı toxumu məhsulu və ot kipi satdığını bildirərək həmin məhsulların dəyərini tələb etsə də, həmin məhsulların çəkisi, razılaşdırılmış qiyməti və həmin məhsulların cavabdehə satımasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmiş və cavabdeh iddia tələbini bu hissədə etiraf etməmişdir. Həmçinin iddiaçı verilmiş iddia üzrə 50 manat məbləğində çəkilmiş nəqliyyat xərclərinin cavabdeh tərəfindən ödənilmsini tələb etsə də, iddia tələbi bu hissədə də sübuta yetirilməmişdir. Odur ki, məhkəmə iddia tələbinin qalan hissədə - kartof məhsuluna görə tələb edilən qalan məbləğin ödənilməsi, pazı toxumu məhsulu və ot kipi üçün tələb edilən məbləğin ödənilməsi və nəqliyyat xərcinə görə tələb edilən məbləğin ödənilməsi hissəsində sübuta yetirilmədəyindən təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh alqı-satqı üzrə 1050 manat pul, vəkilə ödənilmiş xidmət haqqında görə 130 manat pul və ödənilmiş dövlət rüsmunun 30 manat hissəsi, ümumilikdə 1210 manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 50 manat dövlət rüsumu ödəmişdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 30 manat hissəsi cavabdehə, qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh alqı-satqı üzrə 1050 manat pul, vəkilə ödənilmiş xidmət haqqında görə 130 manat pul və ödənilmiş dövlət rüsmunun 30 manat hissəsi, ümumilikdə 1210 (bir min iki yüz on) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-914/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-914/2024
15.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver