Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-920/2022 11.10.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, 08 iyul 2011-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay sabit məbləğdə 193 manat tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, iddiaçı onun qızıdır. Binəqədi rayon Məhkəməsinin 15 sentyabr 2014-cü il tarixli, 2(001)-8936/2014 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.1999-cu il təvəllüdlü X4, xx.xx.2004-cü il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2014-cü il tarixdən başlayaraq hər birinə 103 manat, cəmi 309 manat sabit məbləğdə alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Binəqədi rayon Məhkəməsinin başqa bir qətnaməsi ilə alimentin məbləği artırılaraq iki uşaq üçün hər uşağa hər ay 154 manat olmaqla, cəmi 308 alınaraq iddiaçının xeyrinə ödənilməsi qət olunmuşdur. Hazırda iddiaçının övladlarının ikisi Nərmin və Arif yetkinlik yaşına çatmışdır. İddiaçı ilə cavabdehin arasında olan nikah məhkəmə qaydasında 25 iyun 2014-cü il tarixdə pozulmuşdur. İddiaçı heç bir yerdə işləmir. Yetkinlik yaşına çatmış uşaqların hər ikisi Türkiyə Respublikasında ali təhsil alırlar. Həmin uşaqların təhsil və xərcləri onun tərəfindən ödənilir. Eləcə də, iddiaçı yetkinlik yaşına çatmayan Aylinin saxlanılmasında çətinlik çəkir. Ona görə alimentin artırılmasını tələb edir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə sonuncu məlum qeydiyyatda olduğu yer üzrə məhkəmə bildirişi göndərilmiş, məhkəmə bildirişi cavabdehin ünvanda yaşamaması barədə qeyd aparılmaqla məhkəməyə qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə İddiaçı iddiası təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayonu İHB-nın Gədəbəy şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1249 saylı arayışın surətindən görünür ki, İddiaçı şəhər İƏD üzrə nümayəndəliyin 19 nömrəli ev təsərrüfatlarının uçotu kitabının 9-cu səhifəsində qeyd edilmişdir. İşdə olan AZ-İİ № 718080 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası qrafasında Cavabdeh, anası qrafasında X5 qeyd edilmişdir. İşdə olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 25 iyun 2014-cü il tarixli, 2(001)- 5942/2014 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Ucar rayon VVADQ şöbəsində Cavabdeh ilə İddiaçı arasında 18 noyabr 1998-ci il tarixdə 100 saylı akt qeydi ilə icra edilmiş nikahın pozulması, 02 oktyabr 1999-cu il təvəllüdlü X4, 09 iyun 2004-cü il təvəllüdlü X8, 08 iyul 2011-ci il təvəllüdlü X6 anaları X1 yanında saxlanılması qət edilmişdir. İşdə olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 15 sentyabr 2014-cü il tarixli, 2(001)-8936/2014 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh 02 oktyabr 1999cu il təvəllüdlü X4, 09 iyun 2004-cü il təvəllüdlü X8 və 08 iyun 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 15 avqust 2014-cü il tarixdən başlayaraq hər ay hər bir uşağa sabit pul məbləğində 103 manat olmaqla 309 manat aliment tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. İşdə olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 26 fevral 2018-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, 09 iyun 2004-cü il təvəllüdlü X8 və 08 iyul 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Binəqədi Rayon Məhkəməsinin 2(001)-93/2016 saylı 10 may 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh hər ay hər uşaq üçün 154 (yüz əlli dörd) manat olmaqla cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında bağlanmış nikah pozulmuş, kişiyə İbrahimov, qadına Mahmudova soyadı verilmişdir. İşdə olan mediator Bulud Yusifov tərəfindən verilmiş 08 avqust 2022-ci il tarixli, “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Məhkəmə iclasında iddiaçının izahatı və iş materiallarında olan sübutlarla müəyyən edildi ki, iddiaçı ilə cavabdeh 18 noyabr 1998-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Birgə yaşadıqları dövrdə onların 02 oktyabr 1999-cu il təvəllüdlü X9, 09 iyun 2004-cü il təvəllüdlü X13 və 08 iyul 2011-ci il təvəllüdlü X11 adında üç uşaqları olmuşdur. Uşaqlardan Arif və Nərmin adlı uşaqlar yetkinlik yaşına çatmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 25 iyun 2014-cü il tarixli, 2(001)-5942/2014 saylı qətnaməsinə əsasən, Bakı şəhəri Ucar rayon VVADQ şöbəsində Cavabdeh ilə İddiaçı arasında 18 noyabr 1998-ci il tarixdə 100 saylı akt qeydi ilə icra edilmiş nikahın pozulması, 02 oktyabr 1999-cu il təvəllüdlü X4, 09 iyun 2004-cü il təvəllüdlü X8, 08 iyul 2011-ci il təvəllüdlü X6 anaları X1 yanında saxlanılması qət edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 26 fevral 2018-ci il tarixli qətnaməsinə əsasən, 09 iyun 2004-cü il təvəllüdlü X8 və 08 iyul 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Binəqədi Rayon Məhkəməsinin 2(001)-93/2016 saylı 10 may 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh hər ay hər uşaq üçün 154 (yüz əlli dörd) manat olmaqla cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehdən tutulan alimentin miqdarının artırılmasını xahiş edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, “...Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Həmin qərarda göstərilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Məhkəmə hesab edir ki, uşağın layiqli həyat şəraitinin təmin edilməsi üçün ən azı ona minimum yaşayış imkanı yaradılmalıdır. Odur ki, alimentin miqdarı məsələsini müzakirə edərkən məhkəmə uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu əsas götürərək, tərəflərin maddi vəziyyətini, uşağın saxlanılmasında, müalicəsində və təhsil almasında tərəflərin iştirakları dərəcəsini və tərəflərin digər diqqətəlayiq hallarını nəzərə alaraq bir uşaq üçün müəyyən edilmiş 154 manat alimentin artırılaraq 193 manat məbləğində müəyyən edilməsini qanuni və əsaslı, həm də uşağın və tərəflərin mənafeyinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya xərci ödəmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 112.1 və 112.1.3-cü maddələrinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edildiyindən cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara, tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Ödənilmiş 50 manat məbləğində mediasiya xərci isə cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 26 fevral 2018-ci il tarixli qətnaməsi ilə 08 iyul 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan 154 manat alimentin miqdarı artırılsın və hər ay sabit pul məbləğində 193 manat aliment Cavabdeh alınaraq İddiaçı verilsin. Ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi Cavabdeh alınaraq İddiaçı verilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Alimentin yeni miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-920/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-920/2022
11.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver