Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-937/2020 18.09.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə Ərizəçi cavabdeh Maraqlı şəxsnə qarşı itkin düşmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı X1 xx.xx.2015-ci il tarixdən itkin düşmə faktının müəyyən edilməsinə və bu əsasla ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxs üzərinə öhdəlik qoyulması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizənin məhkəmə icraatına qəbul edilməsi məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, ərizəçi ünvan 1 ünvanında yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1 və 152.1.3-cü maddələrinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məcəllənin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Beləliklə, ərizəçi ünvan 1 ünvanında yaşayır. Onun ərizəsinin Gədəbəy Rayon Məhkəməsində baxıla bilməz. Ona görə də Ərizəçi ərizəsi əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Həmçinin, məhkəmə izah edir ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 149, 152, 153,263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Ərizəçi cavabdeh Maraqlı şəxsnə qarşı itkin düşmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geriqaytarılsın. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-937/2020
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-937/2020
18.09.2020 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver