Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-946/2020 19.10.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı-nin ləğvedicisi X1 nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı-nin ləğvedicisi X1 Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun və faizlərin tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Kreditor İddiaçı Cavabdeh 473.72 manat əsas borc və 88.11 manat faiz borcu, ümumilikdə 561.83 manat məbləğində kredit borcunun və 20 manatdövlət rüsumunun tutulub Kreditor İddiaçı-nin xeyrinə ödənilməsi barədə əmr çıxarılmasını xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(041)-1416/2015 saylı məhkəmə əmri ilə xx.xx.1981-ci il təvəllüdlü, Gədəbəy şəhərində doğulmuş və Gədəbəy şəhəri, S.Vurğun küçəsində yaşayan Cavabdeh İddiaçı-nin xeyrinə 473.71 manat əsas borc, 88.11 manat faiz borcu, cəmi 561.83 manat borc və dövlət rüsumu olaraq 20 manat məbləğində pul vəsaiti tutulması əmr edilmişdir. Məhkəmə əmri çıxdıqdan sonra borclu Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət etmiş, Gədəbəy Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(041)- 1416/2015 saylı məhkəmə əmri ləğv edilmiş və iş üzrə iddia icraatına keçilmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı-nin ləğvedicisi X1 nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, İddiaçı-nin “Gəncə” filialı ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 1102/Q saylı kredit müqaviləsinə əsasən, Cavabdeh məişət avadanlıqlarının alınması üçün 24 ay müddətinə, illik 36 faiz hesablanmaqla 800 manat məbləğində kredit verilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmiş, Gədəbəy Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(041)-1416/2015 saylı məhkəmə əmri ilə xx.xx.1981-ci il təvəllüdlü, Gədəbəy şəhərində doğulmuş və Gədəbəy şəhəri, S.Vurğun küçəsində yaşayan Cavabdeh İddiaçı-nin xeyrinə 473.71 manat əsas borc, 88.11 manat faiz borcu, cəmi 561.83 manat borc və dövlət rüsumu olaraq 20 manat məbləğində pul vəsaiti tutulması əmr edilmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(041)-1416/2015 saylı məhkəmə əmri ləğv edilmiş və iş üzrə iddia icraatına keçilmişdir. Cavabdehin göstərdiyi dəlillər tamamilə yalandır. Belə ki, kredit müqaviləsi üzrə onun tərəfindən bağlanılmış girov müqaviləsi ilə bir ədəd üzük girov qoyulmuş, həmin üzük saxlanılaraq borclunun borcundan çıxılmışdır. Bank qalıq borcunu tələb edir. Ona görə də, o, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, o, iddia tələbini qəbul etmir. O, xx.xx.2013-cü il tarixdə İddiaçı-dən 800 manat məbləğində kredit götürməmişdir. O, cəmi bir dəfə həmin bankdan 5500 manat məbləğində pul götürmüş və həmin məbləği ödəmiş, bu barədə məhkəməyə sənəd təqdim etmişdir. Onun məhkəmə əmrinin çıxarılmasından xəbəri olmamış, Gədəbəy rayon İcra və Probasiya şöbəsi tərəfindən onun ünvanına xəbərdarlıq göndərildikdən sonra əmrdən xəbəri olmuşdur. Ona təqdim edilmiş kredit müqaviləsindəki və digər sənədlərdəki imzalar onun tərəfindən icra olunmuşdur. Sonra 800 manat pulu bankdan şəxsən götürmüşdür. Onun maddi imkanı aşağıdır. Odur ki, o məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işdəki sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan AZE № ******** seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1981-ci il tarixdə Gədəbəy şəhərində doğulmuş, hazırda Gədəbəy şəhəri, S.Vurğun küçəsində qeydiyyatdadır. İşdə olan xx.xx.2013-cü il tarixli, 1102/Q saylı kredit müqaviləsindən görünür ki, İddiaçı-nin “Gəncə” filialı tərəfindən 24 ay müddətinə, illik 36 faiz hesablanmaqlaCavabdeh məişət avadanlıqlarının alınması üçün 800 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən borcalan krediti və ona hesablanacaq faizləri vaxtında banka qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan xx xxxxxxx 2015-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2013-cü il tarixli, 1102/Q saylı kredit müqaviləsi üzrə 473.72 manat məbləğində əsas borc və 88.11 manat məbləğində faiz borcu olmaqla, cəmi 561.83 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının 6-cı bəndində göstərilmişdir ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif edilməsi (6.1-ci bənd), fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülməsi (6.2-ci bənd) və borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görülməsi (6.3-cü bənd) banklara tövsiyə edilmişdir. İşin faktiki hallarından məlum olur ki, İddiaçı-nin “Gəncə” filialı ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 1102/Q saylı kredit müqaviləsinə əsasən, Cavabdeh məişət avadanlıqlarının alınması üçün 24 ay müddətinə, illik 36 faiz hesablanmaqla 800 manat məbləğində kredit verilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmiş, Gədəbəy Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(041)-1416/2015 saylı məhkəmə əmri ilə xx.xx.1981-ci il təvəllüdlü, Gədəbəy şəhərində doğulmuş və Gədəbəy şəhəri, S.Vurğun küçəsində yaşayan Cavabdeh İddiaçı-nin xeyrinə 473.71 manat əsas borc, 88.11 manat faiz borcu, cəmi 561.83 manat borc və dövlət rüsumu olaraq 20 manat məbləğində pul vəsaiti tutulması əmr edilmişdir. Borclu Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət etmiş,Gədəbəy Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(041)-1416/2015 saylı məhkəmə əmri ləğv edilmiş və iş üzrə iddia icraatına keçilmişdir. Cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini lazımınca icra etməyərək iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı əsas kredit borcunu və kredit faizlərini cavabdehdən tələb etməkdə haqlıdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Beləliklə də, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh Ləğv prosesində olan İddiaçı-nin ləğvedicisi X1 xeyrinə xx.xx.2013-cü il tarixli, 1102/Q saylı kredit müqaviləsi üzrə 473.72 manat əsas borc və 88.11 manat faiz borcu, ümumilikdə 561.83 manat məbləğində kredit borcu və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Ləğv prosesində olan İddiaçı-nin ləğvedicisi X1 xeyrinə xx.xx.2013-cü il tarixli, 1102/Q saylı kredit müqaviləsi üzrə 473.72 manat əsas borc və 88.11 manat faiz borcu, ümumilikdə 561.83 manat məbləğində kredit borcu və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-946/2020
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-946/2020
19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver