Məhkəmə qərarları › İş №2(042)-964/2020

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-964/2020

23.11.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-964/2020 23.11.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı və digər İddiaçı1 etibarnamə üzrə nümayəndəsi İddiaçı2 və vəkili X6 oğlunun iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Gədəbəy şəhər Bələdiyyəsinə və Cavabdeh1 qarşı “cavabdehlərin mülkiyyətində olan torpaq sahəsindən servitut qaydasında gediş-gəliş yolunun açılması və həmin yolun üstündə olan cavabdehlər tərəfindən qanunsuz inşa edilmiş hovuzun və çardağın cavabdehin hesabına sökülməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Gədəbəy şəhər Bələdiyyəsinə və Cavabdeh1 qarşı iddia qaldıraraq cavabdeh Gədəbəy şəhər Bələdiyyəsinin mülkiyyətində olan Gədəbəy şəhəri, N.Nərimanov küçəsi ev 19 ünvanında yerləşən torpaq sahəsindən servitut qaydasında gediş-gəliş yolunun açılması və həmin yolun üzərində olan Cavabdeh1 tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehin öz hesabına sökülməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili X13 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə məhəkəmə ərizə verərək, cavabdehlərin mülkiyyətində olan Gədəbəy şəhəri, N.Nərimanov küçəsi ev 19 ünvanında yerləşən torpaq sahəsindən servitut qaydasında istifadə edilməklə gediş-gəliş yolunun açılması və həmin yolun üstündə olan Cavabdeh1 tərəfindən qanunsuz inşa edilmiş hovuzun və çardağın, yeni tikililərin Cavabdeh1 özünün hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı və digər İddiaçı1 etibarnamə üzrə nümayəndəsi İddiaçı2 iddia tələbini müdafiə edib izahatında göstərdi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi qanuni sənədlərlə onlara məxsusdur. Gədəbəy şəhəri, N.Nərimanov küçəsi, ev 18 ünvanında yerləşən fərdi yaşayış evi isə Cavabdeh1 məxsusdur. 2016-cı ildə cavabdeh qanunsuz olaraq onların evinə gedən avtomobil yolunun sağ tərəfində 4.8x23 m ölçüdə olan çardaq, 2017-ci ildə isə 3.8x4.6 m ölçüdə olan yeraltı hovuz inşa etdirmişdir. Bununla da cavabdeh mövcud infrastrukturu dəyişmişdir. Bununla bağlı o, Gədəbəy rayon Məhkəməsinə müraciət edərək gediş-gəliş yolunun açılması barədə iddia qaldırdığı zaman məhkəmə tərəfindən həmin yolun yerləşdiyi torpaq sahəsinin bir hissəsinin cavabdeh Gədəbəy şəhər Bələdiyyəsinin və bir hissənin isə Cavabdeh1 tərəfindən qanunsuz olaraq tikili inşa etməklə evinə gedən gediş-gəliş yolunu tamamilə kəsmişdir. O, 1950-ci il tarixdən Cavabdeh1 yolunun sağ və sol tərəfindən qanunsuz tikililər inşa etməyənə qədər onun evinə gəliş-gediş yolu açıq olmuşdur. O, bununla bağlı ərizəsinə foto şəkillər əlavə etmişdir. O, dəfələrlə müvafiq inzibati orqanlara, o cümlədən bələdiyyəyə müraciət etsə də, ona gediş-gəliş yolunun açılması barədə heç bir addım atılmamışdır. Ona görədə o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili X13 məhkəmə iclasında İddiaçı2 ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Gədəbəy şəhər Bələdiyyəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmişlər və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işdəki sübutları və digər materialları araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, işə olan Gədəbəy RİHB-nin Gədəbəy şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1835 saylı arayışdan görünür ki, X2 şəhər İƏD üzrə nümayəndəliyin 11 nömrəli ev təsərrüfatının uçotu kitabının 56-cı səhifəsində qeyd edilmişdir. İşdə olan Gədəbəy RİHB-nin Gədəbəy şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli, 1760 saylı arayışdan görünür ki, reyestrdə 7E-3004 etibarnamə ilə etibar edilən İddiaçı2 Gədəbəy şəhər sakini İddiaçı1 Gədəbəy şəhəri N,Nərimanov küçəsində 499.18 kv.m həyətyanı torpaq sahəsi və içərisində 1970-ci ildə tikilmiş ev vardır. İşdə olan AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əsgərov X15 çəhəri, N.Nərimanov küçəsi, ev 19 ünvanında qeydiyyatdadır. İşdə olan xx.xx.2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən İddiaçı1 və X1 yaşadıqları fərdi yaşayış evinə avtomobil yolu nəzərdə tutulmamışdır. İddiaçıların mübahisələndirdiyi və faktiki istifafəsində etdikləri yolun isə 88 kv.m hissəsi X7 mülkiyyətində 65 kv.m hissəsi isə bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsindən keçir. İşdə olan Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2011-ci il tarixdə 089 nömrə ilə uçota alınmış A № sayl 263459 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən görünür ki, Gədəbəy rayon X4 xx xxxxxx 2009-cu il tarixli 03 nömrəli qərarı ilə İddiaçı1 Gədəbəy şəhərində 499.18 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. İşdə olan Azərbaycan Respublikası FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə Regional Dövlət X11 Dövlət Yanğın nəzarəti şöbəsinin böyük inspektoru daxili xidmət kapitanı X14, Gədəbəy RİHB-nın Gədəbəy şəhər İƏD üzrə nümayəndənin müavini X3 və X12 iştirakları ilə tərtib olunmuş xx.xx.2019-cu il tarixli aktdan görünür ki, Gədəbəy şəhəri, N.Nərimanov küçəsi ev 19 ünvanına gedən yolunda Cavabdeh1 tərəfindən avtomobil yolunun sağ tərəfində hovuz və avtomobil qarajı inşa edərək yoldan keçən avtomobillərə maneə olur. İş materiallarına əlavə olunmuş Gədəbəy rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 673/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar İddiaçı1 İsa oğlunun və X5 Cavabdeh1 qarşı “fərdi yaşayış evinə gedən avtomobil yolunun ətrafında inşa edilmiş tikilinin sökülməsi” tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Gədəbəy rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(042)-152/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia ərizəsi qismən təmin olunmuş, Cavabdeh1 üzərinə İddiaçı1 və X8 məxsus ev və həyətə gediş-gəliş yolunu bağlamamaq vəzifəsi qoyulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları və sənədlərlə məhkəmədə müəyyən olundu ki, Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2011-ci il tarixdə 089 nömrə ilə uçota alınmış A № 263459 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən, Gədəbəy rayon X4 xx xxxxxx 2009-cu il tarixli, 03 nömrəli qərarı ilə İddiaçı1 Gədəbəy şəhərində 499.18 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində iddiaçılar tərəfindən fərdi yaşayış evi inşa edilmişdir. Cavabdeh iddiaçıların qonşusudur. İddiaçılar yaşadıqları evə cavabdehlərin mülkiyyətində olan torpaq sahəsindən servitut qaydasında gediş-gəliş yolunun açılması, Cavabdeh1 tərəfindən həmin yolun sağ tərəfində inşa edilmiş 4.8x23 m ölçüdə olan çardağın və sol tərəfində inşa edilmiş 3.8x4.6 m ölçüdə olan yeraltı hovuzun sökülməsini tələb edirlər. İddiaçılar 2018-ci il tarixdə Cavabdeh1 qarşı “fərdi yaşayış evinə gedən avtomobil yolunun ətrafında inşa edilmiş tikililərin sökülməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Gədəbəy rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 673/2020 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, Gədəbəy şəhəri, N.Nərimanov küçəsi 19 ünvanında yerləşən, İddiaçı1 və İddiaçı2 yaşadıqları fərdi yaşayış evinə avtomobil yolu nəzərdə tutulmamışdır. Kompleks yerquruluşu xəritəsinə əsasən mübahisələndirilən yol həmin ərazidə nəzərdə tutulmamışdır. Belə olan halda mübahisələndirilən tikililərin iddiaçılara aidiyyətinin olması, eləcə də qonşuluq hüquq münasibətlərini pozulması halı müəyyən edilməmiş, cavabdeh tərəfindən inşa edilmiş mübahisəli tikililər avtomaşın yolu hesab edilməyən torpaq sahəsində tikilmişdir. Həmin torpaq sahəsinin iddiaçılara heç bir hüququ və ya aidiyyəti yoxdur. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçıların həmin torpaq sahəsində aparılmış mübahisəli tikililərin sökülməsini tələb etmək üçün subyektiv hüquqları yaranmamışdır. Beləliklə, həmin qətnamə ilə iddiaçılar İddiaçı1 İsa oğlunun və X5 Cavabdeh1 qarşı "fərdi yaşayış evinə gedən avtomobil yolunun ətrafında inşa edilmiş tikilinin sökülməsi" tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 yenidən cavabdehlər Gədəbəy şəhər Bələdiyyəsinə və Cavabdeh1 qarşı “cavabdehlərin mülkiyyətində olan torpaq sahəsindən servitut qaydasında gediş-gəliş yolunun açılması və həmin yolun üstündə olan cavabdehlər tərəfindən qanunsuz inşa edilmiş hovuzun və çardağın cavabdehin hesabına sökülməsi” tələbləri ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbinin qanuni əsaslarını müəyyən edərkən aşağıdakıların qeyd edilməsini zəruri sayır. Avropa insan hüquqları məhkəməsinin Akimova Azərbaycana qarşı, Burdov Rusiyaya qarşı, Qarrax Çexiyaya qarşı, Mray Fransaya qarşı və digər qərarlarında qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ “İnsan hüquqları və əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Kovensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət kimi qiymətləndirilir. Azərbaycan Respublikası MM-nin 169.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Həmin Məcəllənin 175.3-cü maddəsinə görə əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 54-cü maddəsinə əsasən servitut bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə hüququdur. Torpaq sahəsi üzərində servitutla bağlı münasibətlər bu Məcəllə və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nizama salınır. Servituttorpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma ilə, yaxud məhkəmənin qərarı ilə müəyyən edilə bilər. Torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır. Torpaq sahəsinə aşağıdakı servitutlar müəyyən edilə bilər: -torpaq sahəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək; -torpaq sahəsindən fərdi, kommunal, mühəndis, elektrik və digər xətt vəşəbəkələrin çəkilməsi və təmiri üçün istifadə etmək; - torpaq sahəsində drenaj işləri aparmaq; -torpaq sahəsində su toplamaq və içməli su götürmək (mal-qaranı suvarmaq); -torpaq sahəsindən mal-qaranı keçirmək; -yerli şəraitə və adətlərə uyğun olaraq, özgənin torpaq sahəsində ot biçmək vəmalqara otarmaq; -torpaq sahəsindən axtarış, tədqiqat və digər işlərin aparılması üçünmüvəqqəti istifadə etmək; -qonşu sahədə dayağı olan və ya müəyyən hündürlükdə qonşu sahəsinə keçəntikililər və qurğular ucaltmaq; -qonşu sahədə müəyyən hündürlükdən artıq olan tikililərin və qurğularınucaldılmasını qadağan etmək; -torpaq sahəsində qoruyucu meşə əkinləri və zolaqları salmaq və digərtəbiətqoruyucu obyektlər yaratmaq; -qanunvericiliyə zidd olmayan hallarda torpaq sahəsi üzərində digərservitutlar. Servitutlar, onların müəyyən edildiyi torpaq sahəsinə mümkün qədər az məhdudiyyətlər yaradan üsullarla həyata keçirilməlidir. Qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, üzərində servitut müəyyən edilən torpaq sahəsinin mülkiyyətçisinin həmin servitutdan istifadə edən şəxsdən müvafiq ödəniş tələb etmək hüququ vardır. Kənd əhalisinin və onların birliklərinin xeyrinə müəyyən edilən kənd təsərrüfatı servitutlarına görə ödəniş tutulmur. Servitutlar müvəqqəti və daimi ola bilər. Torpaq sahəsi üzərində hüququn formasından asılı olmayaraq, bütün torpaq sahəsinə servitut müəyyən edilə bilər. Servitutlar qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməlidir. Torpaq sahəsi başqa şəxslərə keçdikdə, qanunvericiliklə müəyyən edilmiş servitutlar saxlanılır. Həmin Məcəllənin 80-ci maddəsinə görə, torpaq sahəsinin mülkiyyətçilərinin öz torpaq sahəsində olan meşə örtüyündən, geniş yayılmış faydalı qazıntılarından və su ehtiyyatlarından təsərrüfat ehtiyacları üçün müvafiq qanunvericiliklə müəyən olunmuş qaydada istifadə etmək hüquqları vardır. Mülki Məcəllənin 255.4-cü maddəsinə əsasən, servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Mübahisəli əraziyə yerində müayinə zamanı müəyyən olundu ki, mübahisəli torpaq sahəsi Gədəbəy şəhəri, N.Nərimanov küçəsi, ev 18 ünvanında yerləşir. İddiaçıların sökülməsini tələb etdiyi hovuz cavabdehin evinin qarşısında, sağ tərəfdə yerləşir. Hovuz yarımçıq tikilidir. İddiaçıların evi cavabdehin evinin arxasında yerləşir. İddiaçılar mübahisəli hovuz və ya çardağa, onların yerləşdiyi torpaq sahəsinə hər hansı hüququnun olduğunu təsdiq edən heç bir sübut məhkəməyə təqdim edə bilmədi. Məhkəmədə müəyyən edildi ki, Cavabdeh1 həyətyanı torpaq sahəsindən iddiaçılara servitut qaydasında gediş-gəliş yolu açılması onun öz mükiyyətindən maneəsiz istifadə etmək hüququnun pozulması ilə nəticələnə bilər. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Gədəbəy şəhər Bələdiyyəsinə və Cavabdeh1 qarşı “cavabdehlərin mülkiyyətində olan torpaq sahəsindən servitut qaydasında gediş-gəliş yolunun açılması və həmin yolun üstündə olan cavabdehlə tərəfindən qanunsuz inşa edilmiş hovuzun və çardağın cavabdehin hesabına sökülməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar