Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-964/2024 28.11.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: ailə münasibətləri üzrə mübahisələr alimentin artırılması) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Mülki işin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yetkinlik yaşma çatmayan övladları - xx.xx.2009-cu il doğum tarixli X2 və xx.xx.2011-ci il doğum tarixli X1 yetkinlik yaşma çatanadək saxlanılması üçün Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-1898/2020 saylı qətnaməsi ilə hər bir uşaq üçün müəyyən edilmiş 140 manat, cəmi 280 manat alimentin miqdarının artırılaraq hər ay sabit pul məbləğində hər bir uşaq üçün 235 manat olmaqla iki uşaq üçün cəmi 470 manat miqdarında müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2005-ci ildə qeyri-rəsmi olaraq ailə qurmuş, aralarında rəsmi nikah olmuşdur. Birgə yaşadıqları dövrdə xx.xx.2009cu il doğum tarixli X5 və xx.xx.2011-ci il doğum tarixli X4 adında iki övladları olmuşdur. Cavabdehlə aralarında olan narazılığa görə ayrılmışlar. Ayrıldıqdan sonra o aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişəm. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)- 1898/2020 saylı qətnaməsi ilə hər bir uşaq üçün 140 manat olmaqla, iki uşaq üçün hər ay sabit pul məbləğində cəmi 280 manat aliment müəyyən edilmişdir. Hazırda o həmin məbləğlə uşaqlarına baxmaqda çətinlik çəkir. Heç bir yerdə işləmir və maddi imkanı çox aşağıdır. 140 manat aliment bu dövrdə bir uşağın saxlanması, onun təhsil, qida, geyim və digər tələbatlarının qarşılanması üçün çox az məbləğdir. Cavabdeh ona heç bir əlavə yardım göstərmir. Ona görə də alimentin miqdarının artırılmasını istəyir. Alimentin artırılması üçün kifayət qədər əsaslar vardır. Belə ki, cavabdeh Rusiyada ticarətlə məşğul olur, aylıq gəliri yüksəkdir. Yəni cavabdehin bu gün ona hər uşaq üçün 235 manat aliment ödəməyə kifayət imkanı vardır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, onun təmin olunmasını xahiş etmişdir. - Həmçinin iddiaçı məhkəmənin sullarına cavab olaraq əlavə bildirmişdir ki, cavabdeh ilə aralarında rəsmi nikah olmuş, nikah 2017-ci ildə pozulmuşdur. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentlə uşaqlara baxmaqda çətinlik çəkir. Cavabdeh həmin aliment məbləğini də vaxtlı-vaxtında ödəmir. O, Bakı şəhərində kirayədə yaşayır və “See Breeze” adlı istirahət mərkəzində təmizlik işləri görür və gündəlik 35 manat qazanc əldə edir.
4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə axırıncı yaşayış yeri üzrə məhkəmə bildirişi göndərilmiş, məhkəmə bildirişi cavabdehin ünvanda yaşamaması barədə qeyd aparılmaqla məhkəməyə qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-nin) 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalıdır.
7. Belə ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-1898/2020 saylı icra vərəqəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2009-cu il tarixdə anadan olmuş X6 və xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 140 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir.
8. Şəxsiyyət vəsiqələrinin surətlərinə əsasən müəyyən edilir ki, Cavabdeh və İddiaçı 2 (iki) övladı var: xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X4.
9. Elektron Məhkəmə Sistemindən çıxarış məlumatlarına əsasən müəyyən edilir ki, Cavabdeh rəsmi əmək müqaviləsi üzrə işləmir.
10. İddiaçı cavabdehdən tutulacaq alimentin miqdarının 235 manat müəyyən edilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, aliment hər uşağa 170 manat olmaqla cəmi 340 manat məbləğində müəyyən edilməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, işləmək və hər ay bir uşağa 170 manat olmaqla cəmi 340 manat məbləğində aliment ödəməyə imkan verən səviyyədə qazanc əldə etmək imkanına malikdir. Məhkəmə tərəflərin birgə nikahlarından anadan olan yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu, alimentin məbləğinin təyin edildiyi vaxta – 2020-ci ilə münasibətdə ümumi sosial həyatda olan dəyişikliyi, uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini nəzərə alır və hesab edir ki, alimentin miqdarının hər ay bir uşağa 170 manat olmaqla cəmi 340 manat məbləğində müəyyən edilməsi qanunvericiliyin tələbinə uyğundur.
11. Belə ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
12. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
13. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur.
14. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
15. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
16. Belə ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunla 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
17. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
19. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-1898/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq hər ay bir uşağa 170 manat olmaqla cəmi 340 manat manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
20. İddiaçı alimentin artırılması tələbi barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2 və 9..1.2-ci maddələrinə əsasən 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir.
V. Nəticə:
21. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-1898/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq hər ay bir uşağa 170 manat olmaqla cəmi 340 manat (üç yüz qırx) manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissəsi təmin olunmasın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Sədrlik edən: Zamiq Rəsulov