Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-964/2025 28.08.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Əsgərova Rəsmiyə Cəmil qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən eti: İddiaçı Cavabdeh qarşı Cavabdehq oğlundan ona məxsus “Mercedes Benz C220 CDİ Minik” markalı ** BX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə vurduğu maddi ziyana görə 990 manatın, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, “Mercedes Benz V220 CDİ Minik markalı 2l-BX-808 dövlət qeydiyyat nömrə nişanlı avtomobil mülkiyyət hüququ ona məxsusdur. 09 iyun 2025-ci il tarixdə təxminən saat 21.30 radələrində Gədəbəy rayonu, Qaradağ kəndi ərazisində Gədəbəy-Novosaratovka istiqamətində hərəkətdə olan zaman bir baş dana metal toru aşaraq, yola çıxmişdır. O, heyvanı vurmamaq üçün yayınmağa çalışsa da, heyvan avtomobilin 4-5 metrliyində olduğu üçün bu mümkün olmamışdır.Avtomilin sağ qabaq hissəsi heyvana çırpılmış və bir sıra detalları sınmışdır. Sonradan məlum olmuş ki, həmin heyvan Cavabdeh məxsusdur. Cavabdeh heyvanı nəzarətsiz şəkilə yola buraxmış, nəticədə dana onun avtomobilinə çırpılaraq maddi ziyan yetrimişdir. Baş vermiş hadisə ilə bağlı Gədəbəy RPŞ-nin DYPB tərəfindən araşdırma aparılmış, hadisənin baş verməsində Cavabdeh Azərbaycan Respublikası İXM-nin 338.5.1-ci və 338.5.2-ci maddələri ilə təqsirli bilinmiş və məsuliyyətə cəlb edilmişdir. Bundan sonra o, avtomobilinə dəymiş ziyanın ödənilməsi ilə bağlı Cavabdeh müraciət etmiş və dəymiş ziyanın ödənilməsini tələb etmişdır. Lakin bu günədək cavabdeh ona dəyən ziyanı ödəməkdən boyun qaçırmışdır. Cavabdehin təqsirli hərəkəti nəticəsində ona məxsus olan "Mercedes Benz C220 CDİ Minik” markalı ** BX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə cəmi, 990 manat maddi ziyan dəymişdir. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının iddia tələbinə etiraz etmiş izahat verərək bildirmişdir ki,hazırda onun maddi vəziyyəti yaxşı deyildir. O, dəymiş ziyanı ödəyə bilməyəcək.Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşdə olan Gədəbəy Rayon Polis Şöbəsinin DYPB tərəfindən Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 338.5.1-ci və 338.5.2-ci maddələri ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında protokoldan görünür ki, o, Azərbaycan Respublikası İXMin 338.5.1-ci və 338.5.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilnmişdir. İşdə olan Şəmkir Avrtoservis ATSC tərəfindən tərtib edilmiş qüsur aktından görünür ki, İddiaçı məxsus Mercedes Benz C220 CDİ Minik markalı **-BX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə ümumillikdə, 990 manat ziyan dəymişdir. İşdə olan sənədlərdən görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmiş ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını, işin faktiki hallarını araşdıraraq və işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2; 14.2.1;14.2.6. və 14.2.7-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması, başqa şəxsə zərər vurulması, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları kimi təsbit edilmişdir. Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Cavabdeh təqsirli hüquqazidd əməli nəticəsində iddiaçıya 990 manat maddi ziyan vurulmuşdur. Ona görə də iddia tələbi təmin edilməli, Cavabdeh 990 manat maddi ziyan və məhkəmə xərclərinin əvəzi olan 30 manat alınaraq, İddiaçı verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 990 manat maddi ziyan və məhkəmə xərclərinin əvəzi olan 30 manat alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-964/2025
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-964/2025
28.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver