Məhkəmə qərarları › İş №2(042)-968/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-968/2021

01.11.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-968/2021 01.11.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi X5, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızına və Cavabdeh3 qarşı maneələrin aradan qaldırılması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızına və Cavabdeh3 qarşı Gədəbəy rayonu, Yenikənd kəndində yerləşən fərdi yaşayış evimə gedən avtomobil yoluna hasar çəkməsi üçün cavabdehlər tərəfindən edilən hər hansı müdaxilənin aradan qaldırılması və avtomobil yoluna cavabdehlərin üzərinə onlar tərəfindən hər hansı müdaxilənin edilməsinə qadağa qoyulması vəzifəsinin qoyulması tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin qətnaməsi ilə Gədəbəy rayonu, Yenikənd kəndində yerləşən və iddiaçı X1 yaşadığı fərdi yaşayış evinə gediş-gəliş üçün nəzərdə tutulmuş avtomaşın yolunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən zəbtdən azad edilməsi və həmin yola edilən hər cür maneələr aradan qaldırılması qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 26 sentyabr 2018-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Gədəbəy rayonunun Yenikənd kəndində yerləşən, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29.01.2002-ci il tarixli qərarı ilə iddiaçı X2 məxsus olan fərdi yaşayış evinə avtomaşın yolu nəzərdə tutulmuşdur. Həmin avtomaşın yolunun istifadəsinə cavabdehlər Cavabdeh1 Yunus oğlu, Cavabdeh2 Yunus oğlu və Cavabdeh3 tərəfindən maneəçiliklər yaradılmışdır. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin əməkdaşları həmin qətnaməni icra etmiş və icra işinə xitam verilmişdir. Bundan sonra cavabdehlər ona məxsus fərdi yaşayış evinə gedən avtomobil yoluna maneələr törədir və istifadəsini məhdudlaşdırmaq istəyir. O, avtomobil yoluna hasar çəkmək istəsə də cavabdehlər buna imkan verməmişdir. Ona görə də, iddia tələblərinin təmin edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızına və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş, nümayəndələrinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə işdə iştirak etməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 31.08.2018-ci il tarixli, 2(042)-672/2021 saylı qətnaməsinin surətindən görünür ki, Gədəbəy rayonu, Yenikənd kəndində yerləşən və iddiaçı X1 yaşadığı fərdi yaşayış evinə gediş-gəliş üçün nəzərdə tutulmuş avtomaşın yolunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən zəbtdən azad edilməsi və həmin yola edilən hər cür maneələrin aradan qaldırılması qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 26 sentyabr 2018-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Gədəbəy rayonunun Yenikənd kəndində yerləşən, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29.01.2002-ci il tarixli qərarı ilə iddiaçı X2 məxsus olan fərdi yaşayış evinə avtomaşın yolu nəzərdə tutulmuşdur. Həmin avtomaşın yolunun eni müxtəlif məsafələrdə fərqli olmaqla cavabdehlər Cavabdeh1 Yunus oğlu, Cavabdeh2 Yunus oğlu və Cavabdeh3 tərəfindən istifadəsinə maneəçiliklər yaradılmışdır. İşdə olan Aktın surətindən görünür ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş 31.08.2018-ci il tarixli, 2(042)-672/2021 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbləri təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, Gədəbəy Rayon Məhkəməsinin qətnaməsi ilə Gədəbəy rayonu, Yenikənd kəndində yerləşən X1 yaşadığı fərdi yaşayış evinə gediş-gəliş üçün nəzərdə tutulmuş avtomaşın yolunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən zəbtdən azad edilməsi və həmin yola edilən hər cür maneələrin aradan qaldırılması qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 26 sentyabr 2018-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Gədəbəy rayonunun Yenikənd kəndində yerləşən, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29.01.2002-ci il tarixli qərarı ilə iddiaçı X2 ona məxsus olan fərdi yaşayış evinə avtomaşın yolu nəzərdə tutulmuşdur. Həmin avtomaşın yolundan istifadəyə cavabdehlər Cavabdeh1 Yunus oğlu, Cavabdeh2 Yunus oğlu və Cavabdeh3 tərəfindən istifadəsinə maneəçiliklər yaradılmışdır. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin əməkdaşları həmin qətnaməni icra etmiş və icra işinə xitam verilmişdir. Bundan sonra cavabdehlər iddiaçıya məxsus fərdi yaşayış evinə gedən avtomobil yoluna maneələr törədir və istifadəsini məhdudlaşdırmaq istəyir. O, avtomobil yoluna hasar çəkmək istəsə də cavabdehlər buna imkan verməmişdir. Bu isə iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır. Ona görə də iddia tələbləri təmin edilməli, Gədəbəy rayonu, Yenikənd kəndində yerləşən İddiaçı və onun ailəsinə məxsus fərdi yaşayış evinə gedən avtomobil yoluna hasar çəkməsi üçün cavabdehlər tərəfindən edilən hər hansı müdaxilələr aradan qaldırılmalı və cavabdehlərə avtomobil yoluna hər hansı müdaxilənin edilməsinə qadağa qoyulmalıdır. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbləri təmin edilsin. Gədəbəy rayonu, Yenikənd kəndində yerləşən İddiaçı və onun ailəsinə məxsus fərdi yaşayış evinə gedən avtomobil yoluna hasar çəkməsi üçün Cavabdeh1 Yunus oğlu, Cavabdeh2 Yunus oğlu və Cavabdeh3 tərəfindən edilən hər hansı müdaxilələr aradan qaldırılsın. Cavabdeh1 Yunus oğlu, Cavabdeh2 Yunus oğlu və Cavabdeh3 üzərinə avtomobil yoluna cavabdehlər tərəfindən hər hansı müdaxilənin edilməsinə qadağa qoyulması vəzifəsinin qoyulsun. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar