Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-969/2022 14.11.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi,məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı ölçmə işlərinin aparılmasına qoyulan maneələrin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-343/2022 saylı qətnaməsi ilə miras əmlak olaraq onun tərəfindən qəbul edilmiş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və evin yerləşdiyi həyatyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına Cavabdeh yaratdığı maneələrin (ölüçmə işlərinə etdiyi müdaxilələrin) aradan qaldırılması haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin qətnaməsi ilə onun valideynlərindən miras qalmış əmlaka payı müəyyən edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2022-ci il tarixdə ƏMDK vanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişdir. Müraciəti əsasında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşları xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanına gəlmişlər. Onlar fərdi yaşayış evində ölçü işləri aparmaq istəyərkən Cavabdeh 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarına ölçmə işləri aparmaq üçün maneələr yaratmış, onlara hücum etmişdir. Bu səbəbdən 1 1 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşları tərəfindən ölçmə işləri aparılmamışdır. Cavabdehin qanunsuz hərəkətləri mənim mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Ona görə də, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, o, ölçmə işlərinə maneə yaratmamışdır. Əgər 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşları ölçmə işləri apararsa buna etiraz etməyəcəkdir. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı göndərilmiş məktubun surətindən görünür ki, ölçmə işləri zamanı digər şəxs ölçü işlərinin aparılmasına mane olmuşdur. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)343/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçının ümumi birgə mülkiyyətdə olan 0.80 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsində X2 miras qalmış hissəsində ¼ və mərhum anası X1 miras qalmış hissəsində ¼ hissələrdə, ünvan 1 ünvanında olan 0.25 ha həyətyanı torpaq sahəsində yerləşən ikimərtəbəli fərdi yaşayış evi, evin yardımçı sahələrinə ¼ hissədə payı müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)343/2022 saylı qətnaməsi ilə iddiaçının miras əmlaka payı müəyyən edilmişdir. İddiaçı mülkiyyətində olan torpaq sahəsini DƏDRX-nin 11 saylı Ərazi İdarəsində qeydiyyatdan keçirmək istəsə də, iş üzrə Cavabdeh ölçmə işlərini aparan əməkdaşların işinə qəsdən maneələr törətmişdir. Ona görə də ünvan 1 ünvanında yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan ölçü işlərinin aparılmasında DƏDRX-nin 11 saylı Ərazi idarəsi əməkdaşlarına Cavabdeh tərəfindən edilən hər cür maneələr aradan qaldırılmalı, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq, iddiaçıya verilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbi təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-343/2022 saylı qətnaməsi ilə miras əmlak olaraq İddiaçı tərəfindən qəbul edilmiş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və evin yerləşdiyi həyatyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına Cavabdeh yaratdığı maneələr, yəni, ölçmə işlərinə edilən müdaxilələr aradan qaldırılsın, yeni ölçü işləri aparılsın. Ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-969/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-969/2022
14.11.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver