Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-969/2025 16.09.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Əsgərova Rəsmiyə Cəmil qızının katibliyi, iddiaçı X5, Cavabdeh və onun nümayəndəsi X4 iştirakları ilə iddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X5 Cavabdeh qarşı Cavabdeh 3000 manat məbləğində pulun və ödənilmiş 50 dövlət manat rüsumunun alınaraq, ona verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı X5 məhkəmə iclasında iddia tələbini müdafiə etmiç, izahat verərək, bildirmişdir ki, cavabdeh onun keçmiş kürəkənidir.Cavabdehlə qızı 2017-ci ildə nikah bağlamadan ailə qurmuşdur. Onlar 2018-ci ildə nikah bağlamışlar. 2017-ci ildə qızı ilə cavabdehə Gədəbəy şəhəri ərazisində Vahid adlı şəxsdən 6.000 manata 0.04 ha həyətyan torpaq sahəsi almışlar. Həmin torpaq sahəsini 6000 manata almışlar və həmin pulun 3000 manatını o, vermişdir. 3000 manatın 1.500 manatını cavabdehin özünə, 1.500 manat isə torpaq sahəsini satan Vahid adlı şəxsə vermişdir. Hazırda cavabdehlə qızı ayrılmışlar, nikahın pozulması ilə bağlı iş Gədəbəy Rayon Məhkəməsinin icraatındadır. Cavabdeh əvvəlcə birgə nikah dövründə əldə olunmuş torpaq sahəsinin 0.02 ha hissəsini verməyə razılıq versə də, hazırda nə torpaq sahəsini nə də onun torpaq sahəsinin alğı-satqısı ilə əlaqədar verdiyi pulu qaytarmır. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə baxış iclasında iddia tələbinə etiraz etmiş, izahat verərək bildirmişdir ki, o, iddiaçının qızı ilə 2017-ci ildə ailə qurmuş, 2018-ci ildə nikah bağlamışdır. Həmin torpaq sahəsini isə 2018-ci ilin iyul ayında Kabital Bank ASC-dən kredit götürərək, 05 sentyabr 2018-ci il tarixdə yəni, iddiaçının qızı ilə bağlanmış nikahdan əvvəl almışdır. İddaçı torpaq sahəsinin alğı-satqısı ilə əlaqədar ona pul verməmişdir. Həmin torpaq sahəsi hazırda onun mülkiyətindədir və həmin torpaq sahəsini oz vəsaiti hesabına almışdır.Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş edir. Cavabdeh nümayəndəsi X6 cavabdehlə eyniməzmunlu izahat vermiş, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X14 ifadə verərək, bildirmişdir ki, o, həqiqətən torpaq sahəsini 2018-ci ildə 6000 manat cavabdehə satmışdır. Həmin torpaq sahəsinin dəyərinin 3000 manatını cavabdeh, 3000 manatını isə iddiaçı Rusiyadan gələndən sonra ona vermişdir.Alğı-satqı müqaviləsində torpağın dəyəri 4200 manat göstərilmişdir. Lakin 1800 manat sənədləşdirilmə üçün xərclənmişdir. Məhkəmə iclasında digər şahid X2 da eyniməzumunlu ifadə vermişdir. İşdə olan X9 surətindən görünür ki, Cavabdeh və X2 01 dekabr 2018-ci il tarixdə nikah baölamışlar. İşdə olan Alğı-satqı müqaviləsinin surətindən görünür ki, alıcı X7, satıcılar X14, X13 və X15 arasında torpaq sahəsinin alğı-satqısı ilə əlaqədar 05 sentyabr 2018-ci il tarixdə bağlanılmışdır. İşdə olan Qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün 50 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini və işdə olan sənədləri tədqiq edərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2; 14.2.1;14.2.6. və 14.2.7-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması, başqa şəxsə zərər vurulması, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları kimi təsbit edilmişdir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, cavabdeh iddiaçının keçmiş kürəkənidir. Cavabdehlə iddiaçının qızının birgə ailə münasibətləri dövründə alğısatqı müqaviləsi əsasında əldə etdikləri torpaq sahəsinə görə satıcıya verilmiş 6000 manatın 3000 manatını aralarındakı razılığa əsasən iddiaçı vermişdir. Hazırda cavabdehlə iddiaçı arasında olan qohumluq münasibətlərinə xitam verilmişdir və iddaçı cavabdehin əldə etdiyi torpaq sahəsinə görə verdiyi pulun qaytarılmasını istəyir. Ona görə də cavabdehin iddiaçının hesabına əsassız varlandığı nəzərə alınmalı, iddia tələbi təmin edilməli, Cavabdeh 3000 manat və 50 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq, iddiaçı X3 verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 3000 manat və 50 manat dövlət rüsumunun əvəzi, cəmi, 3050 manat alınaraq, X3 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-969/2025
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-969/2025
16.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver