Məhkəmə qərarları › İş №2(042)-97/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-97/2025

10.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-97/2025 10.01.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabeh Cavabdeh qarşı cavabdehdən ona çatası 780 manatın və 30 manat dövlət rüsumunun alınaraq, ona verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, özünə məxsus olmuş işıq generatorunu istifadə etməsi üçün cavabdehə vermişdir. Bir müddət sonra o, cavabdehdən generatoru qaytarmasını xahiş etmiş, cavabdeh ona bildirmuişdir ki, generator işləmir. O, gedib generatora baxmış, onun sökülmüş vəziyyətdə olduğunu görmüşdür. O, cavabdehdən generatoru ona saz vəziyyətdə qaytarmasını tələb etmiş, lakin bu mümkün olmamışdır. O, polisə müraciət etmiş, lakin polis ona məhkəməyə müracit etməsini tövsiyyə etmişdir. Cavabdeh generaotoru sökməklə ona 780 manat miqdarında zərər yetirmişdir. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, 2016-cə ildə iddiaçının həyətində tikinti-təmir-təmizlik işləri görmüş, iddiaçı işlək vəziyyətdə olmayan generatorunun olduğunu bildirmişdir. O, generatoru təmir etmək məqsədilə iddiaçıdan götürmüşdür. Lakin generator köhnə modeldə olduğu üçün ehtiyyat hissələrini tapa bilməmiş, onu təmir etmək mümkün olmamışdır. İddiaçı 2024-cü ildə onun həyətinə gəlmiş, generatoru ona işlək vəziyyətdə qaytarmasını və ya yeni generator almasını və ya 400 manat verməsini tələb etmişdir. O, buna etiraz etmişdir. Bundan sonra iddiaçı polisə də şikayət vermişdir. İddiaçıya məxsus generator işlək vəziyyətdə olmamışdır. O, generatoru sökməmiş, onun hissələrini mənimsəməmiş, iddiaçıya zərər vurmamışdır. Bundan başqa, iddiaçı iddia müddətini də ötürmüşdür. Ona görə də iddia tələbinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 384.0. və 380.0.4-cü maddələrinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Beləliklə, tələbə iddia müddəti şamil edilmir. Lakin məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iddia tələbinin əsasları kimi istinad edilən edilən halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Ona görə də iddia tələbi təmin edilməməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar