Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-985/2024 18.11.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Cavabdeh1 1200 manat məbləğində borc pulun alınıb ona verilməsi, Cavabdeh2 840 manat məbləğində borc pulun alınıb ona verilməsi, ödənilmiş 40 manat dövlət rüsumunun əvəzinin və vəkilə çəkdiyi xərcə görə 350 manat məbləğində pulun, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi Vəkil məhkəmə baxış iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, Cavabdeh1 və Cavabdeh2 ilə əvvəllər tanışlıqları olmuşdur. xx.xx.2021-ci ildə Cavabdeh1 ehtiyacı olduğunu bildirərək ondan 1200 manat borc pul istəmişdir. O, da ona həmin tarixdə ona 1200 manat borc pul vermişdir. O, pulu xx.xx.2021-ci ci ilədək qaytaracağını vəd etmiş, bu barədə imzası ilə təsdiq edilmiş sadə qəbz vermişdir. Həmçinin, cavabdeh ondan həqiqətən borc pul aldığını təsdiqləmək üçün hərbi biletinin əslini ona vermişdir. Lakin xx.xx.2021-ci-ci il tarix tamam olmasına baxmayaraq o, indiyədək cavabdehdən pulunu geri ala bilməmişdir. Dəfələrlə ondan pulunu tələb etsə də, o, hər dəfə borcu 2022-ci ilin əvvəllərinə kimi qaytaracağına söz vermiş, lakin heç bir müsbət nəticəsi olmamışdır. Həmçinin, xx.xx.2021 -ci il tarixdə Cavabdeh2 bir ay müddətinə qaytarmaq şərtilə 840 manat borc vermişdir. O, bu barədə dilindən öz əlyazması və imzası ilə təsdiq edilmiş sadə yazılı qəbz vermişdir. Eləcə də, cavabdeh ondan həqiqətən borc pu aldığını təsdiqləmək üçün hərbi biletinin əslini ona vermişdir. Lakin xx.xx.2021-ci il tarix tamam olmasına baxmayaraq o, indiyədək cavabdehdən pulunu geri ala bilməmişdir. Dəfələrlə ondan pulunu tələb etsə də, o, hər dəfə borcu 2022-ci ilin əvvəllərinə kimi qaytaracağına söz vermiş, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Ona görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmişlər, nümayəndələrinin iştirakını təmin etməmişlər və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşdə olan Əlyazmasından görünür ki, Cavabdeh1 iddiaçıdan 13 may 2021-ci il tarixdə qaytarmaq şərtilə 1200 manat borc almışdır. İşdə olan Əlyazmasından görünür ki, Cavabdeh2 Mayi oğlu 02 aprel 2021-ci l tarixdə bir ay müddətində qaytarmaq şərtilə 840 manat borc almışdır. İşdə olan Qəbzdən görünür ki, iddiaçı hüquqi yardımla əlaqədar vəkilə 350 manat ödəmişdir. İşdə olan Qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün 40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Məcəllənin 14.2. və 14.2.1; 14.2.6 və 14.2.7-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, o cümlədən, başqa şəxsə zərər vurulması, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh1 1200 manat və Cavabdeh2 840 manat borc vemişdir. Cavabdehlər müqavilə şərtlərinə əməl etməyərək, borclarını qaytarmamışlar. Ona görə də iddia tələbi təmin edilməli, Cavabdeh1 1200 manat, Cavabdeh2 840 manat alınaraq, İddiaçı verilməlidir. Ödənilmiş 40 manat dövlət rüsumunun əvəzi və hüquqi yardım üçün vəkilə verilmiş 350 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq, İddiaçı verilsin. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1 1200 manat və Cavabdeh2 840 manat alınaraq, İddiaçı verilsin. Ödənilmiş 40 manat dövlət rüsumunun əvəzi və hüquqi yardım üçün vəkilə verilmiş 350 manat Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-985/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-985/2024
18.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver