Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-990/2021 25.10.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Firudin oğluna və maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə qarşı ölçmə işlərinin aparılmasına qoyulan maneələrin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh Firudin oğluna qarşı Gədəbəy Rayon Məhkəməsinin 06.07.2021ci il tarixli, 2(042)-629/2021 saylı qətnaməsi ilə miras əmlak olaraq, onun tərəfindən qəbul edilmiş, Gədəbəy rayonu, Dikdaş kəndində yerləşən 1107.61 kv.m, 759.27 kv.m və 2642.12 kv.m həyətyanı torpaq sahələrinin və üzərində yerləşən evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına Cavabdeh Firudin oğlunun yaratdığı maneələrin (açarın təqdim edilməməsinin və ölçü işlərinə etdiyi müdaxilələrin) aradan qaldırılması haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin 06.07.2021-ci il tarixli, 2(042)-629/2021 saylı qətnaməsi ilə onun X2 miras qalmış Gədəbəy rayonu, Dikdaş kəndində yerləşən 1107.61 kv.m, 759.27 kv.m və 2642.12 kv.m həyətyanı torpaq sahələri və üzərində yerləşən evi miras əmlak kimi qəbul etməsi faktı müəyyən edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra o, 06.08.2021-ci il tarixdə ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, müraciət əsasında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşları 06.08.2021-ci il tarixdə Gədəbəy rayonu, Qızıltorpaq kəndinə gəlmişlər. Onlar fərdi yaşayış evində ölçü işləri aparmaq istəyərkən Cavabdeh Firudin oğlu 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarına ölçmə işləri aparmaq üçün maneələr yaratmış, evin açarını verməmiş və həmin evin ona məxsus olduğunu bildirmişdir. Bu səbəbdən 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşları tərəfindən ölçmə işləri aparmaq mümkün olmamışdır. Cavabdehin bu qanunsuz hərəkətləri onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Ona görə də, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh Firudin oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə işdə iştirak etməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 06.07.2021-ci il tarixli, 2(042)-629/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı X2 miras qalmış Gədəbəy rayonu, Dikdaş kəndində yerləşən 1107.61 kv.m, 759.27 kv.m və 2642.12 kv.m həyətyanı torpaq sahələri və üzərində yerləşən evi miras əmlak kimi qəbul etməsi faktı müəyyən edilmişdir. İşdə olan DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı göndərilmiş məktubun surətindən görünür ki, aparılan araşdırılma zamanı mübahisəli hal aşkar edildiyindən əmlakın dövlət reyestrində qeydiyyatının aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, Gədəbəy Rayon Məhkəməsinin 06.07.2021-ci il tarixli, 2(042)-629/2021 saylı qətnaməsi ilə iddiaçının X2 miras qalmış Gədəbəy rayonu, Dikdaş kəndində yerləşən 1107.61 kv.m, 759.27 kv.m və 2642.12 kv.m həyətyanı torpaq sahələri və üzərində yerləşən evi miras əmlak kimi qəbul etməsi faktı müəyyən edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra İddiaçı 06.08.2021-ci il tarixdə ƏMDK yanında DƏDRXnin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, müraciət əsasında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşları 06.08.2021-ci il tarixdə ölçmə işləri aparmaq istəsələr də iş üzrə Cavabdeh Firudin oğlu maneçilik törətmişdir. Ona görə də, iddia ərizəsi təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin 06.07.2021-ci il tarixli, 2(042)-629/2021 saylı qətnaməsi ilə miras əmlak olaraq, iddiaçı tərəfindən qəbul edilmiş, Gədəbəy rayonu, Dikdaş kəndində yerləşən 1107.61 kv.m, 759.27 kv.m və 2642.12 kv.m həyətyanı torpaq sahələrinin və üzərində yerləşən evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına Cavabdeh Firudin oğlunun yaratdığı maneələr aradan qaldırılmalıdır. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbi təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 06.07.2021-ci il tarixli, 2(042)-629/2021 saylı qətnaməsi ilə miras əmlak olaraq, İddiaçı tərəfindən qəbul edilmiş, Gədəbəy rayonu, Dikdaş kəndində yerləşən 1107.61 kv.m, 759.27 kv.m və 2642.12 kv.m həyətyanı torpaq sahələrinin və üzərində yerləşən evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına Cavabdeh Firudin oğlunun yaratdığı maneələr aradan qaldırılsın. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-990/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-990/2021
25.10.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver