Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-993/2021 26.10.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, iddiaçılar İddiaçı5, İddiaçı2, İddiaçı4 iştirakları ilə iddiaçılar İddiaçı5, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1 Cavabdeh qarşı maddi ziyan tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı5, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1 Cavabdeh qarşı Cavabdeh onların faktiki sahibliyində və istifadəsində olan, Gədəbəy rayonu, Şəkərbəy kəndində yerləşən həyətyanı torpaq sahələrinə mal-qara salmasına qadağa qoyulması, Cavabdeh vurulmuş maddi ziyana görə 120 manat alınaraq İddiaçı2, 120 manat alınaraq İddiaçı3, 402 manat alınaraq İddiaçı5, 186 manat alınaraq İddiaçı4 və 190 manat alınaraq İddiaçı1 verilməsi tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı5 iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, onlar Gədəbəy rayonu, Şəkərbəy kəndində yaşayırlar. Yaşadıqları kənddə əkin işləri ilə məşğul olurlar. Onların istifadələrində həyətyanı torpaq sahələri vardır. Həmin torpaq sahələrində kartof, lobya məhsulları əkirlər. Həyətyanı torpaq sahələrinin biçənək hissəsi var və həmin otu hər il biçib qış tədarükü görürlər. Həmçinin, qapı və çöl torpaq sahələrindən biçib gətirdikləri ot bağlamalarını qapıya yığırlar. Həmkəndliləri olan Cavabdeh özünə məxsus mal-qarası vardır. Cavabdeh dəfələrlə onların əkin sahələrinə mal- qarasını salaraq təsərrüfatılarına ziyan vurmuşdur. Onlar cavabdehə heyvanlarını onların əkin sahəsinə salmamasını və məhsullarına ziyan vurmamasını tələb etsələr də, heç bir nəticəsi olmamışdır. Zakirin qanunsuz hərəkətlərindən dəfələrlə polisə şikayət etmişlər. Lakin onlara məsələnin mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Cavabdehin onlara vurduğu maddi ziyanla bağlı Gədəbəy Rayon X9nin əməkdaşı, kənd icra nümayəndəsinin və bələdiyyəsinin iştirakı ilə onların həyətyanı torpaq sahələrinə baxış keçirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, iddiaçılara iribuynuzlu mal-qara tərəfindən ziyan dəymiş, onların həyətyanı torpaq sahələrindəki kartof sahəsinin alaq otlarını otlamış, dırnaqları ilə kartofu eşərək yemiş və bəzilərinin meyvə bağlarındakı məhsulu zay etmişdir. Bu barədə akt tərtib edilmişdir. Eyni zamanda həmin aktla onların hər birinə dəymiş ziyan ayrı-ayrılıqda hesablanmışdır. Ziyan hesablanarkən Gədəbəy rayon X9 tərəfindən hər hektara 12 ton kartof, hər bir sota alaq otundan 1-2 dənə ot bağlaması, ağacların hərəsinə 200 kq meyvə, eləcə də həyətyanı sahədə olan “atlı” və “piyada” lobyaların göstəriciləri nəzərə alınmışdır. Ona 200 kq lobya, 30 ədəd ot bağlaması, 70 kq kartof maddi ziyan dəymişdir. Ona görə də məhkəməyə müraciət etmiş və iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 və İddiaçı4 məhkəmə iclasında eyniməzmunlu izahat vermiş, bildirmişlər ki, onlara müvafiq olaraq, Onlara 60 kq lobya, 12 ədəd ot bağlaması və 70 kq kartof və 36 ədəd ot bağlaması dəyərində maddi ziyan dəymiş, ona görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı1 məhkəmə hazırlıq iclasında şifahi vəsatət verərək, xəstəliyi ilə əlaqədar məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə baxış iclasında onun iştirakı olmadan baxılaraq, iddia tələbinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək bildirmişdir ki, cavabdehin çoxlu sayda heyvanları var. Həmin heyvanlar onların və digər kənd camaatının əkin sahələrinə xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X7 eyniməzmunlu izahat vermişdir. İşdə olan Anar MMC tərəfindən verilmiş Arayışdan görünür ki, 1 kq yaşıl lobyanın qiyməti 0.9-1 manat, 1 kq kartofun qiyməti 0.6-0.7 manat, 1 kq otun qiyməti 0.2 və 0.25 manatdır. İşdə olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 02.12.1998-ci il tarixli 13 nömrəli qərarı ilə X1 2999.3 kv.m kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İşdə olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 02.12.1998-ci il tarixli 13 nömrəli qərarı ilə X3 2000 kv.m kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İşdə olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 02.12.1998-ci il tarixli 13 nömrəli qərarı ilə X6 3000 kv.m kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçıların izahatlarını, şahid ifadələrini, habelə, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1;14.2. və 14.2.6-cı maddələrinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən, o cümlədən başqa şəxsə zərər vurulması ilə əmələ gəlir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məcəllənin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Məcəllənin 1113.1-ci maddəsinə əsasən birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutеtmə vəzifələrinin bölgüsünün ümumi qаyqаsını müəyyən еqir. Bu qаydаyа görə iş iştirаkçılаrı tələb və еtirаzlаrını əsаslаndırdıqlаrı fаktlаrı isbаt еtməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirаkçısı оlаn bu və yа bаşqа şəхsi оnun öz iddiа və еtirаzlаrını əsаslаndırmаq üçün söykəndiyi hаllаrın və qаnunlа sübut еtməli оlquğu bаşqа hаllаrın sübut оlunmаsı yükündən аzаd еdə, yахud sübutеtmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlаr tоplаmаq hüququ vеrmir və sübutlаrın tоplаnmаsı və vеrilməsi yükünü bütünlüklə sübutеtmə yükünü dаşıyаn iş iştirаkçılаrının üzərinə qоyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hеsаb еdir ki, işin оbyеktiv həlli üçün yаlnız mötəbər sübutlаrdаn istifаdə оlunа bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı оlmаlı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməliqir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İnsan Hüquqları üzrə Аvrоpа Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probalion”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iclasında iddiaçıların izahatları və şahid ifadələri ilə müəyyən edilmişdir ki, cavabdeh məxsus iribuynuzlu heyvanlar tərəfindən İddiaçı5, İddiaçı2, İddiaçı4 və İddiaçı1 məxsus torpaq sahələrində yetişən məhsulları yararsız hala salmışdır. Məhkəmə dəymiş ziyanın miqdarını hesablayarkən iddiaçılar tərəfindən təqdim edilmiş Arayışlara əsaslanaraq, belə nəticəyə gəlir ki, İddiaçı5 200 kq lobya, 30 ədəd ot bağlaması, 70 kq kartof məhsulu, İddiaçı2 60 kq lobya, 12 ədəd ot bağlaması, İddiaçı4 70 kq kartof və 36 ədəd ot bağlaması və İddiaçı1 40 ədəd ot bağlaması və 50 kq kartof məhsuluna ziyan dəymiş, Arayışla müəyyən edilmişdir ki, 1 kq yaşıl lobyanın qiyməti 0.9-1 manat, 1 kq kartofun qiyməti 0.6-0.7 manat, 1 kq otun qiyməti 0.2 və 0.25 manatdır. İddiaçılar məhv olunmuş məhsulun miqdarının və onun dəyərinin yüksək miqdarda olmasını sübut edə bilməmişlər. Yəni, İddiaçı5 342 manat, İddiaçı2 102 manat, İddiaçı4 186 manat və İddiaçı1 190 manat maddi ziyan dəymişdir. Ona görə də, iddia tələbləri qismən təmin edilməli, İddiaçı5, İddiaçı2, İddiaçı4 və İddiaçı1 məxsus Gədəbəy rayonu, Şəkərbəy kəndində yerləşən həyətyanı torpaq sahələrinə Cavabdeh tərəfindən mal-qara salmasına qadağa qoyulmalı, Cavabdeh 342 manat alınaraq, İddiaçı5, 102 manat alınaraq, İddiaçı2, 186 manat alınaraq, İddiaçı4 və 190 manat alınaraq, İddiaçı1 verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 216-227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, QƏT ETDİ: İddia tələbləri qismən təmin edilsin. İddiaçı5, İddiaçı2, İddiaçı4 və İddiaçı1 məxsus Gədəbəy rayonu, Şəkərbəy kəndində yerləşən həyətyanı torpaq sahələrinə Cavabdeh tərəfindən mal-qara salmasına qadağa qoyulsun. Cavabdeh 342 manat alınaraq, İddiaçı5, 102 manat alınaraq, İddiaçı2, 186 manat alınaraq, İddiaçı4 və 190 manat alınaraq, İddiaçı1 verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-993/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-993/2021
26.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver