Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1013/2020 05.03.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, x2 iclas katibliyi, iddiaçı «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi x3, Cavabdeh iştirakı ilə, İddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək Soyuducu Samsung, Paltaryuyan Samsung üçün 2848 (iki min səkkiz yüz qırx səkkiz) ödənilməmiş hissə, 641 manat (1.78 manat x 360 gün ) dəbbə pulu, ümumilikdə 3489 manat borc, 30 manat dövlət rüsumu, cəmi 3519 manat Cavabdeh alınaraq, «xxxxxxxxxxx» x1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh «xxxxxxxxxxx» MMC ilə 09.10.2018-ci il tarixli müqaviləsinə əsasən Soyuducu Samsung, Paltaryuyan Samsung almış və nəticədə 3489 (üç min dörd yüz səksən doqquz) manat borc yaranmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh alqı-satqı qiyməti 3859 (üç min səkkiz yüz əlli doqquz manat (18 ay x 178 manat+ 655 manat ilkin ödəniş) olan Soyuducu Samsung, Paltaryuyan Samsung üçün ümumilikdə 3489 (üç min dörd yüz səksən doqquz) olmaqla, ondan, 2848 (iki min səkkiz yüz qırx səkkiz) ödənilməmiş hissə, 641 manat (1.78 manat x 360 gün) dəbbə pulu, (hər gün üçün ödənilməmiş məbləğin 1 % miqdarında dəbbə pulu) borc yaranmışdır. Cavabdeh ilə “xxxxxxxxxxx “MMC arasında qarşılıqlı razılaşma əsasında 18 ay müddətində alqı-satqı müqaviləsi imzalanmış və bu səbəbdən məhsulun qiyməti 3859 manat qiymətləndirilmişdir. Cavabdehin cəmi ödədiyi məbləğ 1011 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Buna görə də iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi x4 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh çıxış edərək iddianı qismən əsas borc məbləğində qəbul etdiyini bildirdi, cərimənin çox hesablandığına görə məhkəmədən cərimənin azaldılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş, Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış 09.10.2018-ci il tarixli müqavilədən görünür ki, cavabdeh «xxxxxxxxxxx» MMCdən müqaviləyə əsasən ilkin ödəniş 655 manat olmaqla, Soyuducu Samsung, Paltaryuyan Samsung almış və aylıq 178 manat olmaqla, 18 ay müddətinə, ümumilikdə 3859 (üç min səkkiz yüz əlli doqquz) manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 13 yanvar 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış 09.10.2018-ci il tarixli müqaviləyə əsasən, 1011 manat ödəniş etmiş, əsas borc üzrə 2848 manat borcu qalmış, həmin borca 641 manat dəbbə pulu hesablanmaqla ümumilikdə 3489 manat borcu vardır. İş materiallarına əlavə edilmiş 09.11.2019-cu il tarixli Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubdan görünür ki, müqavilələr üzrə yaranmış borc məbləği könüllü olaraq ödənilmədiyi təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh «xxxxxxxxxxx» MMC ilə 09.10.2018-ci il tarixli müqaviləsinə əsasən Soyuducu Samsung, Paltaryuyan Samsung almış, həmin məbləğdən 641 manat ödəniş etmiş, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun «xxxxxxxxxxx» MMC-nə 2848 manat əsas borcu qalmış, qalıq borca 641 manat dəbbə pulu hesbalanmışdır. Lakin, məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, 641 manat məbləğində (cərimə) dəbbə pulu azaldılmalı və 100 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda, qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Bu səbəbdən də, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, nisyə alqı-satqı müqavilələri üzrə 2848 (iki min səkkiz yüz qırx səkkiz) manat ödənilməmiş əsas borc, 100 (yüz) manat dəbbə pulu olmaqla, cəmi 2948 (iki min doqquz yüz qırx səkkiz) manat və 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, «xxxxxxxxxxx» MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 09.10.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 2848 (iki min səkkiz yüz qırx səkkiz) manat ödənilməmiş əsas borc, 100 (yüz) manat dəbbə pulu olmaqla, cəmi 2948 (iki min doqquz yüz qırx səkkiz) manat pul və 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı «xxxxxxxxxxx» MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində x7 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(043)-1013/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1013/2020
05.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver