Məhkəmə qərarları › İş №2(043)-1025/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1025/2022

04.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1025/2022 04.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı X16 Qoruğunun etibarnamə üzrə nümayəndəsi X5 və Cavabdeh iştirakı ilə, İddiaçı X16 Qoruğunun Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı X16 Qoruğu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 12 fevral 2012-ci il tarixində X1suz ov edərək təbiətə vurduğu 55 (əlli beş) manat ziyanın alınaraq X16 Qoruğunun bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X16 Qoruğunun nümayəndəsi X7 iddianı müdafiə edib izahatında göstərdi ki, Cavabdeh 12 fevral 2012-ci il tarixdə X1suz ov edən zaman əməkdaşlar tərəfindən saxlanılaraq idarə etdiyi Mitsubisi markalı, ** KF *** nömrə nişanlı avtomaşından maddi sübut olaraq 1ədəd ov tüfəngi, 4 ədəd dolu patron, 1 ədəd ovlanmış dovşan, 1 ədəd ovlanmış kəklik və 1 ədəd ovlanmış ördək aşkar olunaraq götürülmüşdür. Sonra Cavabdeh izahatı alınaraq, müvafiq akt və protokol yazılmışdır Sənədləşmədən sonra Cavabdeh aid ov tüfəngi və müvafiq sənədlər özünə geri qaytarılmışdır. Cavabdeh ümumilikdə X12 Azərbaycan Respublikasının 4 iyun 1999-cu il tarixli, 675-İQ saylı Qanununun, Ovçuluq Haqqında Azərbaycan Respublikasının 20 aprel 2004-cu il tarixli, 637-İİQ saylı Qanununun, həmçinin Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında Azərbaycan Respublikasının 24-mart 2000-ci il tarixli, 840-İQ saylı Qanunun tələblərini pozaraq təbiətə 55 (əlli beş) manat ziyan vurmuşdur. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, 1 ədəd ovlanmış dovşan, 1 ədəd ovlanmış kəklik və 1 ədəd ovlanmış ördək onun avtomobilində olsa da həmin heyvanlar onun tərəfindən ovlanmamışdır.Həmin vaxt ilkin izahatı o özü yazmamışdır.İlk dəfə onu saxlayarkən ona bildirmişlər ki, silahı açıq gəzdirdiyin üçün 50 manat cərimə olunacaqsan. Sonra onu çağıraraq 1050 manat cərimə olunduğunu bildirmişlər. O, ov etməmişdir. İddianın əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- 12.02.2022-ci il tarixli Cavabdeh izahatından görünür ki, X16 Qoruğunda bir ədəd kəklik, bir ədəd dovşan və bir ədəd yaşılbaş ördəyi ovladığını etiraf etmişdir. 12.02.2022-ci il tarixli vurulmuş ziyanın hesablanması cədvəlindən görünür ki, ov ovlanan ərazi X4 görə dəymiş ziyan 2 qat hesablanır və cəmi vurulan ziyan 55 manat təşkil edir. 12.02.2022-ci il tarixli, 43915 saylı aktdan görünür ki, 12.02.2022-ci il tarixdə X16 Qoruğunun direktoru X10, sahə müfəttişi X7 və mühafizə yeqeri X2 Təbiət Yasaqlığının 1ci mühafizə sahəsində növbəti reyd keçirən zaman 99KF823 qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh avtomobilinə baxış keçirmişlər. Həmin avtomobildən 1 ədəd 12 çaplı “Ata arms” markalı, 15/D 15003 nömrəli ov silahı, 4 ədəd 12 çaplı dolu patron və 3 ədəd ov məhsulu (1 ədəd kəklik, 1 ədəd dovşan və 1 ədəd yaşılbaş ördək) aşkar edilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 30.03.2022-ci il tarixli, 3(043)-189/2022 saylı qərarından görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən qəbul olunmuş 25 fevral 2022-ci il tarixli MN №1066184 saylı inzibati xəta haqqında qərar ləğv edilmişdir. Cavabdeh əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə onun barəsində başlanmış icraata xitam verilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tərəflərin izahatını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, cavabdeh X16 Qoruğundan 1 ədəd kəklik, 1 ədəd dovşan və 1 ədəd yaşılbaş ördəyin onun tərəfindən ovlanmamasını göstərsə də işdə olan aktdan, fotoşəkildən və cavabdehin ilkin izahatından müəyyən olunmuşdur ki, həqiqətən qeyd olunan ərazidən 1 ədəd kəklik, 1 ədəd dovşan və 1 ədəd yaşılbaş ördək onun tərəfindən ovlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Deliktlə əlaqədar yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh təqsirli hərəkətləri nəticəsində iddiaçıya vurduğu zərəri ödəməyə borclu olduğu üçün iddia təmin olunmalı cavabdehdən 55 (əlli beş) manat pul alınaraq iddiaçının xeyrinə verilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ödənilməmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunsun. Cavabdeh dəymiş zərərin əvəzi olaraq 55 (əlli beş) manat pul alınaraq iddiaçı X16 Qoruğunun Adı:X6 Kodu:210027 VÖEN:********** Müxbir hesab:AZ07NABZ******************** S.W.İ.F.T. BİK CTREAZ 24 Alan müştəri: X16 Qoruğu Hesab№ AZ36CTRE******************** VÖEN:********** Kitab nömrəsi:5400701 hesabına ödənsin. İş üzrə ödənilməmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar