Məhkəmə qərarları › İş №2(043)-1039/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1039/2020

27.02.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1039/2020 27.02.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m üəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17.12.2007-ci ildə anadan olmuş x1 üçün alimentin məbləğinin artırılaraq hər ay 170 manat məbləğində müəyyən edilərək cavabdehdən tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə 2006-cı ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Birgə nikahlarından 17.12.2007-ci ildə Filiz adlı uşaqları anadan olmuşdur. Evləndikləri ilk vaxtlar mehriban ailə şəraitində yaşasalar da sonradan münasibətləri pozulmuşdur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 26.02.2018-ci il tarixli, 2(043)-1125/2018 nömrəli qətnaməsinə əsasən cavabdehlə birgə nikahlarından anadan olmuş Filizin yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 110 manat məbləğində aliment tutulub onun xeyrinə ödənilməsi qət edilmişdir. Təyin olunmuş aliment uşağın minimum tələbatını belə ödəmir. Cavabdeh təyin olunmuş alimentdən əlavə uşağın saxlanması üçün heç bir maddi yardım etmədiyi üçün uşağı saxlamaqda maddi cəhətdən çətinlik çəkir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 26.02.2018-ci il tarixli, qətnaməsi ilə təyin olunmuş alimenti çətinliklə ödəyir. O, ikinci dəfə ailə qurmuş, həmin nikahdan iki azyaşlı uşağı var. O, Tovuz rayonunda musiqi məktəbində müəllim işləyir, aylıq əmək haqqı 290 manatdır. İddianın təmin edilməməsini xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı 12340993 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 17.12.2007-ci ildə Filiz adlı uşaqları anadan olmuşdur; Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 26.02.2018-ci il tarixli, 2(043)-1125/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından anadan olmuş Filizin yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 110 manat məbləğində alimentin tutulub iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş və əsli ilə üzləşdirilmiş: - AZ-İ 622102 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə x4 arasında olan nikah 09.12.2010-cu ildə Tovuz rayon İcra Hakimiyyətinin Yanıqlı kənd nümayəndəliyində 23 nömrə ilə qeydə alınmışdır; AZE seriyalı 12662910 nömrəli və AZE seriyalı 12662907 nömrəli şəxsiyyət vəsiqəsiqələrinin surətindən görünür ki, Cavabdeh ilə x4 birgə nikahlarından 18.10.2011ci ildə Lamiyə və 14.11.2014-cü ildə Bayram adlı uşaqları anadan olmuşdur; Tovuz rayon Aşıq Ə.Rzayev adına şəhər uşaq musiqi məktəbi tərəfindən verilmiş 25.02.2020-ci il tarixli, 5 nömrəli arayışdan görünür ki, Cavabdeh 2014-cü il tarixdən Tovuz rayon uşaq musiqi məktəbində müddətsiz əmək müqaviləsi ilə səs müəllimi işləyir və onun aylıq əmək haqqı 290 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 26.02.2018-ci il tarixli, 2(043)-1125/2018 nömrəli qətnaməsinə əsasən tərəflərin birgə nikahından anadan olmuş Filizin yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 110 manat sabit pul məbləğində alimentin tutulub iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Təyin olunmuş aliment azyaşlı Filizin saxlanması üçün yetərli olmadığından və cavabdeh 110 manat alimentdən başqa uşağın saxlanmasına görə çəkilən xərclərdə iştirak etmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir.Cavabdeh isə ikinci dəfə ailə qurduğunu, həmin nikahdan iki azyaşlı uşağının olmasını və maddi vəziyyətinin çətin olmasını göstərərək təyin olunmuş alimentdən artıq miqdarda alimenti ödəməyə imkanı olmadığını göstərmişdir. Məhkəmə iş üzrə müəyyən olunmuş halları, tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin «x7» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «x7» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 4cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Göründüyü kimi iddiaçı aliment təyin olunandan sonra yaşayış minimumunun əhəmiyyətli dərəcədə qalxmasını, uşağın böyüyərək tələbatının artmasını əsas gətirərək cavabdehin uşağın saxlanmasında çəkilən xərclərə cəlb olunmasını tələb etmiş, cavabdeh isə himayəsində başqa nikahdan iki azyaşlı uşağının olmasını əsas gətirərək qeyd olunan alimenti ödəməyə maddi imkanının olmadığını göstərmişdir. x8 Məhkəməsinin Bronda İtaliyaya qarşı işi üzrə qərarında göstərilmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. İnsan Hüquqlarının və x3 Haqqında Konvensiyaya dair 7 saylı protokolunun 5-ci maddəsinə əsasən ər-arvad uşaqlari ilə münasıbətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətə mane olmur. Avropa dəyərləri müstəvisində uşaqların saxlanması ilə bağlı atanın və ananın hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir. Əgər uşaqların saxlanması ilə bağlı valideynlər arasında fikir ayrılığı yaranırsa dövlət uşaqların hüquqlarını ictimai maraq kimi qiymətləndirərək uşaqların tərəfindən mübahisəyə qarışır. «x6» Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170,0 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 170 manat müəyyən edilməsini və valideynlərin hər ikisinin hüquqları bərabər olmaqla, onların hər ikisinin uşağa qayğı göstərmək borcu olduğunu, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsini habelə cavabdehin başqa nikahdan iki azyaşlı uşağının olmasını nəzərə alaraq cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 120 (bir yüz iyirmi) manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, 17.12.2007-ci ildə anadan olmuş x2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 26.02.2018-ci il tarixli, 2(043)-1125/2018 nömrəli qətnaməsi əsasında tutulan 110 manat miqdarda alimentin məbləği artırılaraq hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilməklə, qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh tutulub İddiaçı xeyrinə ödənilməlidir. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli olduğu halda, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 20 manat alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. 17.12.2007-ci ildə anadan olmuş x2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 26.02.2018-ci il tarixli, 2(043)- 1125/2018 nömrəli qətnaməsi üzrə tutulan alimentin məbləği artırılaraq hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət rüsumu hesabına 20 (iyirmi) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar